Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziyyəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur. Mənfi auditor rəyinin nümunəvi forması aşağıdakı kimidir. AUDITOR RƏYI
AUDİTOR OPINION SERİYA SA №
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI SƏRBƏST AUDİTOR
(soyadı)
AUDİTOR RƏYİ
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor (soyadı)
Azərbaycan
Respublikası Auditorlar Palatası tərəfindən " _______ " __________ 202. ___ tarixli
(qeydiyyat № _______ )
_____ saylı lisenziyaya əsasən fəaliyyət göstərən
" " _____________________ 202.. ____ il tarixindən 31dekabr 202..il tarixli seriyalı. saylı müqaviləyə əsasən
(sifarişçi-təsərrüfat subyektinin adı)
yanvar 202. il tarixindən 31 dekabr 202. il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama " " 202. tarixində başlayıb,202... il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət
verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Aparılan yoxlama zamanı müəyyən edildi ki, ________________ üzrə əməliyyatlar (pozulmuş Əsasnamə və pozuntunun mahiyyəti) müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləşdirilmişdir).
Göstərilən faktlar daha ətraflı (sənədin adı) baxılmışdır.
Auditin aparılması nəticəsində müəyyən edildi ki, müəssisədə yoxlanılan müddətdə aşağıdakı pozuntulara yol verilmişdir: Mühasibat uçotunun qəbul olunmuş sistemi (ziddiyyətin məğzi)
baxımından qanunvericilik aktlarının tələblərinə cavab vermir.
Hesabatlarda verilən rəqəm göstəriciləri uçot məlumatlarına aşağıdakılar üzrə uyğun deyildir:
(ziddiyyətin məğzi)
Göstərilən faktlara daha ətraflı (sənədin adı) baxılmışdır.
Bu pozuntular işin faktiki vəziyyətini bütövlükdə (əsasən) təhrif edir.
Qulluq borcumla əlaqədar olaraq apardığım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğun deyildir. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyğun olan mənzərəsini yaratmır.
Rəy " __ " ____________ 201. ___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.
Ünvan: _____________________________________________
Sərbəst auditor: ______________ _______________________
(imza) (soyadı)
Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor mühasibat (maliyyə) hesabatının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bilmirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatı dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatı haqqında öz fikrini auditor rəyindən imtina formasında bildirir. Auditor prosedurlarının həyata keçirilməsi zamanı mühasibat (maliyyə) hesabatlarının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edən lazımi həcmdə auditor sübutlarını toplamaq mümkün olmadıqda, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatları dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında mülahizə yürütməkdən imtina formasında auditor rəyi tərtib etməlidir. Auditor rəyində rəy verməkdən imtinanın səbəbləri dəqiq və aydın göstərilməlidir.
Auditor rəyindən imtinanın nümunəvi forması aşağıdakı kimidir: AUDITOR RƏYI
AUDİTOR OPINION SERİYA SA №
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI SƏRBƏST AUDİTOR