Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları



Yüklə 114,21 Kb.
səhifə32/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

«Vençur» anlayışı «venture» ingilis sözündən əmələ gəlmişdir, hansıki iqtisadi konteksdə «riskli iş, riskli müəssisə» kimi tərcümə olunur. Vençur kapitalı — yüksək risklidir, yeni yaradılan və sürətlə inkişaf edən kiçik və orta təsərrüfat subyektlərinə, eləcə də müflisləşmə ərəfəsində olan müəssisələrin maliyyələşdirilməsi üçün xarici investorlar tərəfindən qoyulan pul vəsaitidir.
Böyük Britaniyada və eləcə də dünyanın bir çox ölkələrində
«vençur kapitalı» anlayışını fond birjalarında katirovka olmayan səhmdar kapitala yönəldilən, müəssisənin inkişafınm ilk və sonrakı mərhələlərində istifadə edilən investisiya kimi dəyərləndirilir. ABŞ-da «vençur kapitalı» dedikdə inkişafın ilkin mərhələsində, yaxud öz biznesini sürətlə inkişaf etdirən şirkətə qoyulan müstəsna investisiya başa düşülür. Avropada «birbaşa xüsusi investisiya» termini daha geniş işlədilir, hərçənd bəzi ekspertlər onu şirkətin xarici və daxili menecerlərinin sövdələşmələrində istifadə edirlər.
Vençur investisiyalaşdırmasma Amerika yanaşmasında əsas diqqət investisiyalaşdırılan şirkətin sərəncamına vəsait təqdim edən vençur investorunun oynadığı rola yönəldilir. Avropa yanaşmasında isə «birbaşa xüsusi investisiya» üçün nəzərdə tutulan və «vençur kapitalı» üçün münasib sayılan yerləşdirməyə cəhd göstərilir. Sadalanan terminlərə Amerika yanaşması vençur kapitalistinin sahibkarlıq fəaliyyətini nəzərdə tutur, halbuki Avropa və Britaniya yanaşmasmda daha formal tərif hiss olunur. Terminalogiyadakı fərqli yanaşmalardan görünür ki, «vençur kapitalı» və «birbaşa xüsusi investisiya» anlayışları mahiyyətcə eynidir, yalnız fərq şirkətin inkişaf mərhələlərinə görə onlarm sxematik bölünməsidir.
Vençur kapitalı riskli və orta səviyyədən yüksək gəlirliyə malik kapitaldır, həmçinin şirkətin nizamnamə kapitalında pay sahibi olmaq üçün alətdir. Riskli kapital təqdim edən vençur kapitalisti investisiyalaşdırılan şirkətin tərəfdaşına çevrilir. Vençur kapitalı əsasmda investisiyalaşdırmanın aşağıdakı səciyyəvi xüsusiyyətləri vardır:

  • investisiyalaşdırılan şirkət vençur kapitalistinə heç bir zəmanət

təqdim etmir;

  • vençur kapitalisti üçün yeganə zəmanət onun risk dərəcəsini qiymətləndirmə bacarığıdır;

  • vençur kapitalisti investisiyalaşdırılan şirkətin idarə edilməsində iştirakı arzulamır, çünki müəssisənin nəzarət səhm paketindən az paya sahib olmağı üstün tutur;

