Bazar iqtisadiyyatı şəraitində müəssisə və şirkətlərin fəaliyyəti- nin maliyyələşdirilməisnin əlavə mənbəyi kimi kreditin rolu artmışdır. Kredit əsasən bank tərəfindən müəyyən məqsəd üçün konkret müddətə, haqq ödənilməklə zəmanət altında verilir.Məqsədli təyinatına və müddətinə görə bank kreditləri qısa- müddətli və uzunmüddətli kreditlərə bölünür. Qısamüddətli kreditlər müəssisənin cari fəaliyyətinin tələbləri üçün bir il müddətinə verilir. Uzunmüddətli kreditlər müəssisənin istehsal və sosial inkişafı (tikinti və əsas vəsaitlərin alınması, istehsalın genişləndirilməsi və təkmilləşdirilməsi və digər məqsədlər üçün) məqsədi ilə bir ildən artıq müddətə verilir.
Kreditlərin verilməsi və ödənilməsi ilə bağlı bütün əməliyyatlar bankların qaydaları və müəssisə borc alanla bank arasında bağlanmış kredit müqavilələri ilə tənzimlənir. Həmin müqavilədə kreditləşmə obyekti, kreditin müddəti, şərtləri və verilməsi və ödənilməsi qaydası, öhdəliklərin ödənilməsi formaları, faiz dərəcələri, onların ödənilməsi qaydası, tərəflərin öhdəlikləri, hüquqları və məsuliyyəti, banka təqdim edilən sənədlərin siyahısı və dövrülüyü və digər şərtlər göstərilir.
Kredit əməliyyatlarının auditi zamanı ssuda almaq məqsədi ilə banka təqdim olunan məlumat və arayışlardan, 501 saylı " Qısamüddətli bank kreditləri" (90 "Qısamüddətli bank kreditləri"), 401 saylı" Uzunmüddətli bank kreditləri"(92 "Uzunmüddətli bankların kreditləri"), 402 saylı "İşçilər üçün uzunmüddətli bank kreditləri", 502 saylı "İşçilər üçün qısamüddətli bank kreditləri" (93 "İşçilər üçün bank kreditləri"),
503 saylı "Qısamüddətli konvertasiya olunan istiqrazlar", 504 saylı "Qısamüddətli borclar", 505 saylı "Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)" (94 "Qısamüddətli borclar"), 403 saylı " Uzunmüddətli konvertasiya olunan istiqrazlar", 404 saylı "Uzunmüddətli borclar", 405 saylı " Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli) hesabları üzrə bank çıxarışlarından, onlara əlavələrdən, kredit əməliyyatlarının uçotu üzrə jurnal-orderlərdən, ilkin sənədlərdən və uçot registrlərdən istifadə edilir.
Kreditlərin auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:
kreditlərin vaxtında və tam ödənilməsi (bank çıxarışlarıüzrə);
bağlanmış müqaviləyə müvafiq olaraq kreditə görə faizlərin ödənilməsinin düzgünlüyü;
kreditə görə faizlərin maya dəyərinə aid edilməsinin (Mərkəzi Bankının dərəcələri həddində) və ya xalis mənfəəthesabına
ödənilməsinin düzgünlüyü. Vaxtı ötmüş və dövriyyə aktivlərinin tamamlanması və əsas vəsaitlərin və qeyri-maddi aktivlərin əldə edilməsi üçün alınmış ssudalar üzrə faizlərin ödənilməsi üzrə xərclər xalis mənfəət hesabına aid edilir.
işçilərin fərdi mənzil tikintisi üçün və kreditə satılmış mallara görə ticarət təşkilatları ilə hesablaşmalar üçün verilən ssuda- larm qanuniliyi və əsaslı olması;
digər müəssisələrdən ssudaların alınması və ödənilməsinin qanuniliyi və əsaslı olması. Alınmış ssudalara görə faizlərin ödənilməsi üzrə xərclərin silinməsinin düzgünlüyü;
405 (95) saylı hesablar üzrə sintetik və analitik uçotun aparılmasının düzgünlüyü və Baş kitabda, balansda və mühasibat hesabatı formalarmdakı yazılışlara uyğunluğu.
