Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə74/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   70   71   72   73   74   75   76   77   ...   82
Audit yeni

Ədəbiyyat siyahısı

  1. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).

  2. Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007

  3. Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007

  4. Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414

  5. Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414

  6. “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.

  7. “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986

  8. Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007

  9. Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.

  10. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.

  11. Namazova C.B. Audit. Bakı. CBS. 2012


MÖVZU 13. MƏHSUL (IŞ, XIDMƏT) BURАХILIŞI VƏ SATIŞI ÜZRƏ ƏMƏLIYYATLARIN AUDITI
Plan:

  1. Hazır məhsul burахılışının аuditi

  2. Məhsulların yüklənməsi və satışnn auditi




  1. Hazır məhsul burахılışının аuditi

Bazar iqtisadiyyatı şəraitində hazır məhsulun uçotda vaxtında və düzgün əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki son nəticədə o, müəssisənin səmərəli fəaliyy ətini şərtləndirir.
Hazır məhsulun auditi qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
Ÿ anbar təsərrüfatının və məhsulun saxlanması şəraitinin yoxlanması;
Ÿ hazır məhsul buraxılışı ilə əlaqədar əməliyyatların mühasibat uçоtunda əks etdirilməsinin düzgünlüyü;
Ÿ hazır məhsulların istehsal maya dəyərinin müəyyən edilməsinin düzgünlüyü;
Ÿ hazır məhsul buraxılışının uçоtu üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;
Ÿ inventarizasiyanın vaxtında aparılmasının və tamlıüının və onun nəticələri üzrə qəbul edilmiş tədbirlərin yoxlanılması;
Ÿ anbarda hazır məhsul qalıqlarının reallıüının yoxlanılması;
Ÿ hazır məhsulların qiymətləndirilməsinin düzgünlüyü;
Ÿ 203 və 204 saylı hesablar üzrə analitik və sintetik uçоt yazılışlarının baş kitabda və balansda göstərilən yazılışlara uyğunluüu;
Ÿ məhsulun israfçılığı, çatışmazlığı və oğurlanması faktlarının aşkar edilməsi və bunda günahı olan vəzifəli şəxslərin müəyyən edilməsi.
Istehsal olunmuş məhsulların mövcudluğu, hərəkəti və saxlanması üzrə ilkin sənədlər uçot, nəzarət və təhlili üçün əsas hesab olunur. Ilkin sənədlərlə yanaşı anbar uçotu kitabları və ya kartoçkaları, maddi məsul şəxslərin hesabatları, analitik və sintetik uçot registrləri, Baş kitab, mühasibat balansı auditor yoxlamasının informаsiyа mənbəyi hesab edilir.
Müəssisəyə mal--material qiymətlilərinin daxil olması üzrə nəzarətin təşkili zamаnı ilk növbədə öz istehsalı olan məhsulların tam və vaxtında mədaxil olunmasına diqqət verilməlidir. Bu zaman cari uçotun və nəzarətin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir. Çünki belə olduqda hazır məhsullardan qeyri-qanuni istifadə, korlanma və ya oğurluq faktlarını vaxtında aşkar və xəbərdarlıq etmək mümkün olur. Sənədli nəzarət üsulları ilə yanaşı bu halda faktiki nəzarət üsullarından da (nəzarət inventarizasiyası, laboratoriya təhlili və s.) istifadə etmək olar ki, bu hazır məhsulun saxlanması üzərində cari nəzarətin təsirini artıra bilər.
Məhsulun mədaxil edilməsi üzrə ilkin sənədlər forma və mahiyyət etibarı ilə təhlil edilir və yoxlanılır. Yoxlama zamanı həmin sənədlərin tərtib edilməsinin düzgünlüyü, onların həqiqi olması, əks olunmuş əməliyyatların reallığı və məlumatların obyektivliyi yoxlanılır. Məhsulların mədaxili sənədləri əmək haqqının hesablanması üzrə sənədlərlə qarşılıqlı üzləşdirilir. Əgər kənarlaşma müəyyən olunarsa, auditor onun səbəblərini və təqsirkar şəxsləri müəyyən etməlidir. Bəzi hallarda məhsulların miqdarının süni artırılması məqsədi ilə onun ayrı-ayrı istiqamətlər üzrə sərfi bilərəkdən artırılır. Buna görə də auditor məhsulun hərəkəti balansını tərtib etməklə onların daxil olması və istifadəsi üzrə sənədləri yoxlayır.
Hazır məhsulun tam və vaxtında mədaxil edilməsinin auditi zamanı nəzərə аlmаq lazımdır ki, bütün texnoloji mərhələləri keçmiş müvafiq texniki şərtlərə və standartlara uyğun məhsullar mədaxil edilməlidir. Hazır məhsulun mədaxili üzrə ilkin sənədlər (qəbul-təhvilqaimələri, aktlarıvə s.) onların mədaxili üzrə anbar müdirlərinin hesabatının məlumatları ilə, eləcə də analitik uçot məlumatları ilə üzləşdirilir.
Kənarlaşma aşkar edildikdə auditor həmin kənarlaşmaların səbəblərini və təqsirkar şəxsləri müəyyən edir.
Audit prosesində məhsul buraxılışının ahəngdarlığı və alıcılara vaxtında göndərilməsi yoxlanılır. Bunun üçün məhsul buraxılışı və göndərilməsi qrafikinə əməl olunmasına diqqət yetirir.Məhsul satışının auditi zamanı yoxlama üçün materiallara məhsulların аnbardan buraxılması və yüklənməsi qaimələrini, məhsulun qəbulu üzrə tədarük təşkilatlarının qəbzləri, kassa mədaxil orderləri və alınmış məhsullara görə nağd pulla ödəniş cədvəlləri, məhsulların (iş, xidmətlərin) satışı üzrə sənədlərin reyestri, maddi məsul şəxslərin hesabatları, məhsul (iş,xidmət) satışının uçotunun toplayıcı cədvəlləri, müvafiq jurnal-order, baş kitab, mühasibat balansı aid edilir.


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin