Mövzu Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf tsiklləri nəzəriyyəsi


böhran, depressiya, canlanma, yüksəliş



Yüklə 209,61 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix02.01.2022
ölçüsü209,61 Kb.
#42128
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 5 (makro)

böhran, depressiya, canlanma, yüksəliş. Müasir iqtisadi  ədəbiyyatda ABŞ Milli 

İqtisadi  Tədqiqatlar  Bürosunun  işləyib  hazırladığı  məfhumlardan  geniş  istifadə 

olunur,  həmin  məfhumlara  görə  tsiklə  aşağıdakı  dörd  faza  daxildir:  zirvə  (pik, 

bum), sıxılma (retsessiya, enmə), dib (depressiya), canlanma (genişlənmə). 

İqtisadiyyatın  yüksəlişi  işgüzar  fəallığın  yeni  müqavilələr  bağlanması, 

işsizliyin  qismən  azalması,  istehlak  tələbinin  artması  ilə  başlayır  ki,  bunun  da 

nəticəsində əmtəə və xidmətlərin istehsal həcmi artmağa başlayır və get-gedə artır. 

Firmalar  və  alıcılar  daha  yaxşı  vaxtlara  ümid  edirlər,  əhval-ruhiyyələr  yaxşılaşır. 

İnsanlar daha çox pul xərcləyirlər, çünki onlar iş və iqtisadiyyata inam əldə edirlər. 

Firmalar investisiya qoyur və iş yerləri yaradırlar, gəlirlər artır. Birjada səhmlərin 

məzənnəsi  artır,  lakin  qiymətlər  hələ  ki,  sabitdir.  Yüksəlişin  əsas  əlamətləri  də 

buradandır:  qiymətlər  sabitdir,  işsizlərin  sayı  eyni  səviyyədədir  və  ya  azalır; 

anbarlarda  saxlanan  əmtəələrin  miqdarı  azalır.  Bum  şəraitində  (yüksəlişin  ən 

yuxarı nöqtəsi) hər şey əla gedir. İş qüvvəsinə tələb təklifi üstələyir, firmalar bütün 

gün ərzində işləyirlər, lakin tələbi ödəyə bilmirlər. Qiymətlər get-gedə daha sürətlə 

artır. Faiz dərəcələri artır, çünki hamıya pul lazımdır. Birjada səhmlərin məzənnəsi 

artıq düşməyə başlayır. İnvestorlar enməni gözləyirlər. 

Enmə  -  iqtisadiyyatın  elə  vəziyyətidir  ki,  bu  zaman  ümumi  milli  məhsul 

durmadan yarıbayarı azalır və bu da istehsalın ixtisarına və ya onun inkişaf sürətiin 




azalmasına dəlalət edir. Bu dövrdə əhvallar hər yerdə pisləşir. Əmtəə və xidmətlərə 

tələb  azalır,  firmalar  daha  az  istehsal  edir,  məcburən  işçiləri  ixtisara  salırlar. 

İşləyənlər azaldılmış əməkhaqqı alırlar. Səhmlərin qiyməti aşağı düşür. Bankların 

çoxu daha kredit vermir, çünki onun qaytarılacağına ümid etmirlər. Get-gedə daha 

çox  müəssisə  bağlanır.  Enmənin  əsas  əlamətlərinə  aşağıdakıları  aid  etmək  olar; 

qiymətlər  hələ  ki  sabitdir,  lakin  artıq  onların  düşməsinə  meyil  görünməkdədir; 

işsizlərin sayı artır, müəssisələrdə əmtəələrin miqdarı da artır. 

Enmə  retsessiya  və  depressiya  ilə  müşayiət  olunur.  Retsessiya  -  milli 

istehsalın  6  ay  və  daha  çox  davam  edən  azalmasıdır.  Təsərrüfatın  durğunluq 

vəziyyəti, əmtəə və xidmətlərə zəif tələb, müəssisənin xeyli az yüklənməsi, kütləvi 

işsizliklə səciyyələnən depressiya dövrü bir neçə il davam edir. 

İqtisadiyyatın  düşməsinin  ən  aşağı  nöqtəsi  dibdir.  Bu  iqtisadiyyatın  elə 

vəziyyətidir  ki,  bundan  pisi  daha  mümkün  deyil.  Anbarların  çoxu  ağzına  qədər 

dolub,  müəssisələr  məhsulu  sata  bilmirlər.  Qiymətlər  minimaldır.  Müflisləşmə 

ölkədə kütləvi hal alır. Faizlər aşağıdır, çünki pula  tələb təklifdən azdır (kreditlər 

heç kimə gərək deyil). Birjada səhmlərin məzənnəsi düşür. 

İqtisadiyyatın  belə  vəziyyəti  iqtisadi  ədəbiyyatda  böhran  kimi 

müəyyənləşdirilir.  Bazar  təsərrüfat  sisteminin  böhranı  istehsalın  kəskin  şəkildə 

enməsi  ilə  səciyyələnir  ki,  bu  da  İşgüzar  fəallığının  tədricən  məhdudlaşması, 

azalması  ilə  (ticarət  sövdələşmələri  daha  az  baş  tutur,  həm  kredit,  həm  də  nağd 

ödəmə hesabına həyata keçirilən iş əməliyyatlarının həcmi azalır) başlayır. Böhran 

hər  hansı  bir  əmtəəyə  tələb  və  təklif  arasında  və  ya  müəyyən  bir  təsərrüfat 

sahəsində tarazlığın pozulmasından onunla fərqlənir ki, qiymətlərin   sürətlə 

düşməsi,  bankların  müflisləşməsi  və  istehsal  müəssisələrinin  dayanması,  ifrat 

faizinin  artması,  işsizliklə  müşayiət  olunan  ümumi  ifrat  istehsal  kimi  meydana 

gəlir. Böhranın əsas əlamətləri: qiymətlərin dəhşətli dərəcədə düşməsi; işsizlərin 

sayı maksimuma çatır; müəssisələrin anbarları satılmamış əmtəə ilə doludur. 


Yüklə 209,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin