Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Şərtsiz-müsbət auditor rəyinin nümunəvi forması



Yüklə 465,1 Kb.
səhifə34/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   30   31   32   33   34   35   36   37   ...   82
Audit yeni

Şərtsiz-müsbət auditor rəyinin nümunəvi forması aşağıda verilmişdir.
AUDITOR RƏYI
AUDİTOR OPİNİON SERİYA SA № AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR
PALATASI SƏRBƏST AUDİTOR
(soyadı)
AUDİTOR RƏYİ
(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor. (soyadı )____


Auditorlar Palatası tərəfindən " .202. tarixli (qeydiyyat № ___ )
_____ saylı lisenziyaya əsasən fəaliyyət göstərən " 202. il _____ "
Seriyal ıtarixindən 31 dekabr 202. il tarixli ________________müqaviləyə əsasən
__________ _____ " __ " yanvar 202. il
(sifarişçi-təsərrüfat subyektinin adı) tarixindən 31 dekabr 202. il tarixinədək
maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _______ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama " __ " ___________201... il tarixində başlayıb, " ____ " __________________ 202. __ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər audi tor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Qulluq borcumla əlaqədar olaraq apardığım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır.
Rəy " ___ " ____________ 201 __ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.
Ünvan: ____________________________________________
Sərbəst auditor: _________________ ___________________
(imza) (soyadı)
Əgər auditor prosedurlarının aparılması zamanı inamsızlıq (auditor bütün lazım olan məlumatları və izahatları ala bilmir, vaxt üzrə məhdudiyyətlə bağlı bütün lazımı audit prosedurlarını yerinə yetimək imkanı olmur, uzunmüddətli müqavilə və ya uzunmüddətli proqramın mövcudluğu, mübahisəli vəziyyət, çoxvariantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsullarının qəbul edilməməsi, maliyyə hesabatlarında əks etdirilmiş faktlarla və ya məbləğlərlə razılaşmamaq, maliyyə hesabatlarında əks etdirilmiş faktlar və ya məbləğlər haqqında informasiyanın təqdim olunması qaydası və ya açıqlanması dərəcəsi üzrə fikir ayrılığı, əməliyyatların aparılması və rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması) yaranarsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hansı dərəcədə inamsızlıq və ya iradın olması şərtsiz müsbət rəydən imtina etmək üçün əsas verir.
Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir (sonra rəyin verilməsi və ya rəy verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlığı və ya Azərbaysan Respublikasında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar aşkar edilirsə onda rəy məhdudlaşdırılır. Mülahizələri təmin edəcək
uçot yazılışlarının olmaması və ya zəruri auditor prosedurlarının icrasının mümkünsüzlüyü, daxili nəzarətin lazımı səviyyədə və ya ümumiyyətlə təşkil edilməməsindən ayrı-ayrı sənədlərin və ya faktların gizlədilməsinə şübhə yaranması ilə əlaqədar bütün zəruri informasiyalar və izahatlar aimmadıqda auditorda inamsızlıq yaranır. Belə ki:

  • müəssisənin fəaliyyətinin və maliyyə hesabatlarının ayrı-ayrı faktları və göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir;

  • uçot obyektinin qiymətləndirilməsi metodu, amortizasiyanın hesablanmasının düzgünlüyü və digər hesablamalarla razı deyil;

  • yoxlanılan təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məzmununa görə hesabların müxabirləşməsində uyğunsuzluq mövcuddur;

  • maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qeyri-adekvat uçot siyasəti.

Mövcud şəraitlə bağlı zəruri audit prosedurlarının yerinə yetirilməsinin mümkün olmaması səbəbindən (məsələn, debitor borcunun təsdiq edilməsinin, material ehtiyatlarının mövcudluğunun yoxlanılmasının və s.) məlumatların çatışmazlığı auditor rəyində təsvir edilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntular və kənarlaşmalar ayrıca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib olunana qədər aradan qaldırılır. Bu halda auditor qeyd edir ki, maliyyə vəziyyətinin göstəriciləri onlarda aşkar edilmiş kənarlaşmaların müvafiq tarixə (rəyin hazırlanması tarixindən əvvəl) aradan qaldırılması nəzərə alınmaqla düzgündür.
Mühüm əhəmiyyət kəsb etməyən inamsızlıq mövcud olduqda tərtib olunan şərti müsbət rəyin nümunəvi forması aşağıda verilmişdir.
AUDITOR RƏYI
AUDİTOR OPINION SERİYA SA №
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI SƏRBƏST AUDİTOR

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin