5.3 İqtisadi tsikllərin ən mühüm nəzəriyyələri
Xarici amillər nəzəriyyəsi
Bu istiqamətin banisi iqtisadi tsiklləri günəş fəallığının 11-illik tsikli ilə
bağlayan ingilis iqtisadçısı U.S.Cevons (1835-1882) hesab olunur. XIX əsrin 70-
ci illərində Cevons bir sıra əsərlərini çap etdirdi ki, həmin əsərlərdə o, günəş
ləkələrinin məhsuldarlığa, buğdanın qiymətinə və ticarət tsiklinə təsirini tədqiq
etmişdi. Lakin o, günəş fəallığının tsiklikliyini əsasən kənd təsərrüfatı və ticarətlə
əlaqələndirirdi. U.S.Cevonsun ardıcılları günəşin tsiklikliyinin təsirini bütün
iqtisadiyyata şamil etdilər. Belə ki, X.S.Cevons (oğul) günəş tsiklini
məşğulluqdakı artıb-azalmalarla əlaqələndirdi, X.M.Mor isə günəş fəallığının
ümumi iqtisadi nəzəriyyəsini işləyib hazırladı.
Dostları ilə paylaş: |