Yoxlamanın ilkin mərhələsində auditor yoxlanılan müəssisənin hansı bankdan və hansı ssudanı aldığını müəyyən etməlidir. Yoxlanılan müəssisə tərəfindən kreditləşmə qaydasının pozulması və buna görə sanksiyaların tətbiq olunması ilə bağlı bankdan informasiya əldə etmək məqsədəuyğundur.
Kredit nağdsız hesablaşma formasında kredit müqaviləsinə ciddi uyğun olaraq malgöndərənlərin akseptləşdirilmiş hesablaşma sənədlərinin və ya faktiki yüklənmiş material-qiymətlilərinə, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə borclunun sənədlərinin ödənilməsi üçün verilir. Auditor kredit hesabına əmtəə-material qiymətlilərinin və xidmətlərin qabaqcadan ödənilməsi, təsərrüfatsızlıq və zərərlərin ödənilməsi, qiymətli kağızların və xarici valyutaların alınması, borclu tərəfindən öncə alınmış kreditlərin və həmin kreditlər üzrə faizlərin ödənilməsi hallarının olub-olmamasına diqqət verməlidir.
Kreditdən istifadəyə görə təşkilat kredit müqaviləsində nəzərdə tutulmuş həcmdə banka faiz ödəyir. Auditor faizlərin hesablanmasının düzgünlüyünü və vaxtında ödənilməsini yoxlamalıdır. Bu zaman yadda saxlamaq lazımdır ki, kreditlər üzrə fiksə edilmiş dərəcə yalnız istifadə müddəti 30 gündən artıq olmayan kreditlər üzrə müəyyən edilir.Kreditlər üzrə faizlər kredit müqaviləsində göstərildiyi kimi hər ay müəyyən tarixə hesablanır və tutulur.
Auditor kreditlərdən istifadəyə görə faizlərin hesablanmasının düzgünlüyünü yoxlayarkən Vergilər Nazirliyinin təlimatını əsas götürməlidir.Beləki,həmin təlimata görə qısamüddətli kreditlər üzrəfaiz məbləğləri maya dəyərinə daxil edilir və "Digər xərclər" elementinə aid edilir.Faiz dərəcələrinin ilkin səviyyədən artdıqda artım məbləği mənfəət hesabına ötürülür.
Ödənilmə vaxtı ötmüş ssudalar üzrə ödəmələr də 344 saylı "Elan edilmiş dividendlər", 901 saylı "Cari mənfəət vergisi üzrə xərclər", 902 saylı "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" (81 "Mənfəətin istifadəsi") hesabına aid edilir. Auditor alınmış kreditlər üzrə faizlərin uçotunun hansı variantlar üzrə aparılmasını müəyyən etməlidir: alınmış kreditlər üzrə faizlər onlar ödəndikcə əks etdirilir və ya kreditlər üzrə faizlər onların hesablanması həcmində əks etdirilir.
İkinci qaydanın tətbiqinə üstünlük verilir, çünki bu halda faizin məhz hara köçürülməsinə dərhal nəzarət etmək mümkündür. Bu üsulun tətbiqi zamanı faizlərin əks etdirilməsi ayrı-ayrı analitik hesablarda göstərilir.
Kredit müqaviləsi ilə müəyyən edilmiş vaxtda ödənilməmiş kredit və faizlər xüsusi qaydada 501(90) və 401 (92) saylı hesablarda uçota alınmalıdır. Ayrıca"Ödənilmə vaxtı keçmiş kreditlər"subhesabları açıla bilər.
Uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri mənfəətdən istifadəyə aid edilir və aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:
Debet 343 (81/2) Kredit 401(92)
Kreditin ödənilməsi üçün real təminat olduqda və obyektiv səbəblərdən onun ödənilməsi gecikdirilmişdirsə, bank istisna hal kimi borclunun xahişi ilə kredit müqaviləsinə əlavə razılaşma bağlamaqla ödəmə müddətini artıra bilər. Bu halda borc ayrıca ssuda hesabına aid edilir və artırılmış faiz dərəcəsi ilə tutulur.