- gələcək pul vəsaitlərinin axını müstəsna əhəmiyyət kəsb edir, çünki o, keçmiş illərin balans göstəriciləri deyil.
Vençur kapitalı ilk dəfə XVII əsrdə Hollandiyada dənizdə üzməyə yola salınan gəmiyə riskli kapital qoymaq ideyası ilə yaranmışdır. Lakin strukturlanmış maliyyə aləti kimi vençur kapitalından yalnız İkinci Dünya Müharibəsindən sonra ABŞ-da istifadə edilmişdir. 1980-ci ildə Kanadada, Qərbi Avropada, Avstraliyada və Uzaq Şərq ölkələrində vençur kapitalmdan istifadə olunmuşdur.
Əslində vençur kapitalı qarşılıqlı faydalılıq əsasında investorun kiçik və orta biznesin inkişafına təqdim etdiyi uzunmüddətli maliyyə resurslarının mənbəyidir. Vençur kapitalı əsasında investisyalaşmanın təşəkkülü kompüter texnologiyasının sürətlə inkişafı ilə eyni vaxta təsadüf edir. Fərdi kompüterlərin istehsalı və biotexnologiya kimi yeni sahələrin sürətlə inkişafı vençur kapitalından istifadə əsasında mümkün olmuşdur. İlk dəfə vençur fondu 196l-ci ildə yaradılmışdır. Hazırda Avropanın 20 ölkəsində 500-dən çox vençur fondu və Avropa Vençur kapitalı Assosiasiyası fəaliyyət göstərir. Vençur maliyyələşdirməsi inkişaf etmiş ölkələrin iqtisadiyyatının hərəkətverici qüvvələrindən birinə çevrilmişdir.
Müxtəlif ölkələrdə vençur maliyyələşdirməsinin mənbələri hər bir dövlətin maliyyə sənayesinin spesifikasından asılı olaraq fərqlidir. Məsələn, Avropa İttifaqı ölkələrində vençur fonduna investisiyanın 50 faizi banklardan, pensiya fondlanndan, sığorta şirkətlərindən, sənaye və maliyyə korporasiyalanndan daxil olur. Rusiya qanunvericiliyinə uyğun olaraq pensiya fondları vəsaitini yalnız daşınmaz əmlaka, bank depozitinə, şirkətin katirovka olunan səhmlərinə və dövlət qiymətli kağızlanna qoya bilərlər. Deməli pensiya fondları vençur fonduna vəsait qoya bilməzlər.
Hazırda birbaşa və vençur investisiya sənayesi ABŞ-da, Avropa İttifaqı ölkələrində, Çində, İsraildə, Tayvanda daha çox inkişaf etmişdir. Qərbi Avropada illik investisiyanın həcmi 14,5 milyard evro olan birbaşa və vençur investisiya fondlarmın sayı 500-dən çoxdur.
Vençur maliyyələşdirməsi ilə fiziki və hüquqi şəxslərin vəsaiti hesabına yaradılan və müzdlu menecerlər tərəfindən idarə edilən «vençur fondları» məşğul olurlar. Menecerlər konkret formada investorların toplanan pul vəsaitlərini yüksək mənfəətin alınmasını təmin etmək imkanına malik olan kiçik və orta şirkətlərin inkişafına yönəldirlər. Bəzən vençur maliyyələşdirməsi yeni elmi ideyanın reallaşdırılması və bazara çıxaniması üçün yeganə vasitə olur. Adətən vençur investisyasına o sahibkarlar müraciət edirlər ki, )diksək risklilik səviyyəsinə görə investisiya şirkətləri onlara vəsait ayırmaq istəmirlər, həm də bank kreditləri götürə bilmirlər. Belə olan halda konkret biznes layihəsini reallaşdırmaq üçün vençur maliyyələşdirməsindən istifadə edilir, hansıki girov qoymaq və zəmanət vermək tələb etmir, yalnız investoru şirkətin şərikinə çevirmək və biznesin idarə olunmasında iştirakını təmin etmək gərəkdir.
Vençur maliyyələşdirməsinin idarə edilməsi sahəsində ilk addım 1958-ci ildə ABŞ-da «kiçik biznesə investisiya barədə» Qanunun qəbulu olmuşdur. Bu qanun ABŞ kiçik biznes işi üzrə Agentliyə imkan verdi ki, kiçik sahibkarlığın maliyyələşdirilməsi və idarə edilməsi prosesini xeyli sadələşdirsin. ABŞ Federal Ehtiyatlar sistemi Şurasının məruzəsində kiçik biznesin uzunmüddətli maliyyələşdirilməsi üçün kapital bazannda böyük boşluğun olması xüsusi qeyd edilmişdir ki, bu məsələ adıçəkilən qanunda öz əksini tapmışdır. ABŞ kiçik biznes işi üzrə Agentliyin Proqramında iqtisadi sistem vasitəsilə kiçik sahibkarlığa vençur kapitalmm cəlb edilməsi prosesinin sadələşdirilməsi önəmli məsələ kimi nəzərdə tutulmuşdur.
Vençur maliyyələşdirməsinin başlıca məqsədi bir sahibkarın maliyyə kapitalı ilə digər sahibkarın intellektual imkanlarının (orijinal ideya, yaxud texnologiya) hər iki sahibkara yeni formada mənfəət gətirməkdən ötrü iqtisadiyyatın real sektorunda birləşdirməkdir.
Vençur investisiyalaşdırmasmda investisiya bankı və kommersiya bankı iştirak edirlər. Bu zaman əsas rol investisiya banklanna məxsusdur. İnvestisiya banklan ilə müqayisədə kommersiya banklannın fəaliyyəti dövlət tərəfindən daha möhkəm reqlamentləşdirməyə məruz qalır. Kommersiya banklan maliyyə-kredit sisteminin digər təşkilatlan ilə birlikdə müstəqil vençur fondlannın filiallannı yaradırlar.
Banklar vençur maliyyələşdirilməsində iştirak edərək aşağıdakı əməliyyatları həyata keçirirlər:

