Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə1/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
  1   2   3   4   5   6   7   8   9   ...   82
Audit yeni


Mövzu 1.Maliyyə nəzarəti sistemində auditin rolu.Auditin mahiyyəti,
məqsəd, vəzifə və prinsipləri.
Plan:

  1. Auditin mahiyyəti və təyinatı

  2. Audit yoxlaması və başqa əminlik fəaliyyətlərinin konsepsiyası

  3. Аuditin meydаnа gəlməsi və inkişаfı

  4. Auditin növləri

  5. Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi




  1. Auditin mаhiyyəti və təyinatı

Məlum olduğu kimi, mühasibat uçotu praktiki fəaliyyətin və elmi ümumiləşdirmənin ən qədim sahəsi hesab olunur. Hesab və insanın real fəaliyyətinin necə əks etdirilməsi qaydası ilk dəfə məşhur riyaziyyatçı Luka Paçoli tərəfindən “Hesablar və yazılışlar haqqında Traktat” kitabında (1494-cü ildə nəşr edilmişdir) verilmiidr. Qeyd etmək yerinə düşər ki, alman filosofu O.Şpenqler (1880-1936) hesab edir ki, üç dahi insan- N.Kopernik, X.Kolumb və L.Paçoli dünyanı dəyişdirmişdir.
İkili mühasibatlıq haqqında ideya sonralar dünyanın bütün ölkələrində alimlərin yaradıcılıq əsərlərində inkişaf etdirilmişdir. Bu zaman L.Paçolinin müdrik sözləei unudula bilməz: “Öz işlərində yaxşı mühasib ola bilməyənlər qaranlıqda bəxtə-bəxt kor kimi hərəkət edəcək, gələcəkdə o, böyük itgilərdən yan keçə bilməyəcək”. “Yaxşı mühasib” sözündə gizli belə bir fikir əks etdirilmişdir ki, o, ikili mühasibatlıq qaydalarını ciddi gözləyəcək, heç bir yanlışlıqlara, xüsusi ilə bilərəkdən səhvlərə yol verməməli, daha doğrusu, real hadisələrin vicdanlı, həqiqi registratoru olmalıdır. Yaxşı mühasib balans və digər hesabatları təqdim edənə qədər bir neçə dəfə özünü yoxlayacaqdır. Özünü yoxlama prinsipi özündə daxili audit ideyasını əks etdirir.
Elm, praktiki bilik sahəsi kimi iqtisadi təhlil nisbətən gec formalaşmışdır. Əlbəttə, təsərrüfat fəaliyyətinin təhlilinin gizli əlamətlərini L.Paçolidə axtarmaq lazımdır. Qaranlıqda bəxtə-bəxt kor kimi hərəkət etməmək üçün yaxşı mühasib alınmış mühasibat hesabatı məlumatlarını özünəməxsus ekspertizasını aparmaqla qiymətləndirməli və yalnız “böyük itgilərin” yaranması deyil, eyni zamanda, təşkilatın işlərində kiçik çatışmazlıqları belə aradan qaldırmalıdır.
İqtisadi təhlilin yaranması XVIII-XIX əsrlərə təsadüf edirQərbdə indiyə qədər təhlilin obyekti qismində təşkilatın maliyyə göstəricilərinə (ödəmə qabiliyyəti, rentabellik, xalis gəlir) üstünlük verilir. Belə ki, fransız alimi Jak Rişar yazmışdı: “Uzun müddətdir ki, elə indi də, Qərbdə müəssisənin təsərrüfat fəaliyyətinin təhlili əksər hallarda maliyyə vəziyyətinin təhlili ilə məhdudlaşırdı, daha doğrusu, əsasən rentabelliyin və müəssisənin ödəmə qabiliyyətinin öyrənilməsinə istiqamətlənmişdir”. Daha sonra müəllif qeyd edir ki, “fikrimcə müəssisənin idarə edilməsinin yeni beynəlxalq kontekstində tədqiqata hərtərəfli yanaşmaya üstünlük verilməlidir və bu halda maliyyə fəaliyyətinin təhlili iqtisadi təhliklun digər aspektlərindən təcrid edilməməli və onunla vahid harmoniya təşkilk etməlidir
Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.
Аudit "audio" - latın sözündən götürülmüş və mə­nası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduüunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatla­rının həqiqətə uyğunluüunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utk­in isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlə­rin formalaşdırılması məq­sə­di ilə aparılan müstəqil yoxlanmasıdır. Auditin mahiyyəti, məqsədi və vəzifələri “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılmas” adlıı BAS 200 ilə tənzimlənir
"Audit xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmt­əə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşüul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılması­nın, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılm­asınd­a məq­səd qanunvericiliklə, auditor fəal­iyyəti­nin tənz­imlən­məsi­nin normativ sistemi ilə, auditorun və müştəri­nin müqavilə öh­dəli­kləri ilə müəyyən olunan konkret mə­sə­lə­ləri­n həll edilməsi­dir.
Nəza­rət forması kimi audit hesabat dövr­ü üçün aktivləri­n, öh­dəli­kləri­n, xüsusi vəsa­itləri­n və maliyyə nəti­cə­ləri­nin əks etdirilməsi­nin dürüstlüyünü, tamlı­ğını, dəqi­qliyini müəyyən etmək məq­sədi ilə təsərrüfat subyektinin mövc­ud qanunvericiliyə müvafiq tərt­ib etdiyi illik maliyyə hesabatları­nın müstəqil yoxlanılm­ası­dır. Döv­ləti­n, müəssisə rəh­bərl­iyinin və onun sahibləri­nin (payçıla­rın, səhm­darların) qarşı­lıq­lı maraqları onun əsa­sını təşk­il edir.
Аudit fəal­iyyəti­ni yalnız yoxlama kimi xarakterizə et­mək olmaz. Bura mühasibat (maliyyə) hesabatları­nın, ödəmə-hesab­­laş­ma sə­nəd­ləri­nin, vergi bəyan­namə­ləri­nin və iqtisadi subyektin digər maliyyə öh­dəli­kləri­nin və tə­ləb­ləri­nin müstəqil idarə­dən­kəna­r yox­lanılm­ası, eləcə də digər auditor xidmət­ləri­nin gös­təril­məsi: mühasibat uçotunun qurulması, bərp­a olunması və aparılm­ası; gəli­rlər haq­qınd­a bəya­nnamə­ləri­n və mühasibat (maliyyə) hesabatları­nın ha­zır­l­anması; maliyyə-təsərrüfat fəal­iyyəti­nin təhl­ili, iqtisadi subyektin aktivləri­nin və passivləri­nin qiymət­lənd­irilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi mə­sə­lə­ləri üzrə məs­lə­hət­ləri­n verilməsi və s. daxildir.
Audit – mühasibat uçotunun aparılm­ası qaydası­nın göz­ləni­lməsi­nin, təsərrüfat əməli­yyatları­nın AR-nin qanunvericiliyinə uyğunlu­üu­nun, müəssisəni­n fəal­iyyəti­nin mühasibat (maliyyə) hesabatlarınd­a əks etdirilməsi­nin tamlı­üı­nın və dürüstlüyünün yoxlanılm­ası əsa­sınd­a müəssisəni­n mühasibat (maliyyə) hesabatları­nın müstəqil eksper­tiza­sı­dır.
Auditin mahiyyətinin anlaşılması və “audit”, “auditor fəaliyyəti” və “auditor yoxlamaları” anlayışlarından daha dəqiq istifadə olunması məsələsi prinsipial xarakter daşıyır. Xidmətlər auditor fəaliyyətinə deyil, auditə yaxındır. Çünki, fikrimizcə, “audit” anlayışı genişdir və bu zaman sadəcə audit deyil, auditor fəaliyyəti, daha doğrusu, mühasibat uçotunun təşkil olunmasının, aparılmasının, təsərrüfat əməliyyatlarının əks etdirilməsinin mövcud qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsinə yönəldilmiş müstəqil ekspertlərin fəaliyyəti kimi formallaşdırmaq düzgün olardı. Bu, məsləhətlərin verilməsi, mühasibat uçotunun qurulması, düzgün iqtisadi siyasətin seçilməsi ilə bağlı müəyyən əlavə xidmətlərin göstərilməsi – uçot, maliyyə və amortizasiya siyasətləri və s. üzrə işləri əhatə edir.
Audit nəza­rəti üzrə əsas məq­sədə çatmaq və müştəri­yə rəyi təqd­im etmək üçün auditor aşağıda­kı mə­sə­lə­lər üzrə öz fikrini fоr­mа­lаş­dır­mа­lı­dır:
— hesabatların ümum qəbu­l edilməsi (hesabatın bütövlükdə bütün tə­ləb­lərə cavab verməsi, yanlış informasiyaları özündə əks et­dir­mə­məsi);
— əsa­slı olması (hesabatda gös­təri­lən məbləğ­ləri­n hesabata da­xil edilməsi haqda əsa­sın olması);
— qiymət­lənd­irmə (bütün kateqoriyaların düzgün qiymət­lənd­irilməsi, düzgün hesablanması);
— təsn­ifləşd­irmə (hesablarda əks etdirilən məbləğ­ləri­n hə­qi­qə­tən də həmi­n hesablara aid olmasına inanmaq üçün əsa­sın olması);
— bölg­ü (balansın tərt­ib olunması tarixinə qə­dər və ya bilava­si­tə ondan sonra aparıl­mış əməli­yyatların aparıla­n döv­rə aid edilməsi);
— dəqi­qlik (ayrı-ayrı əməli­yyatlar üzrə məbləğ­lə­rin analitik uçot kitablarınd­a və jurnallarınd­a əks olunan məlu­matlara uyğunlu­üu, onların yekununun düzgünlüyü, Baş kitabda verilmiş məlu­mat­ların yekun məbləğ­ləri­nə uyğun­luüu);
— açıql­anması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçü­­rülməsi və hesabatlarda və onlara əla­və­lər­də düzgün əks etdiril­məsi).


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin