Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Pul axınlarının hərəkətinin təhlili və planlaşdırılması



Yüklə 114,21 Kb.
səhifə25/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

7.3. Pul axınlarının hərəkətinin təhlili və planlaşdırılması.
Müəssisənin mənfəətlə işlənməsi üçün pul vəsaitləri axınının effektiv idarə edilməsi, planlaşdırılmış fəaliyyət kursundan kənarlaşmaya operativ reaksiya verilməsi mühüm əhəmiyyət kəsb edir. Pul axınlarının idarə edilməsi maliyyə menecerinin fəaliyyətinin əsas istiqamətlərindən biridir və ona daxildir:
• pul vəsaitlərinin tədavül vaxtının (maliyyə tsikli) hesablanması;
• pul axınlarının təhlili;
• pul axınlarının proqnozlaşdırılması.

Maliyyə tsikli pul vəsaitlərinin dövriyyədən kənarlaşdığı vaxtı ifadə edir. Maliyyə tsiklinə daxildir:


• məhsul istehsalı üçün xammal, material, yarımfabrikat və komplektləşdirici məmulat və başqa aktivlərə pul vəsaitlərinin investisiyalaşdırılması;
• məhsulun reallaşdırılması, işin yerinə yetirilməsi və xidmətin göstərilməsi, həmin əməliyytalardan gəlirin alınması.

Məhsulun reallaşdırılması, pul vəsaitlərinin daxil olması və xərclənməsi eyni vaxtda baş vermir və nəticədə ya böyük həcmdə pul axınına, ya da müəssisənin likvidliyini qoruyub saxlamaq üçün digər mənbələrdən vəsaitin cəlb edilməsinə ehtiyac yaranır.