  • vençur fondlarının formalaşdırıİması üçün maliyyə vasitəçilərinə hesab açırlar;

  • vençur fondlarının formalaşmasına xidmət göstərirlər;

  • vençur kapitalı ilə əməliyyatlar aparmaq üçün maliyyə vasitəçilərinə kömək edirlər;

  • öz şəbəkəsi vasitəsilə şirkətin səhmlərinin satışını təşkil edirlər.

Pensiya fondlan lazımi heyət ştatımn saxlamiması, fondun fəaliyyəti ilə bağlı digər məsrəflərin ödənilməsi və mənfəət götürmək məqsədilə vençur maliyyələşdirməsində iştirak etməyə maraqlıdırlar. Fondun vəsaitlərinin qiymətdən düşməsinin qarşısmı almaq, müştərilərinin qarşısında öz öhdəliklərini yerinə yetirmək və fondun fəaliyyətini genişləndirilmək üçün fondun vəsaitlərinin kapitalizasiyası vacibdir. Təcrübə göstərir ki, xüsusi şirkətlərə və dövlət qiymətli kağızlara fondun vəsaitlərinin qoyulması çox az gəlir verir, bəzən isə fondun zərərinə gətirib çıxarır. Pensiya fondlan tərəfdaş fonda öz vəsaitini qoyaraq məhdud məsuliyyətli tərəfdaşlar qismində iştirak edirlər.
Sığorta şirkətləri vençur maliyyələşdirməsində banklar və pensiya fondlan ilə analoji olaraq iştirak edirlər.
Maliyyə vasitəçisi olan investisiya təşkilatlan fərdi investor- lann maliyyə vəsaitlərini toplayır və vençur maliyyələşdirməsi üçün istifadə edirlər. Maliyyə vasitəçisinin əsas təşkilati formala- nna vençur kapitalı firması və vençur kapitah fondu (vençur fondu) aiddir.
Vençur kapitalı firması peşəkar menecerlər, yaxud fərdi investorlar tərəfindən təsis edilə bilər. İri investorlar vençur kapitalı firmasmm təsisçilərinin tərkibinə daxil ola və baş tərəfdaş qismində çıxış edə bilər. Bu halda vençur kapitalı bilavasitə vençur kapitalı firması çərçivəsində toplanılır. Əgər iri investorlar vençur kapitalı firmasının təsisçisi deyilsə, onda vençur kapitalı vençur fondunda toplanıla bilər.
Vençur fondu vençur kapitalı firması kimi məhdud məsuliyyətli tərəfdaş statusuna malikdir. Vençur kapitalı firması baş tərəfdaş kimi çıxış edir, firmanın idarə olunmasına görə tam məsuliyyət daşıyır, yəni şirkətin meneceri rolunu oynayır və fonda bir faizindən az vəsait qoyur. Bu zaman investorlar məhdud məsuliyyətli tərəfdaşa çevrilir və fonda 99 faiz vəsait köçürürlər, hərçənd onların fonda sərəncam vermək hüququ yoxdur. Baş tərəfdaşın şəxsində peşəkarlar komandası maliyyə fəaliyyətini və layihələrin cari idarə olunması prosesini həyata keçirir, investorlar isə mənfəətin 80 faizinə sahib çıxırlar.
Yüksək texnoloji innovasiyalı şirkətlərin ilkin mərhələsində
investisiyalaşdırma yüksək riskli olduğuna görə investorlar ona kapital qoymaq istəmirlər, halbuki bəzi hallarda belə investisiya qoyuluşu kommersiya baxımından gəlirlidir. Bununla əlaqədar olaraq vençur investisiyalaş-dırmasmm dövlət tənzimlənməsi iki əsas formada həyata keçirilməlidir: birbaşa və dolayısı.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin