C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19
Mövzu 9. Maliyyələşmə mənbələrinin idarə edilməsi 9.1. Muəssisə fəaliyyətinin maliyyələşdirilməsi üsulları. 9.2. Maliyyə lizinqi. 9.3. Biznesin vencur maliyyələşdirilməsi. 9.1. Muəssisə fəaliyyətinin maliyyələşdirilməsi üsulları. İstənilən müəssisənin maliyyə fəaliyyətinin əsas istiqaməti, müəssisənin istehsal-təsərrüfatını pul vəsaiti ilə təmin edən, həmçinin onun sadə və geniş təkrar istehsalı üçün istifadə olunan pul fondunun yaranmasıdır.
Müəssisənin pul fondunun yaranması onun təşkilindən başlayır. Nizamnamə kapitalı – müəssisənin şəxsi vəsaitinin əsas I mənbəyidir. Onun miqdarı təşkilatın nizamnaməsində göstərilir və qoyulmuş qaydada qeydiyyatdan keçir. Nizamnamə kapitalının əsas və dövriyyə kapitalları yaradılır. Bunlardan isə uyğun olaraq əsas və dövriyyə vəsaitinin yaradılmasına sərf edilir.
Əlavə kapital – bu bütün il ərzində aşağıdakı kanallar üzrə müəssisəyə daxil olan, müəssisənin şəxsi vəsaitinin pul fondudur:
• Yenidən qiymətləndirmə nəticəsində əsas fondun dəyərinin artımı;
• Aksiyaları öz nominal dəyərindən artıq qiymətə satışından gələn gəlir (qiymətli kağızların buraxılış gəliri);
• İstehsalat məqsədi ilə havayı əldə edilən pul və material sərvətləri.
Əlavə kapital müəssisə tərəfindən nizamnamə kapitalının artırılmasında və ziyanların ödənməsində istifadə oluna bilər (yoxlama ilinin fəaliyyətindən, yenidən qiymət qoyma nəticəsində, mülkiyyətin dəyərinin aşağı düşməsindən).
Ehtiyat kapitalı – SC nizamnaməsi vasitəsilə təyin olunmuş, lakin nizamnamə kapitalının 15%-dən az olmamaqla müəssisənin pul fondudur. Onun yaradılması üçün müəyyən həddə çatana qədər hər il müəssisənin xalis gəlirindən 5% tutulur.
Bazar iqtisadiyyatında ehtiyat kapitalının olması, müəssisənin davamlı maliyyə vəziyyətinin saxlanması üçün əsas şərtdir. Müəssisə ziyanların ödənməsi, həmçinin müəssisənin lazımi gəliri olmadıqda dividendlərin ödənməsi üçün ehtiyat kapitalından istifadə edir. Yığım fondu – istehsalatı inkişaf etdirmək üçündür. O xalis gəlirdən yaradılır. Müəssisə bu fonddan dövriyyə vəsaitinin artırılmasını təmin və kapital qoyuluşunu maliyyələşdirir. O həmçinin müəssisənin nizamnamə kapitalının artması üçün mənbədir. Belə ki, istehsalatın inkişafını qoruyan vəsait müəssisənin mülkiyyətini artırır.
Tələbat fondu – müəssisənin xalis gəlirindən yaradılan, müəssisə işçilərinin maddi tələbatını ödəməyə yönəldilmiş, qeyri-istehsal sahələrini maliyyələşdirən, kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir.
Valyuta fondu – yalnız xaricə məhsul göndərməkdən valyuta əldə edən və xarici əməliyyatlar üçün valyuta alan müəssisələrdə yaradılır.
Maliyyə ehtiyatları – bu müəssisənin geniş surətdə təkrar istehsalını sərf olunan xərcləri ödəmək və maliyyə öhdəliklərini yerinə yetirmək üçün təyin olunmuş xaricdən daxilolan pul və gəlir formasındakı pul vəsaitinin cəmidir. Maliyyə ehtiyatları, xarici və daxili bölmələrə ayrılan iki müxtəlif mənbədən yaradılır. Daxili mənbələr şəxsi xüsusi vəsait və təsərrüfatın nəticələri ilə əlaqədar ona bərabər vəsaitlər hesabına yaradılır. Xarici – müəssisə xaricdən daxil
olan ehtiyatlar hesabına əmələ gəlir.
Xarici və daxili mənbələrdən daxil olan maliyyə ehtiyatlarının tərkibi şəkildə verilmişdir. Daxili mənbə maliyyə ehtiyatları arasında əsas yeri qazanc və amortizasiya tutulmaları tutur. Qazanc, müəssisənin son nəticəsi olaraq, istehsalatın fəaliyyət prosesində əmələ gəlir. Rəqabət şəraitində əmək kollektivi gəlirin artmasında maraqlıdırlar. Çünki gəlir istehsalatın artması üçün mənbə, o da öz növbəsində müəssisənin işçilərinin maddi rifahının artmasına səbəb olur. Lakin belə gəlir mənbəyi kimi müəssisənin təsərrüfat fəaliyyəti nəticəsində əldə edilən bütün ümumi gəlirin hamısı deyil, yalnız bütün vergi və ödəmələri büdcəyə keçirdikdən sonra qalan, xalis gəlir adlanan hissəsidir. O, yığım, tələbat və ehtiyat fondlarının yaranmasına sərf edilir. Fəaliyyətdə olan müəssisədə pul dövriyyəsinin başlanğıc və son nöqtəsini təyin etmək çox çətindir. Müəssisənin malik olduğu (şəklin mərkəzi hissəsi) pul vəsaitinin həcmi zaman-zaman dəyişir və istehsalat prosesinin xüsusiyyətindən satış həcmindən, debitor borclarının ödənməsindən və s. asılıdır.
Xammal ehtiyatının yarımçıq istehsalın, anbarda hazır məhsulun miqdarı, debitor borclar və ödənməli kommersiya kreditləri də satışdan, istehsalat prosesindən, müəssisənin kredit borclarına münasibətdə maliyyə siyasətindən, ehtiyatın yaradılmasından asılı olaraq titrəyir.
Pul dövriyyəsi idarəetmə prosesi pul vəsaiti hərəkətinin uzunmüddətli perspektivini proqnozlaşdırmaqdan ibarətdir ki, bu da öz növbəsində müəssisənin maliyyə vəziyyətinə göstərdiyi təsirlə qiymətləndirilir.