Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Məhsulların yüklənməsi və satışnn auditi



Yüklə 465,1 Kb.
səhifə75/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   71   72   73   74   75   76   77   78   ...   82
Audit yeni

Məhsulların yüklənməsi və satışnn auditi

Məhsulların yüklənməsi və satışının düzgünlüyünün yoxlanması zamanı aşağıdakı məsələlərə aydınlıq gətirilmədir:
- hazır məhsulların göndərilməsi üzrə müqavilələrin mövcudluğu və onların tərtib edilməsinin düzgünlüyü;
- məhsulların göndərilməsi üzrə sənədlərin tərtib edilməsinin düzgünlüyü;

  • satış üzrə bütün əməliyyatların müvafiq qaydada qeyd olunması;

  • satış üzrə real başa çatmış bütün əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsi;

  • satış üzrə əməliyyatların dəyərinin düzgün hesablanması;

  • satış məbləğinin düzgün təsnifləşdirilməsir;

  • məhsul göndərişinə görə hesablaşmalar üzrə deditor borc məbləğlərinin müvafiq hesablarda düzgün əks etdirilməsi.

- 601saylı”Satış” hesabı üzrə analitik və sintetik uçоt yazılışlarının baş kitabda və hesabatda əks etdirilmiş məlumatlara uyğunluğu.
Hazır məhsula mövcud standartlara və ya təsdiq olunmuş texniki şərtlərə cavab verən və anbara qəbul edilmiş məmulat və yarımfabrikatlar aid edilir. Yüklənmiş və ya buraxılmış məhsullar (iş, xidmətlər), bağlanmış müqavilə əsasında alıcıya göndərilmiş, lakin dəyəri ödənilməmiş məhsullardır. Hazır məhsul buraxılışı üzrə müqavilədə malgöndərən və alıcı təşkilatın adı, ünvanı, məmulatın zəruri xarakteristikası, güzəşt (artım), hesablaşma qaydası, ƏDV və öhdəliyin digər rekvizitləri, iltizam, müqavilə şərtlərinin yerinə yetirilməsi üzrə zəmanət, dəymiş zərərin ödənilməsi və b. məsələlər əks etdirilir. Buraxılış qiyməti müəyyən edilərkən məhsulların malgöndərənlərdən alıcılara çatdırılması üzrə xərclərin kimin hesabına aparılacağı müqavilədə göstərilir.
Ona görə də auditor bağlanmış müqavilələrin mövcudluğunu və faktiki məhsul buraxılışı və göndərişinin müqavilənin şərtlərinə uyğunluüunu yoxlamalıdır. Bunun üçün aşağıdakı formada köməkçi cədvəl tərtib olunur (cədvəl 4).
Alıcılara məhsulların yüklənməsi qrafikinin gözlənilməsinin yoxlanılması

Məhsulun
adı



Qrafikvəyamüqа-
viləüzrəgöndərməmüddəti

Faktikigöndərmə
müddəti



Kənarlaşma,
(+; -)



Qeyd


















Kənarlaşma aşkar edildikdə onun səbəbləri və təqsirkar şəxslər müəyyən olunur.


Yoxlama prosesində işçilər və ekspeditorlar tərəfindən sənədlərin müəssisənin mühasibatlığına təqdim olunması qrafikinin gözlənilməsinə də diqqət verilir.
Məhsul satışının yoxlanılması zamanı faktiki nəzarət üsullarından geniş istifadə olunur. Auditor satılmış məhsulun miqdarını, həcmini, keyfiyyətini, maya dəyərini və satışdan əldə olunan pul gəlirini yoxlayır. Bu zaman mal--nəqliyyat qaimələri, yük avtomobilinin marşrut vərəqləri,alıcılarla qarşılıqlı yoxlama aktları əsasında satılmış məhsulun naturada miqdarı və həcminin dürüstlüyü müəyyən olunur.
Satış əməliyyatları ilə bağlı əməliyyat dövriyyəsi və müvafiq nəzarət mexanizmləri aşağıdakılardır:

  • bütün sifarişlərin vaxtında yerinə yetirilməsi.

  • yeni müştəri üçün yazinız onun kredit ödəmə qabiliyyətini yoxladıqdan sonra hesab açmaq.

  • satış qaimələrinin dəqiqliyi (sifarişlərlə uyğun şəkildə).

  • satışların dəqiq qeyd olunması.

  • qaimə şərtlərinə uyğun olaraq satışlardan yığım.

  • qeyd edilməmiş gəlirin olmaması.

Əgər satışlar nağd yolla aparılarsa, o zaman nəzarət məqsədlərinə aşağıdakılar daxil edilir:

  • müəssisəyə aid bütün nağd pulların alınmasını təmin etmək.

  • bütün nağd pulların hesablanıb müəssisənin uçot yazılışlarında qeyd olunmasını təmin etmək.

  • bütün nağd pulların təcili şəkildə banka qoyulmasını və onların toxunulmazlığını təmin etmək.

Yoxlanılan şirkətdə satışın auditi zamanı auditor satış üzrə əməliyyatların mühasibatlıqda əks etdirilməsinin dürüstlüyünü yoxlayır. Mal-nəqliyyat qaimələri, dəmir yolu qaimələri əsasında bank vasitəsi ilə hesablaşmaları aparmaq üçün alıcılara hesab və ödəmə tələbnamələri tərtib edilir. Ödəmə tələbnaməsində malgöndərənin və alıcının adı və ünvanı, müqavilənin nömrəsi, göndərmənin növü, alıcı tərəfindən ödəniləcək ödəmə məbləği, ƏDV, ayrıca ödənilmiş tara və qablaşdırmanın dəyəri, nəqliyyat tarifi məbləği göstərilir. Ödəmə tələbnaməsi tapşırıqla birlikdə növbəti gün banka təqdim edilməlidir: hazır məhsul alıcıya təqdim edildikdə: Dt 171, 211 Kt 601. Hesablaşma sənədləri ödənildikcə D-t 223, K-t 171, 211.
Qeyd etmək lazımdır ki, bəzi hallarda müəyyən səbəblərdən alıcı malları geri qaytarır. Bu halda geri qaytarılmış mallar üzrə Dt 171, 211 və Kt 223, satış üzrə güzəşt edildikdə Dt 603, Kt 171, 211 mühasibat yazılışı tərtib edilir.
Ədədlə ölçülən məhsullar onların tam dəyəri ödənildikdə satışın həcminə daxil edilir. Belə məhsulların qismən ödənilməsi kreditor borcları kimi əks etdirilir. Dəyəri ödənilmiş, lakin aparılmamış məhsullar müvafiq qaydada sənədləşdirilmiş malgöndərənin məsul saxlanmasında qalarsa məhsul satışının həcminə daxil edilir.
Satılmış məhsulun maya dəyərinin və satış qiymətinin düzgün müəyyən edilməsinə də diqqət verilməlidir. Xərclərin auditi qaydası “Xərclərin auditi” adlı 12-ci mövzuda ətraflı nəzərdən keçirilmişdir.
Satılmış məhsulun dəyərinin tam və vaxtında ödənilməsini yoxlanılması zamanı ödəmə sənədləri üzrə vəsaitlərin köçürülməsi və mal--nəqliyyat qaimələri üzrə məhsulun qəbul edilməsi tarixləri üzləşdirilir. Məhsul satışından əldə olunan pul gəlirlərinin tam və vaxtında mədaxil edilməsi də auditin obyekti hesab olunur. Hər iki halda auditor köməkçi cədvəl tərtib edir (cədvəl 5, 6).
Cədvəl 5
Yüklənmiş malların dəyərinin vaxtında ödənilməsinin yoxlanılması

Məhsulunadı



Müqaviləüzrəödəmətarixi



Faktikiödəmətarixi



Kənarlaşma
(+; -)



Müəssisəyə
ödəniləcək
cərimə


















Cədvəl 6
Bazardaməhsulsatıındanpulgəlirinin tam mədaxiledilməsinin


yoxlanılması

Məhsulun
adı



Müəssisəninməlu-
matlarıüzrəpul
gəlirimədaxil
edilmişdir,
minman.



Yoxlamaməlumatlarına
əsasənpulgəlirimədaxil
edilməlidir, minman.



Kənarlaşma
(+; -)

Qeyd


















601sаylı "Sаtış" hesabınındebetivə701 “Satışın maya dəyəri üzrə xərclər”, 711sаylı "Kоmmersiyахərcləri", 721 “İnzibati xərclər” hesabınınkreditiüzrə mühasibatyazılışlarınəzarətobyektihesabolunur. Burada məqsəd son maliyyə nəticəsinin hesablanmasının dürüstlüyünün qiymətləndirilməsidir.



Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin