Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Vençur investisiyalaşdırmasmm birbaşa tənzimlənməsi



Yüklə 114,21 Kb.
səhifə33/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Vençur investisiyalaşdırmasmm birbaşa tənzimlənməsi innovasiya şirkətlərinin kapitalma birbaşa dövlət investisiyasının yatınlmasmı, yeni innovasiya şirkətlərinin yaradılmasında qrantlardan istifadəni, vençur kapital bazannm inkişafına dəstək verən xüsusi fondlara aktivlərin təqdim edilməsini nəzərdə tutur. Vençur investisiyalaşdırmanm dolayısı tənzimlənməsi isə ölkədə sahibkarhğın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Vençur kapitalının müasir elmi-texniki inkişafa təsirini nanotexnologiya sahəsinin inkişafında aydın görmək olar. Belə ki, nanotexnologiya sahəsinin maliyyələşdirilməsi mənbələri içərisində dövlət və şirkətlərin vəsaitləri ilə yanaşı vençur kapitalı əhəmiyyətli yer tutur. Nanotexnoloji layihələrə vençur kapitalmın cəlb edilməsi təcrübəsi dünyanm müxtəlif ölkələrində getdikcə genişlənməkdədir. Nanotexnologiya sferasında vençur kapitalmdan istifadə nanoməhsul istehsalının genişləndirilməsi və kom- mersiyalaşdınlması prosesini başa çatdırmağa imkan verir ki, bu da öz növbəsində nanotexnologiyanın dünya bazannda lider mövqe tutmasma və ölkə iqtisadiyyatınm rəqabətqabiliyyətinin artmasına gətirib çıxarır.
Vençur maliyyələşdirməsi - müxtəlif növ pul kapitalıdır, hansıki fərdi layihələr və proqramlar üzrə elmi-tədqiqat işlərinə maddi yardım sisteminin təsiri altında baş verir.
Vençur maliyyələşdirməsinin digər maliyyələşdirmə növlərindən fərqli xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Birincisi, o «bəyənilmiş risk» prinsipi olmadan mümkün deyil. Bu o deməkdir ki, kapital qoyan əvvəlcədən maliyyələşdirilən şirkətin fəaliyyətində vəsaitin itməsi imkanları ilə razılaşır; İkincisi, vençur maliyyələşdirməsi kapitalın uzunmüddətli investisiyalaşmasını nəzərdə tutur, hansıki investor layihənin perspektivliyinə inanmaqdan ötrü 3 və 5 il və qojmlan kapitaldan mənfəət almaqdan ötrü isə 5-10 il gözləməlidir; Üçüncüsü, vençur kapitalı kredit kimi deyil, şirkətin nizamnamə kapitalında şərikli pay şəklində verilir. Yeni yaradılan şirkət, bir qayda olaraq, tərəfdaşlığın hüquqi statusundan istifadə edir, kapital qoyan isə məsuliyyətli, məhdud həcmli payla tərəfdaşa çevrilir. İştirak payından asılı olaraq riskli investorun maliyyələşdirilən şirkətin gələcək mənfəətindən müvafiq məbləğ almaq hüququ vardır;
Dördüncüsü, vençur investoru strateji tərəfdaşdan fərqli olaraq şirkətin nəzarət səhm paketini mənimsəməyə cəhd etmir, adətən səhm paketinin 25-40 faizi ilə kifayətlənir;
Beşincisi, vençur investoru maliyyələşdirilən yeni şirkətin uğurlu fəaliyyətində xüsusilə maraqlıdır ki, bu da layihənin yüksək riskli olması ilə şərtlənir. Buna görə də riskli investor təkcə vəsait qoymaqla məhdudlaşmır, həm də müxtəlif məsləhətlər verir, idarəetmədə iştirak edir və başqa xidmətlər göstərir. Vençur maliyyələşdirməsi innovasiyanın həyat tsiklinin məriıələrindən asılı olaraq bir neçə mərhələlər üzrə həyata keçirilir.


Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin