3. Kuznets tsiklləri (1901-1985). Dövrü 18-25 ildir. 1930-cu illərdə ABŞ-
da inşaat tsikli adlandırılan dövrün tədqiqatları yarandı. C.Riqqolmen, V.Nyumen
və bir sıra başqa analitiklər mənzil tikintisinin məcmu illik həcminin ilk statistik
indekslərini hazırladılar və onlarda bir-birinin ardınca gələn uzunmüddətli sürətli
yüksəliş və dərin enmə və ya durğunluq dövrlərinin olduğunu aşkarladılar. 20-
illik artıb-azalmaları müəyyənləşdirən «inşaat tsikli» məfhumu da məhz onda
yarandı.
4. Kondratyev tsiklləri (1892-1938), uzun dalğalar. Tsiklin dövrü 50 il və
ya bir qədər də artıqdır. Uzun dalğalar nəzəriyyəsi istiqamətində iş hələ 1887-ci
ildə, ingilis alimi K.Klark 1793 və 1847-ci illərin böhranları arasında fərqin 54 il
olmasına diqqət yetirməsi ilə başlanmışdı. O, həmin fərqin təsadüfi olmaması
barədə fikir söyləmişdi. V.Cevons elm üçün yeni olan hadisəni izah etmək üçün
uzun dalğaların təhlilinə ilk dəfə olaraq artıb-azalmaların statistikasını cəlb
etmişdi. Materialların oriqinal statistik təhlilini holland alimləri Y.Qederenin və
S.Volfun əsərlərində texniki prosesin tsikliklik amili kimi nəzərdən
keçirilməsində görmək olar.
Dostları ilə paylaş: |