Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Mənfəətin formalaşmasının və istifadəsinin auditi



Yüklə 465,1 Kb.
səhifə77/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   74   75   76   77   78   79   80   81   82
Audit yeni

Mənfəətin formalaşmasının və istifadəsinin auditi

Məlum olduğu kimi, maliyyə hesabatının hər bir istifadəçisi maliyyə xarakterli qərar qəbul etməzdən əvvəl bazar iştirakçısının maliyyə vəziyyətini, onun gəlirliyini qiymətləndirir. Bu qiymətləndirmə obyektiv və dürüst məlumatlara əsaslanmalıdır. Bu baxımdan maliyyə hesabatının auditi mühüm əhəmiyyət kəsb edir. Müəssisələrdə aparılan audit yoxlamalarının mühüm istiqamətlərindən biri maliyyə nəticələrinin auditidir. Auditor yoxlamanın obyektiv və yüksək keyfiyyətlə aparmaq üçün mühasibat uçotunun bu sahəsində MHBS 15 “.Müştərilərlə müqavilə üzrə gəlirlər”, NUBS 12 “Mənfəət vergisi” standartlarına, AR-nın Vergi Məcəlləsinə, AR MN-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” haqqında 2017-ci il tarixli qərarına və müəssisənin uçot siyasətinə istinad etməlidir.
“Müştərilərlə müqavilə üzrə gəlirlər” adlı MHBS 15 məqsədi maliyyə hesabatlarının istifadəçiləri üçün müştərilərlə müqavilələr üzrə yaranmış gəlirlər və pul vəsaitlərinin hərəkətinin xüsusiyyəti, məbləği, vaxtı və qeyrimüəyyənliyi ilə bağlı faydalı məlumatın əks etdirilməsi zamanı müəssisənin tətbiq etməli olduğu prinsipləri müəyyən etməkdir.Həmin məqsədin yerinə yetirilməsi ilə əlaqədar bu standartın əsas prinsipi müştəriyə vəd olunmuş malların və xidmətlərin ötürülməsi müqabilində müəssisə tərəfindən gəlirlərin həmin mallar və ya xidmətlər üçün ona ödənilməli olan məbləğdə tanınmasından ibarətdir.
Əgər müştəri ilə müqavilə 9-cu maddədəki şərtlərə (müqavilənin müəyyən edilməsi üzrə -hər iki tərəf təsdiq etdikdə, müəssisə ötürəcəyi mallarla bağlı hər bir tərəfin hüququ, ödəniş şərtləri müəyyən edə bildikdə) cavab vermirsə və müəssisə bunun üçün müştəridən ödəniş alarsa, müəssisə alınmış vəsaitləri yalnız aşağıdakı hallardan hər hansı biri baş verdikdə gəlirlər kimi tanıya bilər:
(a) Müəssisənin malların və ya xidmətlərin müştəriyə ötürülməsi ilə əlaqədar hər hansı qalıq öhdəlikləri olmadıqda və müştərinin vəd etdiyi bütün ödənişlər və ya ödənişlərin böyük hissəsi müəssisə tərəfindən alındıqda və qaytarılmalı olmadıqda və ya;
(b) Müqaviləyə xitam verildikdə və müştəridən aşlınmış vəsaitlər qaytarılmalı olmadıqda.
Əks halda müştəridən alınan vəsait öhdəlik kimi tanınmalıdır.
Müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin formalaşması və mənfəətdən istifadə üzrə əməliyyatların yoxlanmasında əsas məqsəd məhsul (iş, xidmət) satışından faktiki mənfəət məbləğinin mühasibat uçоtu və hesabatında əks etdirilməsinin, onun müəyyən edilməsinin düzgünlüyünün, büdcəyə ödəmələrin köçürülməsi zamanı qanunun gözlənilməsinin və mənfəətin bölüşdürülməsinin (fondların yaradılması, dividendlərin ödənilməsi və b.) düzgünlüyünün yoxlanılmasıdır.
Maliyyə nəticələrinin auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:
—gəlirlərin və xərclərin uçotda əks etdirilməsinin reallığı və düzgünlüyü;
— məhsul (iş, xidmət) satışından faktiki mənfəətin mühasibat uçоtu və hesаbatda əks etdirilməsinin düzgünlüyü və qanuniliyi;
— əsas vəsaitlərin və müəssisənin digər aktivlərinin satışınınn nəticələrinin müəyyən edilməsinin və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü;
— satışdankənar əməliyyatların nəticələrinin müəyyən edilməsinin və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü;
—xarici iqtisadi fəaliyyət zamanı məhsul satışından pul gəlirinin və valyuta pul gəlirlərinin uçоtda əks etdirilməsinin düzgünlüyü;
— müəssisə tərəfindən büdcəyə avans vergi ödəmələrinin hesablanması üçün məhsul (iş, xidmət) satışından gözlənilən pul gəlirləri və mənfəətin müəyyən edilməsinin düzgünlüyü;
— vergi ödəmələrinin pozulmasına görə maliyyə sanksiyalarının əks etdiriliəsinin düzgünlüyü;
—inzibati və kommersiya xərclərinin silinməsinin düzgünlüyü;
— müxtəlif ehtiyatların yaradılmasının qanuniliyi və əsaslı olması;
— 801 “Ümumi mənfəət (zərər)”, 344 “Elan edilmiş dividendlər”, 901 “Cari mənfəət vergisi üzrə xərclər”, 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”, 343“Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”saylı hesablar üzrə sintetik və analitik uçоtun məlumatlarının uyğunluğu.
— ötən illərin zərərlərinin silinməsinin düzgünlüyü: D-t 344, 901, 902, K-t 343.
Maliyyə nəticələrinin auditi qarşısında duran vəzifələrin auditor tərəfindən yerinə yetirilməsi ardıcıllığını nəxərdən keçirək.
İlkin olaraq məhsul (iş, xidmət) satışından, digər satışdan və satışdan kənar əməliyyatlardan pul daxil olmalarının müəyyən edilməsinin və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü qiymətləndirilir (müəssisənin uçot siyasəti nəzərə alınmaqla). Bunun üçün satış üzrə başa çatmış bütün sövdələşmələr mühasibat uçotu hesablarında əks etdirilməsi yoxlanılır. Bu zaman iki növ səhvin mümkünlüyünə diqqət verilməlidir:

  1. real baş vermiş əməliyyatlar üzrə məlumatlar uçotda əks etdirilməmişdir;

  2. hesablarda fiktiv əməliyyatlar əks etdirilmişdir.

Belə səhvlər aktivlərin dəyərinin və satışın həcminin təhrif olunması ilə nəticələnir. Mühasibat uçotu hesablarında satışın məbləğinin əks etdirilməsinin tamlığı və dürüstlüyünün yoxlanması müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasının tərkib hissəsi hesab edilir. Məhsul satışın həcminin əks etdirilməsinin düzgünlüyünün yoxlanması zamanı malların həqiqətən alıcılara göndərilməsini və mülkiyyət hüququnun sifarişçiyə keçməsini təsdiqləmək üçün seçmə qaydasında satış üzrə registrlərdə bir sıra yazılışlar ilkin sənədlərlə (əmtəə nqliyyat qaimələri və b.), eləcə də malların qəbul edilməsin təsdiqləyən sənədlərlə üzləşdirilir. Əlavə olaraq mülkiyyət hüququnun sifarişçiyə keçməsi anının dəqiq müəyyən edilməsi üçün malların göndərilməsi şərtləri yoxlanılır.
Əər mülkiyyət hüququnun sifarişçiyə ötürülməsi faktı mövcud sənədlərlə təsdiq edilə bilmirsə, bu halda debitor borclarının ödənilməsi üzrə həmin sifarişçidən alınmış növbəri ödəmələrtəhlil edilməli və bunun əsasında 601 “Satış” hesabında əks etdirilmiş sövdələşmənin reallığı haqda nəticəyə gəlmək olar.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin