Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


İnnovasiya fəaliyyəti investisiyalaşdırma obyekti kimi



Yüklə 2,16 Mb.
səhifə76/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   72   73   74   75   76   77   78   79   ...   84
C fakepathmuhazire toplusu

14.2 İnnovasiya fəaliyyəti investisiyalaşdırma obyekti kimi

İqtisadiyyatın istənilən sektorunda innovasiyanın mənimsənilməsi maliyyə qoyuluşları tələb edir. Əlavə mənfəət əldə etmək, təşkilatın fəaliyyətinin səmərəsini artırmaq, sosial - iqtisadi effekt əldə etmək üçün maliyyə qoyuluşlarının həyata keçirilməsi zəruridir. Empirik olaraq müəyyən edilmişdir ki, sahibkar gələcəkdə nə qədər böyük uğur qazanmağa ümid edirsə, indiki vaxtda bir o qədər çox xərc çəkməyə hazır olmalıdır. Bununla belə, sahibkar üçün maliyyə qoyuluşları obyektinin seçilməsi problemi investisiyaların yuxarı məbləğinin həddi ilə məhdudlaşmır. Tədqiqatlar göstərmişdir ki, sahibkarın izafi inhisarçı mənfəət əldə etmək imkanı innovasiyalara sərmayə yönəltməkdir ki, bu da ən yüksək səmərəliliyə malikdir. İnnovasiyaların effektivliyinin yüksək potensialını sahibkarlar tərəfindən yeniliklərə tələbin yaranması təmin edir. Onlar buna elmi - texniki, təşkilati, iqtisadi və sosial yeniliklər bazarını formalaşdırmaqla nail olurlar. İnvestisiya mənbələri qismində - bütün səviyyələrdə büdcə ayırmaları, xarici investisiyalar, təşkilatların xüsusi vəsaitləri, eləcə də müəssisə və təşkilatların maliyyə kapitalı formasında toplanmış müvəqqəti sərbəst vəsaitləri və əhalinin əmanətləri çıxış edə bilər.