Pul axınlarının effektiv idarə edilməsi üçün istehsal resurslarının alınması anından əmtəənin reallaşdırılması nəticəsində pul vəsaitlərinin daxil olması anına qədər vaxt intervalında tamamlanmış maliyyə tsiklinin müddətinin müəyyənləşdirilməsi vacibdir. Maliyyə tsiklinin müddəti (M) aşağıdakı düsturla hesablanır:
M = İ + D – K,
burada , İ – istehsal ehtiyatlarının tədavül vaxtı;
D – debitor borclarının tədavül vaxtı;
K – kreditor borclarının tədavül vaxtıdır.
Bu düstur əsasında gələcəkdə müəssisənin kredit siyasətinin xarakterini, debitor və kreditor borclarının ekvallentliyini, müəssisə üçün səciyyəvi olan əməliyyat tsiklinin müddətini və onun dövriyyə kapitalının həcminə təsirini, təsərrüfat dövriyyəsindən pul vəsaitlərinin kənarlaşması müddətini müəyyənləşdirmək olar. Maliyyə tsiklinin müddətinin hesablanması zamanı istifadə olunan göstəricilərin təsirini qiymətləndirmə pul vəsaitləri dövriyyəsinin sürətləndirilməsi yollarını mümkündür.
Pul vəsaitləri axınının proqnozlaşdırılması müəssisənin maliyyə fəaliyyətinin səmərəli təşkilində mühüm əhəmiyyət kəsb edir. Pul axınlarının proqnozu – müəyyən dövr ərzində gözlənilən əməliyyatların həyata keçirilməsi prosesində pul vəsaitlərinin daxil olması və xərclənməsini tam şəkildə özündə əks etdirən hesabatdır .
Pul axınlarının proqnozlaşdırılması vəsait defisitinin, yaxud artıqlığının hələ onların baş verməsinə qədər qabaqcadan görməyə və müəyyən vaxt ərzində müəssisənin fəaliyyətinə müvafiq düzəlişlər etməyə imkan verir. Pul axınlarının proqnozlaşdırılması pul vəsaitləri büdcəsinin tərkibinə uyğun gəlir. Pul vəsaitləri büdcəsi istehsal, xammalın alınması, hazır məhsulun reallaşdırılması sahəsində fəaliyyət proqramının dəyər göstəricilərini özündə əks etdirir. Fəaliyyət proqramında ayrı-ayrı tədbirlərin vaxtaşırı və funksional koordinasiyası təmin edilməlidir.
Büdcənin tərtibi prosesində ən vacib və çətin məsələ layihənin pul axınlarının – investisiya xərclərinin və layihə reallaşdırıldıqdan sonra daxil olan pul vəsaitlərinin proqnozlaşdırılmasıdır . Büdcənin tərtibində ilk addım relevant pul axınlarını müəyyənləşdirməkdir, hansıki layihənin icrası haqqında qərar qəbul edərkən lazımdır. Layihəni qiymətləndirərkən onun reallaşdırılması nəticəsində təkcə nə qədər mənfəət, yaxud zərər alınacağını deyil, həm də şirkətin maliyyə göstəricilərinin nə qədər dəyişiləcəyini nəzərə almaq lazımdır.
Pul axınlarının proqnozlaşdırılmasının effektiv sisteminin əsasını kassa planı təşkil edir. Kassa planı müəyyən vaxt ərzində pul vəsaitlərinin daxil olması və xərclənməsinin proqnozu əsasında tərtib edilir. Kassa planı proqnozlaşdırılan dövr ərzində daxil olacaq və xərclənəcək pul vəsaitlərinin vaxtını və həcmini müəyyənləşdirməyə imkan yaradır. Kassa planının köməyilə maliyyə meneceri müəssisənin pul vəsaitlərinə gələcək tələbatı və bu tələbatın maliyyələşdirilməsi mənbələrini müəyyənləşdirir, həmçinin pul vəsaitlərinin hərəkətinə və likvidliyin dəyişilməsinə nəzarət edir.
Pul axınlarının təhlili müəssisənin pul vəsaitləri ilə təmin edilməsi vəziyyətini qiymətləndirməyə imkan verir. Pul axınlarının təhlilinin əsas məqsədi pul vəsaitlərinin çatışmaması səbəblərini aşkara çıxarmaq, onların cəlb edilmə mənbəylərini və istifadə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Pul axınlarının təhlili müəssisənin əsas, investisiya və maliyyə fəaliyyəti üzrə ayrıca aparılır ki, bu da fəaliyyət növlərinin hər birindən alınan gəlirin xüsusi
çəkisini müəyyənləşdirməyə və inkişaf perspektivlərini qiymətləndirməyə imkan verir.
Dünya uçot-analitik təcrübədə pul vəsaitlərinin hərəkətini müəyyənləşdirmək üçün təhlilin birbaşa və dolayısı metodlarından istifadə edilir. Birbaşa metod pul vəsaitlərinin daxil olması və istifadəsinin hesablanmasına əsaslanır, müəssisənin likvidliyini qiymətləndirməyə, cari öhdəliklər üzrə ödənişlər, investisiya fəaliyyəti və əlavə xərclər üçün pul vəsaitlərinin kifayət qədər olması barədə operativ nəticə çıxartmağa imkan verir. Bu metodun nöqsan cəhəti alınmış maliyyə nəticələri və müəssisənin hesablaşma hesabında pul vəsaitlərinin dəyişilməsi arasında qarşılıqlı əlaqəni müəyyənləşdirə bilməməsidir.
Dolayısı metod pul vəsaitləri ilə əlaqədar əməliyyatların və balansın maddələrinin uçotuna və xalis mənfəətin məbləğində müvafiq dəyişikliklərin aparılmasına əsaslanır, müəssisənin xalis mənfəəti və aktivlərində baş verən dəyişikliklər arasında qarşılıqlı əlaqəni aydınlaşdırmağa imkan verir. Gəlir və xərclərin elə növləri vardır ki, onlar pul vəsaitlərinə toxunmadan xalis mənfəət yaradırlar. Təhlil prosesində gəlir və xərclərin həmin maddələrinə və xalis mənfəətə müvafiq düzəlişlər edilir, çünki xərc maddələri pul vəsaitlərinin daxil olmasından asılı deyil, vəsaitin xərclənməsi ilə müşayət olunmayan gəlirmaddələri xalis mənfəətin məbləğinə təsir etmir.
Maliyyə hesabatlarının bütün istifadəçiləri praktiki öz maraqlarına uyğun qərarların qəbulu üçün təhlilin müxtəlif metodlarından istifadə edirlər. Məsələn, mülkiyyətçilər kapitalın gəlirliyini artırmaq və şirkətin dayanaqlı fəaliyyətini təmin etmək üçün, kreditorlar və investorlar borclar və qoyuluşlar üzrə riskləri azaltmaq üçün maliyyə hesabatlarını təhlil edirlər. Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması təhlilin yeni metodikasından istifadəni zəruri edir. Bu metodika tərəfdaşların seçilməsini əsaslandırmaq, müəssisənin maliyyə dayanaqlığı səviyyəsini müəyyənləşdirmək, işgüzar aktivliyi və sahibkarlıq fəaliyyətinin effektivliyini qiymətləndirmək üçün vacibdir.
Pul vəsaitləri axınının təhlili üçün informasiyanın əsas mənbəyi müəssisənin mühasibat balansı (illik və rüblük hesabat forması № 1), “Mənfəət və zərərlər haqqında hesabat” (forma № 2) və balansa əlavə (illik və rüblük hesabat forması № 5) hesab edilir.
Pul axınlarının kompleks təhlili aşağıdakı suallara düzgün cavab tapmağa imkan verir:
• hansı mənbələrdən nə qədər pul vəsaitləri daxil olur və onlardan istifadə istiqamətləri hansılardır?;
• müəssisənin xüsusi vəsaitləri investisiya fəaliyyəti üçün kifayət edirmi?;
• müəssisə öz cari öhdəliklərini yerinə yetirmək vəziyyətindədirmi?;
• alınan mənfəətin və nağd pul vəsaitlərinin miqdarında kənarlaşmalar nə ilə izah edilir?



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin