və Qədim Çin (xüsusilə də Çin daoslarının əsərlərində) dövründən mövcuddur.
Filosofları tsikliklik ideyası yüzilliklər ərzində maraqlandırsa da, iqtisadçılar buna
Tsikliklik ideyası əvvəllər J.-B.Seyin (1767-1832) tələbin həmişə təklifə
bərabər olmasını söyləyən qanununa zidd olduğuna görə inkar edilirdi. A.Smitin,
D.Rikardonun, C.St.Millin, A.Marşallın əsərlərində tsikl nəzərə çarpsa da, xırda və
ötəri bir şey kimi görünürdü, bundan başqa, siyasi iqtisadın klassikləri iqtisadi
tsikllərin şahidi olmamışdılar. K.Marks həmin problemə birinci olaraq ciddi diqqət
yetirməyə başlayan iqtisadçılardandır.
Müasir Qərb neoklassik məktəbinin ən nüfuzlu alimlərinin mənsub olduğu
birinci cərəyanın nümayəndələri hesab edirlər ki, tsikllər iqtisadi sistemə təsadüfi
təsirlərin nəticələridir, yəni tsikliklik iqtisadiyyata müstəqil impulsların təsirinin
nəticəsidir. Bu yanaşmanın əsası 1927-ci ildə sovet iqtisadçısı Y.Y.Slutski (1880-
1948) tərəfindən qoyulmuşdu, amma bu istiqamət yalnız 30 ildən sonra Qərbdə
geniş tanınmışdı.
İkinci cərəyanın nümayəndələri tsikli özünəməxsus ilkin zəmin, real dünyanın
elementar, bölünməz atomu kimi nəzərdən keçirməyə meyillidirlər. Bu yanaşmada
tsikl - maddi aləmin xüsusi, universal və mütləq törəməsidir. Tsiklin quruluşunu
iki əks maddi obyekt təşkil edir ki, onlar onun daxilində qarşılıqlı təsirdədirlər.
Hal-hazırda iqtisadçılar, təəssüf ki, tsiklləri proqnozlaşdıra bilmir, onlar
yalnız inkişaf tendensiyasını fərqləndirirlər:
• yüz il müddətinə;
• bir neçə onilliyi əhatə edən tsikllər;
• normal iqtisadi tsikllər;
• kiçik tsikllər;
• iqtisadiyyatın ayrı-ayrı bölmələri daxilində (məsələn, kənd təsərrüfatı)
spesifik artıb-azalmalar;
• ayrıca götürülmüş hadisənin (məsələn, ehtiyatların həcmi) spesifik artıb-
azalmaları və s.
Müasir elmə iqtisadi tsikllərin 1380-dən artıq növü məlumdur ki, onlara
dalğalar deyirlər. İqtisadi ədəbiyyatda onları adətən həmin problemə xüsusi
tədqiqat əsəri həsr etmiş alimlərin adı ilə adlandırırlar. Ən məşhur tsikllər uzun
dalğa adı almış N.D.Kondratyev (50-60 il) tsikli, S.Kuznets (18-25 il) tsikli,
K.Juqlar (7-12 il) tsikli, C.Kitçinin qısa tsiklləri (2-4 il), Forrester (200 il) tsikli,
sivilizasiyanın inkişafını nəzərdə tutan Toffler (1000-2000 il) tsikli.
Tsikllərin bu və bir sıra başqa növlərini daha konkret nəzərdən keçirək.
Dostları ilə paylaş: