C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19
9.2. Maliyyə lizinqi. Hazırki şəraitdə baş vermiş köklü iqtisadi dəyişikliklər investisiya və kapitalın cəlb edilməsində müasir mülkiyyət münasibətləri üçün heç də ənənəvi sayılmayan vasitələrdən istifadə olunmasını tələb edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində lizinq sektoru kapital bazarında bütün maliyyə resurslarının yarıdan çoxunu təmin edir. Müasir təsərrüfatçılıq şəraitində lizinqin çox münasib və rentabelli maliyyə resursu kimi nüfuza malik olması, həm də faktiki olaraq perspektivli sahibkarın istənilən avadanlığı müxtəlif şərtlərlə lizinqə götürə bilməsi imkanının mövcüdlüğü ilə şərtlənir.
Lizinqin əsas növləri kimi maliyyə və operativ lizinqlər, formaları kimi isə bir çox əlamətlərə görə təsnifləşdirilən lizinqlər götürülür. Maliyyə lizinqi – texnikanın uzun müddətə icarəyə verilməsini nəzərdə tutan daha geniş yayılmış lizinq növüdür. Bu müddət lizinq obyektinin amortizasiya müddəti ilə müqayisə olunandır və ya onu ötüb keçir, habelə istifadə dövründə amortizasiyanın dəyəri tamamilə ödənir. İnkişaf etmiş dünya ölkələrində olduğu kimi, Azərbaycanda da maliyyə lizinqinin müddəti obyektin amortizasiya dövründən aşağı olmamalıdır
Əslində maliyyə lizinqi özündə fəaliyyət göstərən kapital şəklində uzunmüdətli kredit formasını ifadə edir. Maliyyə lizinqi onunla fərqlənir ki, icarədar tərəfindən əmlakın servis xidmətini nəzərdə tutmur, müqavilənin təcili dayandırılmasına yol vermir və tam amortizasiya olunmuş sayılır. Onun reallaşdırılması zəruri texnikanın potensial icarədarının seçilməsini, istehsalçı ilə qiymət və göndəriş müddətləri haqqında danışıqları, lizinq şirkətinin avadanlıq alışını və bank ssudasının alınmasını nəzərdə tutur. Əlavə vəsaitlər cəlb etməklə maliyyə lizinqi girov, sığorta, zəmanət və lizinq əmlakının əldə edilməsi məsələləri mühüm əhəmiyyət kəsb edir.
Maliyyə lizinqinin məqsədli-icarədarların maliyyə hesabatında onların istifadə etdiyi əmlakın və üzərlərinə götürdükləri öhdəliklərin obyektiv uçotu yolu ilə baş verə bilən təriflərin yayılmasının qarşısının alınmasıdır.
Lizinq verən tərəfindən lizinq müqaviləsi üzrə əmlakın əldə edilməsi və lizinq mürəkkəb, sosial-iqtisadi hadisə kimi çoxukladlı iqtisadiyyatın formalaşması və istehsal fəaliyyətinin fəallaşdırılması üzrə ən mühüm xalq təsərrüfatı funksiyalarını yerinə yetirir
Beləliklə, lizinq özündə təşkilati- iqtisadi münasibətlərin ən azı üç növünü: icarə, investisiya və ticarəti birləşdirən sahibkarlıq fəaliyyəti sistemidir ki, onların da hər birinin ayrı-ayrılıqda məzmunu spefifik əmlak maliyyə lizinq münasibətlərinin mahiyyətini tam əhatə etmir.
Sxemdə lizinqin sadalanan funksiyalarından yalnız dördünün: maliyyə, istehsal, təchizat və vergi imtiyazları funksiyalarının dəqiqləşdirilməsinə çalışaq.
Maliyyə funksiyası əmtəə istehsalçısının zəruri istehsal vasitələrinin tam dəyəri haqqının birdəfəlik ödənilməsindən azad edilməsində və ona maddi əşya formasında uzunmüddətli kreditin verilməsində ifadə olunur. Lizinqin istehsal funksiyası istehsalat vəzifələrinin bahalı və mənəvi cəhətdən köhnəlmiş maşınların alınması yolu ilə deyil, müvəqqəti istifadə yolu ilə operativ olaraq həll edilməsindən ibarətdir. Bu, istehsalın maddi-texniki bazasının təkmilləşdi-rilməsinin, yeni texnika və texnologiyanın tətbiqinin səmərəli üsuludur. Tam servisli lizinq zamanı əmlakın verilməsi geniş servislə, məsələn, texniki xidmət, xammalla, iş qüvvəsi ilə təchiz olunma və s. ilə müşaiyət edilə bilər. Satış funksiyası istehlakçı dairəsinin genişlənməsini və yeni satış bazarlarının ələ keçirilməsini əhatə edir. Vergi və amortizasiya güzəştlərinin alınması funksiyası aşağıdakı xüsusiyyətlərə malikdir:
- lizinq üzrə götürülmüş əmlak istifadəçinin balansında əks olunmaya bilər, çünki mülkiyyət hüququnu lizinq verən özündə saxlayır;
- lizinq ödəmələri istehsal olunan məhsulun (xidmətin) maya dəyərinə aid edilir ki, bu da müvafiq olaraq vergi tutulan mənfəəti aşağı salır;
- lizinq obyektinin normativ xidmət müddəti bazasında deyil, kontrakt müddəti əsasında hesablanan sürətli amortizasiyanın tətbiq edilməsi əldə edilən mənfəəti aşağı salır və əmlakın təzələnməsini sürətləndirir.
Nəticədə lizinq öz sferasına yeni obyektlər cəlb etməklə təkliflərin diversifikasiyasına kömək edir, istehsal vasitələri bazarını inkişaf və diversifikasiya etdirir.
Maliyyə lizinqi – texnikanın uzun müddətə icarəyə verilməsini nəzərdə tutan daha geniş yayılmış lizinq növüdür. Bu müddət lizinq obyektinin amortiazsiya müddəti ilə müqayisə olunandır və ya onu ötüb keçir, habelə istifadə dövründə amortizasiyanın dəyəri tamamilə ödənir. Ümumi qəbul edilmiş tərifdən göründüyü kimi, iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində olduğu kimi, Azərbaycanda da maliyyə lizinqinin müddəti obyektin amortizasiya dövründən aşağı olmamalıdır.
Əslində maliyyə lizinqi özündə fəaliyyət göstərən kapital şəklində uzunmüddətli kredit formasını ifadə edir. Lizinq müqaviləsinin fəaliyyət müddəti qurtardıqdan sonra istifadəçi əmlakı imtiyazlı və ya qalıq dəyərinə görə öz mülkiyyətinə keçirə, güzəştli şərtlərlə müqaviləni və ya münasibətləri dayandıra bilər. Maliyyə lizinqi onunla fərqlənir ki, icarədar tərəfindən əmlakın servis xidmətini nəzərdə tutmur, müqavilənin təcili dayandırılmasına yol vermir və tam amortizasiya olunmuş sayılır. Onun reallaşdırılması zəruri texnikanın potensial icarədarının seçilməsini, istehsalçı ilə qiymət və göndəriş müddətləri haqqında danışıqları, lizinq şirkətinin avadanlıq alışını və bank ssudasının alınmasını nəzərdə tutur. Maliyyə lizinqi çərçivəsində onun müxtəlif şəkildəyişmələrini fərqləndirmək lazımdır: müstəqil, sadə və mürəkkəb, qrup (səhmdar), birbaşa və s.
Müstəqil lizinq (qismən lizinq verən tərəfindən maliyyələşdirilir) iri lizinq layihələrinin maliyyələşdirilməsi üçün bir neçə kredit təşkilatlarını birləşdirir. O, lizinq verən tərəfindən bir-iki və ya bir neçə kreditordan lizinq obyekti dəyərinin 70-80 faizə qədər məbləğində uzunmüddətli borc pul vəsaitinin cəlb olunmasını nəzərdə tutur.
Birbaşa maliyyə lizinqi isə əmlakın istehsalçısı və ya satanı sayılmayan müstəqil olaraq bir icarədar tərəfindən aparılır. Bəzi ölkələrdə lizinqin bu növü aşağıdakı tələblərə cavab verməklə kapital lizinqi hesab edilir:
• Sövdələşmənin qurtarması anına obyektə sahiblik hüququ icarədara verilməlidir.
• Müqavilənin şərtləri rəqib torqlarından əmlakın alınması hüququnu verməlidir.
• İcarənin davamlılığı lizinq obyektinin iqtisadi cəhətdən əsaslandırılmış xidmət müddətinin 70-80 faizinə bərabər olmalıdır.
• Minimum lizinq ödəmələrinin diskontlaşdırılmış dəyəri lizinq verən tərəfindən tutulan investisiya vergi krediti çıxılmaqla icarəy1ə götürülən obyektin real dəyərinin 90 faizdən az olmamalıdır.
Operativ (əməliyyat) lizinq – lizinq alanın öz məsuliyyət və riskinə görə aldığı əmlakını, onun normativ xidməti müddətində dəfələrlə icarəyə vermək imkanını nəzərdə tutur .
Operativ lizinq zamanı lizinq alan mülkiyyətçi hüququnda əmlaka sahiblik ilə əlaqədar risklərdən qaçmağa və ya onu aşağı salmağa, habelə, avadanlığın təmiri və ya boş dayanması zərurəti ilə əlaqədar meydana çıxan birbaşa və dolayı qeyri-məhsuldar xərcləri aradan qaldırmağa çalışır. Ona görə də lizinq alan aşağıdakı hallarda avadanlıq və maşın əldə edilməsinin digər formalarına nisbətən operativ lizinqə üstünlük verir:
• icarəyə götürülmüş avadanlığın istismarından gözlənilən gəlirlər onun ilkin qiymətini ödəmir;
• icarədara sövdələşmə obyekti yalnız az bir müddətə tələb olunur (məsələn, mövsümi iş dövrünə və yaxud birdəfəlik məqsədli istifadəyə);
• lizinq avadanlığı xüsusi texniki xidmət tələb edir, yaxud onun istismarı üçün lizinq alanda xüsusi texniki mütəxəssislər yoxdur;
• lizinq avadanlığı xüsusi texniki xidmət tələb edir, yaxud onun istismarı üçün lizinq alanda xüsusi texniki mütəxəssislər yoxdur;
Operativ lizinqin geniş tətbiq olunması şərti hissə-hissə aşınan avadanlıq bazarının mövcudluğu, habelə lizinq obyektinin aşağı haqla təkrar icarəyə verilməsinə tələbatın yaranması sayılır. Lizinqin bu növü aşağıdakı məsələlərin həllinə imkan verir:
• icarə müddətini qısaltmağa (lizinq obyektinin fiziki aşınmasına qədər);
• icarə predmetinin xarab olması, sıradan çıxması və ya itkisi riskini lizinq alanın üzərinə qoyulmasına;
• icarə müqaviləsi müddəti qurtaran kimi lizinq obyektini satmağa və ya onu yenidən digər müştəriyə lizinqə verilməsinə;
• cari təmir də daxil olmaqla fiziki xidməti həyata keçirməyə.
Mütəxəssislərin fikrincə, maliyyə lizinqi maliyyə əməliyyatlarının aparılmasının ən mürəkkəb və maraqlı növlərindən biridir, qarşılıqlı əlaqəli və qarşılıqlı şərtlənən çoxlu sayda müqavilələri özündə birləşdirir və investisiya layihələrinin işlənib hazırlanması zamanı müxtəlif kombinasiyalardan istifadə etməyə imkan verir.
Lizinq sövdələşmələrində iştirakçılardan maliyyə risklərini yüksək səviyyədə idarəetmə qabiliyyəti tələb olunur. Dünya təcrübəsi göstərir ki, yüksək kommersiya riskləri şəraitində satıcı və lizinq verən risklərin minimumlaşdırılması haqqında optimal qərar qəbul etməkdən ötrü öz qarşılıqlı münasibətlərinə yenidən baxırlar, daha doğrusu qarşılıqlı razılaşaraq kommersiya risklərini öz aralarında bölüşdürürlər.
Professor İ.A.Blank qeyd edir ki, müəssisə kapitalının idarə olunması aşağıdakı əsas vəzifələrin, yerinə yetirilməsini nəzərdə tutur .
• Müəssisənin lazımi iqtisadi inkişaf tempini təmin edən həcmdə kapitalın formalaşması;
• Formalaşan kapitalın fəaliyyət növləri və istifadə istiqamətləri üzrə optimal bölgüsü;
• Maliyyə riskinin nəzərdə tutulan səviyyəsində kapitalın maksimum gəlir verməsi üçün şəraitin yaradılması;
• Kapitalın nəzərdə tutulan gəlirlilik səviyyəsində onun istifadəsi ilə əlaqədar maliyyə riskinin minimumlaşdırılmasının təmin edilməsi;
• Müəssisənin inkişaf prosesində daimi maliyyə tarazlığının təmin edilməsi;
• Təsisçi tərəfindən müəssisə üzərində maliyyə nəzarətinin gücləndirilməsi;
• Müəssisənin maliyyə çevikliyin təmin edilməsi;
• Kapitalın dövriyyəsinin optimallaşdırılması;
• Kapitalın investisiyalaşdırılması prosesinin təmin eidlməsi.
Müəssisə fəaliyyətinin maliyyələşdirilməsi üçün borc kapitaldan istifadə iqtisadi cəhətdən faydalıdır, çünki bu mənbəyə görə haqq orta hesabla səhmdar kapitala görə haqdan xeyli azdır. Bundan əlavə borc vəsaitlərin cəlb edilməsi mülkiyyətçiyə və menecerə imkan verir ki, nəzarətində olan maliyyə resurslarının həcmini əhəmiyyətli dərəcədə artırsın, yəni müəssisənin investisiya imkanını genişləndirsin. Borc kapitalın əsas növləri istiqraz vərəqələri və uzunmüddətli kreditlərdən ibarətdir.
Bazar iqtisadiyyatının formalaşması və inkişafı mərhələsində biznesin (şirkətin) maliyyə resurslarının tərkibində mütərəqqi dəyişikliklər baş vermişdir ki, onların içərisində vençur kapitalından istifadə xüsusi əhəmiyyət kəsb edir.