nnovasiyaların işlənib hazırlanması və reallaşdın İması üçün büdcədən ayırmalar büdcə sisteminin gəlirləri ilə məhdudlaşır. Bu halda, siyasi - iqtisadi şəraitdən asılı olaraq, innovasiyalara büdcə investisiyaları yönəldilməsinin formaları və həcmi əhəmiyyətli dərəcədə fərqlənir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə elmi - texniki tərəqqinin inkişafına büdcə ayırmalarının həcmi kifayət qədər çoxdur, investisiya obyektləri milli inkişaf strategiyası və mü 86 dafiə doktrinası nəzərə alınmaqla müsabiqə əsasında müəyyən edilir. Məsələn, Yaponiyada konstitusiya qanunu səviyyəsində tətbiq edilən məhdudiyyətə görə, ümumi milli gəlirin ən azı 3 faizi büdcədən fundamental elmi tədqiqatların inkişafına yönəldilməlidir. İnkişaf etməkdə olan ölkələrin, eləcə də makroiqtisadi dəyişikliklər həyata keçirən dövlətlərin iqtisadiyyatı üçün səciyyəvi olan büdcə böhranı innovasiya proseslərinin inkişafında dövlətin iştirak etməsi imkanlarını məhdudlaşdınr. RF Maliyyə Nazirliyinin məlumatına görə, 1996 - cı ildə büdcə investisiyalannın həcmi əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 8% azalmışdır. Rusiyada elmi - texniki proqramların kifayət qədər maliyyələşdirilməməsi büdcə kəsrinin artmasından irəli gəlirdi. Dövlət Dumasının Deputatları 1997 - ci ildə elmi - texniki siyasət sahəsində Rusiyanın strateji maraqlarını qorumaq məqsədilə təklif etmişlər ki, büdcə formalaşarkən “inkişaf büdcəsi” ayrıca nəzərdə tutulsun, burada ən əhəmiyyətli elmi -texniki proqramların həyata keçirilməsi üçün maliyyə resursları cəmləşdirilsin. İnnovasiya fəaliyyətinə xarici investisiyalar həm elmi - texniki, iqtisadi əməkdaşlığa dair dövlətlərarası və hökumətlə- rarası proqramlar formasında, həm də xarici maliyyə təşkilatlarından və xüsusi sahibkarlardan özəl investisiyalar formasında həyata keçirilə bilər. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin bazarlarında beynəlxalq özəl investisiyalar kifayət qədər fəaldır. Amerika investisiya fondları, alman bankları və digər özəl investorlar öz fəaliyyətlərini beynəlxalq miqyasda diversifıkasiya etməklə, xüsusi investisiyaların yüksək dərəcədə gəlirli olmasını təmin etməyə çalışırlar. İnkişaf etməkdə olan bazarlara investisiyaların riski kifayət qədər yüksək olsa da bir qayda olaraq bu risk sərmayə qoyuluşlarının yüksək dərəcədə gəlirli olması ilə təmin edilir. Bu halda 87 sənayenin xammal və emal sahələri kənar investorlar üçün daha cəlbedicidir. Hərçənd ki, bu sahələr bir qayda olaraq əvvəlcədən sanballı investisiya qoyuluşlarını tələb etmir. İxrac edilən xammalın və yarımfabrikatların keyfiyyətinin rəqabət qabiliVyətli olması isə elmi- texniki tərəqqinin son nailiyyətlərindən istifadə olunmadan təmin edilə bilməz. RF İqtisadjiyyat Nazirliyinin xarici investisiyalar mərkəzinin hesablamalarına görə, 1996-cı ildə xarici investorlar üçün ən cəlbed|ci sahələr nefl və qaz hasilatı, eləcə də alüminium sənaydsi olmuşdur. Təşkilatların xüsusi vəsaitləri innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün əsas mənbə olaraq qalır. Rusiyada makroiqtisadi islahatlar keçirilən illərdə dövriyyə vəsaitlərinin kafi həcmini saxlaya bilmiş sahələr indi innovasiya fəaliyyətini həyata I keçirmək üçün real şans əldə etmişlər. Bu, ilk növbədə rabitə sahəsinə aiddir. Bu sahədə istehsal tsiklinin müddətinin kiçik ollması hesabına müəssisələr inflyasiyanın təsirini praktiki olaraq hiss etməmiş və elmi- texniki layi-hələrin həyata keçirilməsi üçün kifayət qədər ehtiyat yaratmışlar. Məsələn, Moskva şəhər telefon şəbəkəsi “Zolotaya pulya” layihəsini həyata keçirməyə başlamışdır. Bu layihənin əsası optik lifli halqaların köməyi ilə rabitənin təşkil edilməsinin prinsipcə yeni konsepsiyasına əsaslanır. Rusiyada beynəlxalq rabitə operatoru olan “Rostelekom” səhmdar cəmiyyəti 1996 - cı ildə İTUR (İtaliya - Türkiyə - Ukrayna - Rusiya) beynəlxalq optik lifli rabitə xəttinin tikintisini başa çatdırmışdır. Uzunmüddətli texnoloji istehsal tsikli ilə fərqlənən təşkilatlar inflyasiya şəraitində xüsusi dövriyyə vəsaitlərini qoruyub saxlaya bilməmiş, bu isə onların maliyyə vəziyyətinin gərginləşməsinə gətirib çıxarmışdır. Buna görə də indiki dövrdə demək olar ki, bütün sənaye təşkilatları innovasiya fəaliyyətini 88 xüsusi vəsaitləri, hesabına maliyyələşdirmək imkanından məhrumdurlar. Lakin dünya təcrübəsi göstərir ki, dünyada innovasiyaların 80 - 90 % - i əsasən sənayr şirkətləri tərəfindən onların məxsusi maliyyə vəsaitləri hesabına maliyyələşdirilir. Maliyyə kapitalı hüquqi şəxslərin və vətəndaşların maliyyə - kredit müəssisələrində vəsaitlərinin cəmləşməsi hesabına formalaşır

İnnovasiyaların işlənib hazırlanması və reallaşdırılması mərhələsində kapital bazarı innovasiyaların ictimaiyyət tərəfindən qəbul edilməsinin əsas amillərindən biri kimi çıxış edir. Kifayət qədər maliyyə təminatı olmadıqda innovasiyanın həyat tsikli “İdeya” mərhələsi ilə məhdudlaşır. İstənilən yenilik kapital bazarında investisiya baxımından cəlbedici və rəqabət qabiliyyətli olmalıdır. Buna görə də bazar şəraitində innovasiya layihələrinin göstəriciləri ilə yanaşı, aşağıda sadalanan maliyyə - iqtisadi göstəricilər də böyük əhəmiyyət kəsb edir:
• investisiyaların həcmi,
• gözlənilən gəirlilik (rentabellik),
• xərcin ödənilmə müddəti,
• xalis gəlir və s.
Burada söhbət strateji investorun (özünün xüsusi və cəlb edilmiş vəsaitləri hesabına innovasiyanın yaradılmasının və reallaşdınimasının maliyələşdirilməsini təşkil etməyə hazır olan maliyyə - kredit müəssisənin) cəlb edilməsindən gedəndə - iqtisadi göstəricilər əsas rol oynayır. Bir qayda olaraq inno- vasiyalar bazarında yeniliklər haqqında minimum informasiya təkcə sərmayə qoyuluşlarının məqsədləri haqqında məlumatları deyil, investisiyaların həcmi, gözlənilən gəlir səviyyəsi və sərmayə qoyuluşlarının xərcinin çıxarılması müddəti haqqında məlumatları da əhatə edir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin