Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Büdcə və büdcədənkənar fondlara ödəmələr üzrə hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə55/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   51   52   53   54   55   56   57   58   ...   82
Audit yeni

7.Büdcə və büdcədənkənar fondlara ödəmələr üzrə hesablaşmaların auditi


Dövlət büdcəsi - milli iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin inkişafı üzrə tədbirlərin, dövlət idarəetmə orqanlarının və başqa məqsədlərin maliyyələşdirilməsi üçün istifadə olunan pul vəsaitlərinin mərkəzləşdirilmiş fondudur. Bazar şəraitində müxtəlif mülkiyyət formalı müəssisə və şirkətlərin büdcə ilə qarşılıqlı münasibətləri inkişaf edir. Azərbaycan Respublikasında fıskal siyasəti həyata keçirən Azərbaycan RespublikasınınVergilərNazirliyi və Dövlət Gömrük Komitəsi ödəmə məbləğlərinin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarəti həyata keçirir. Gəlirlərin gizlədilməsi və ya qəsdən azaldılması, eləcə də digər vergitutma obyektlərinin gizlədilməsinə görə müəssisəyə və şirkətlərə maliyyə sanksiyaları tətbiq oluna bilər.
Büdcə ilə hesablaşmaların auditi zamanı aşağıdakı ümumi məsələlər yoxlanılır:

  • vergitutma bazasının müəyyən edilməsinin tamlığı və düzgünlüyü;

  • əsas məhsul (iş, xidmət) satışından gözlənilən pulgəlirlərinin və mənfəətdən vergi üzrə büdcəyə avans ödəmələrin hesablanması üçün gözlənilən mənfəət məbləğinin müəyyən edilməsinin düzgünlüyü;

  • vergivədigərödəmədərəcələrinintətbiqedilməsininvəeləcədə ödəmələrin hesablanması zamanı aparılan riyazi hesablamaların düzgünlüyü;

  • vergilərin ödənilməsi zamanı güzəştlərin tətbiq edilməsinin qanuni və əsaslıolması;

  • büdcəyə ödəmələrinin vaxtında və tamköçürülməsi;

  • ödəmələrin hesablanması və köçürülməsi üzrə mühasibat yazılışlarının tərtib edilməsinindüzgünlüyü;

  • ödəmə növləri üzrə hesabat formalarının tərtib edilməsinin düzgünlüyü və vergi orqanlarına vaxtında təqdimolunması;

  • 521 saylı «Vergi öhdəlikləri», 421 saylı «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», 422 saylı «Digər təxirə salınmış vergi öhdəlikləri» (68 «Büdcə ilə hesablaşmalar») hesabları üzrə analitik və sintetik uçotun aparılmasının düzgünlüyü;

  • Analitik və sintetik uçot yazılışlarının baş kitabda və balansdakı yazılışlara uyğunluğu.

Büdcəyə və büdcədənkənar fondlara ödəmələr mövcud qanunvericilik aktları ilə tənzimlənir. Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların aparılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qərarları ilə təsdiqlənməklə Azərbaycan Respublikası Maliyyə və Vergilər Nazirliklərinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq metodiki göstərişləri və təlimatları ilə reqlamentləşdirilir.
Büdcə ilə hesablaşmalara nəzarət üçün aşağıdakı informasiya mənbələrindən istifadə olunur: ayrı-ayrı növ ödəmələr üzrə arayış və hesablamalar; bəyannamələr; bank çıxarışı və büdcəyə və büdcədənkənar fondlarına ödəniləcək məbləğin köçürülməsi haqqında ona əlavə olunan sənədlər; vergi müfəttişləri tərəfindən aparılan yoxlama aktları; 521, 421, 422 (68 "Büdcə ilə hesablaşmalar"), 523 saylı "Digər məcburi ödənişlər üzrə öhdəliklər"(67 "Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar") hesabları üzrə mühasibat yazılışları; jurnal-orderlər və ya müvafiq maşınoqrammalar.
Mövcud qanunvericiliyə görə maliyyə və vergi orqanları ilə hesablaşmalar üzrə hesabatda əks etdirilən məbləğlər onlarla razılaşdırılmalıdır.
Mənfəət vergisi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanılması zamanı vergi tutulan mənfəət məbləğinin düzgün müəyyən edilməsinə xüsusi diqqət verilməlidir.
Burada yoxlamanın məqsədi aşağıdakılardır:
əsas məhsul (iş, xidmət) satışından faktiki pul gəlirinin (601(46) saylı hesabın krediti) hesabatda əks etdirilməsi;
satılmış məhsulların istehsalına faktiki xərclərin hesabatda əks etdirilməsi;
digər satışdan mənfəətin hesabatda əks etdirilməsi;
satışdankənar gəlirlərin hesabatda əks etdirilməsi;
Yoxlama zamanı aşağıdakı məlumatlardan istifadə olunur:

    • anbardan hazır məhsulların buraxılışı (məxaric qaimələri, fakturalar, əmtəə-nəqliyyat qaimələri vəi.a.);

    • uçot-registrləri (qalıq-dövriyyə cədvəlləri, memorial-order, jurnal-order), dövriyyə balansı, baş kitab, maliyyə nəticələri haqqında hesabatforması;

    • hesablaşma hesabı, valyuta hesabı və cari xüsusi hesablar üzrə bank çıxarışları, yüklənmiş malların ödənişi üzrə ödəmə tapşırıq-tələbnamələri və ödəmətapşırıqları;

    • yüklənmiş mallara görə hesabların ödənilməsi üzrə müəssisənin kassasına pul daxilolmaları üzrə kassa mədaxilorderləri;

    • hazır məhsulların müəssisənin ərazisindən daşınması üzrə buraxılış.

Yoxlamanın aparılması qaydası aşağıdakı kimidir: Mənfəət və
zərərlər haqqında hesabat formasının"Əsas əməliyyat gəliri"maddəsində əks etdirilmiş məlumatlar baş kitab üzrə,601saylı"Satış"(46)hesabı üzrə məlumatlarla üzləşdirilir.
Əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, yerli və digər vergilər mövcud qanunvericiliyə və hər bir vergi növü üzrə təlimata uyğun tutulur.
Büdcə ilə hesablaşmaların yoxlanması zamanı auditor müəssisəyə (şirkətə) maliyyə itkisindən qorunmaq üçün büdcəyə ödəniləcək məbləğin düzgün hesablanması və vaxtında büdcəyə köçürməsi ilə bağlı köməklik göstərməlidir. Bu məqsədlə büdcəyə və büdcədənkənar fondlara müvafiq ödəmələrin düzgün hesablanması və mövcud qanunvericiliyə müvafiq vaxtında köçürülməsi diqqətlə yoxlanılmalıdır. Yoxlama prosesində hər növ ödəmə üzrə hesabat dövrünün sonuna dövriyyənin və qalığın çıxarılmasının düzgünlüyü yoxlanılır.Bunun üçün hər bir ödəmə növü üzrə analitik uçot məlumatları jurnal-orderdə və Baş kitabda 521, 421, 422 (68) və 523 (67) saylı hesablar üzrə yazılışlarla müqayisə edilir. Büdcə ilə hesablaşmaların tamlığı və vaxtında həyata keçirilməsi bank çıxarışları və onlara əlavə olunan ilkin sənədlər əsasında yoxlanılır. Yazılışlarda uyğunsuzluq və büdcə ilə hesablaşmalar üzrə qeyri-dəqiqlik faktları aşkar edildikdə onların xarakteri müəyyən olunmalı və onların aradan qaldırılması üçün tədbirlər həyata keçirilməlidir.
Büdcədənkənar fondlara (sosial sığorta üzrə hesablaşmalar və s.) ayırmaların hesablanmasının düzgünlüyünə və vaxtında köçürülməsinə də xüsusi diqqət yetirilməlidir. Sosial sığorta təminatı üzrə hesablaşmaların auditinin əsas məqsədi ödəmə məbləğlərinin hesablanmasının düzgünlüyünü, onların vaxtında köçürülməsinin, həmin əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin və hesabatların tərtib edilməsinin düzgünlüyünün yoxlanmasıdır.
Yuxarıda qeyd olunanlara rəğmən aşağıda göstərilən məsələlər yoxlanılmalıdır:

    • sığorta ayırmalarının hesablanması üçün əməyin ödənişi fondunun müəyyən edilməsinin düzgünlüyü;

    • sığorta ayırmaları tariflərinin tətbiqinindüzgünlüyü;

    • ayırmaların vaxtında və tamköçürülməsi;

    • sosial sığorta vəsaitləri hesabına ödənilən yardımların, müavinətlərin və s. hesablanmasının düzgünlüyü və əsaslı olması;

    • ayırmaların hesablanması və köçürülməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinindüzgünlüyü;

    • 522 saylı "Sosial sığorta və təminat üzrə öhdəliklər" (69 "Sığorta və təminat üzrə hesablaşmalar") hesabı üzrə analitik və sintetik uçot yazılışlarının Baş kitab və balansın məlumatlarına uyğunluğu;

    • sığorta haqlarının növləri üzrə hesabat formalarının vaxtında tərtib edilməsi və düzgünlüyü və onların vaxtında müvafiq fondlaraköçürülməsi.

Mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri və işləyən fiziki şəxslər sığorta haqqlarının ödəyiciləri hesab edilir. Sığorta haqqı bütün növ əmək haqqı fondunun 22%-i, işçilərin əmək haqqının 3%-i həcmində sığortaya ayırmalar hesablanır.
Aşağıdakı məbləğlərdən sığorta haqqı tutulmur:

  • istifadə olunmamış məzuniyyətə görəkompensasiya;

  • işdən azad olunan zaman verilənmüavinət;

  • maddi kömək qaydasında verilən müxtəlif növ pulyardımları;

  • kompensasiya ödəmələri (ezamiyyə üzrə 1 günlük norma, işçiyə onun işi ilə bağlı dəyən zərərin ödənilməsi);

  • xüsusi paltarların, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin dəyəri;

  • əmək haqqı fondu hesabına yubiley, ad günü, münasibəti ilə, aktiv ictimai işə görə və s. üzrə verilən həvəsləndirici ödəmələr (mükafat daxil edilməklə);

Müavinətlərin hesablanması zamanı həmin müəssisədə mövcud əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatın növləri nəzərə alınır. Əmək haqqı sistemində nəzərdə tutulan mükafatlara əmək göstəricilərinə (nəticələrinə) görə ödənilən məbləğlər aid edilir. Məşğulluq fonduna köçürmələr bütün təsərrüfat subyektləri tərəfindən həyata keçirilir.
Büdcədənkənar fondlar üzrə hesablaşmalarda üzrə ödəmə məbləğlərinin hesablanmasının düzgünlüyünün, həmin məbləğlərin vaxtında köçürülməsinin, ödəmələrin gecikdirilməsinin səbəblərinin, həmin əməliyyatlar üzrə mühasibat uçotunun aparılmasının və hesabatın tərtib edilməsinin düzgünlüyünün yoxlanılması auditinin əsas vəzifələrinə aiddir.
Büdcədənkənar fondlar avtomobil yollarından istifadəyə görə vergi, nəqliyyat vasitələrinin sahiblərindən tutulan vergi, avtomobil nəqliyyatının əldə edilməsinə görə vergi, YSM-n satışına görə vergi, fərdi istifadə üçün minik avtomobillərinin satışı üzrə aksizlər, müəssisənin özəlləşdirilməsi zamanı əmlak fondu ilə hesablaşmalar və s. üzrə ödəmələr daxildir.
Büdcədənkənar fondlar üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

  • vergitutma obyektinin müəyyən edilməsinindüzgünlüyü;

  • vergi dərəcələrinin tətbiq edilməsinindüzgünlüyü;

  • vergilərin ödənilməsi zamanı güzəştlərin tətbiq edilməsinin qanuni və əsaslıolması;

  • ödəmələrin vaxtında və tamköçürülməsi;

  • ödəmələrin hesablanması və köçürülməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinindüzgünlüyü;

  • 523 saylı "Digər məcburi ödənişlər üzrə öhdəliklər" (67 "Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar") hesabı üzrə analitik və sintetik uçot yazılışlarınınBaş kitab və balans üzrə yazılışlara uyğunluğu;

  • vergi orqanlarına təqdim olunan qeyri-büdcə ödəmələri növləri üzrə hesabat formasının tərtib edilməsinin düzgünlüyü və vaxtlılığı;

Yoxlamaya başlamazdan əvvəl avtomobil yollarından istifadəyə görə ödənilən verginin, nəqliyyat sahiblərindən tutulan vergilərin və avtonəqliyyat vasitələrinin alınmasına görə vergilərin konkret dərəcələri haqqında müəssisə rəhbəri və mühasibin məlumatlı olmağı müəyyən edilir.
Mühasibatlığda bütün yol fondları üzrə hesablaşmaların mövcudluğu, mühasibat uçotunun aparılmasının keyfiyyəti, yol fondları üzrə vergitutma obyektinin düzgün müəyyən edilməsi, düzgün (mövcud) dərəcələrin tətbiqi, tutulan vergilərin vaxtında köçürülməsi və vergi orqanlarına yol fondları üzrə hesablaşmaların təqdim edilmə müddətinin gözlənilməsi yoxlanmalıdır.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin