Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə30/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   26   27   28   29   30   31   32   33   ...   82
Audit yeni

Fırıldaqçılıq uçot yazılışları ilə manipulyasiya və ilkin sənədlərin, registrlərin və hesabatların saxtalaşdırılması, uçotda təsərrüfat əməliyyatlarının mahiyyətini təhrif edən və qanunvericilikdə və ya müəssisənin uçot siyasətində müəyyən edilmiş qaydalara uyğun olmayan yazılışların bilərəkdən dəyişdirilməsi, bilərəkdən aktivlərin qiymətləndirilməsinin və onların silinməsinin düzgün olmayan metodlarının tətbiqi də daxil olmaqla rəhbərlik heyətindən bir və ya bir neçə şəxsin və müəssisənin qulluqçuları tərəfindən uçot və hesabat məlumatlarının bilərəkdən qeyri-düzgün əks və təqdim edilməsidir.
Səhv - uçot yazılışlarında və qruplaşdırmalarda hesabı və ya məntiqi yanlışlar, uçotun tamlığının nəzərdən keçirilməməsi və ya təsərrüfat fəaliyyəti faktlarının, əmlakın hesablaşmaların mövcudluğu və vəziyyəti və i.a. qeyri-düzgün təsəvvürü nəticəsində maliyyə informasiyalarının bilmədən təhrif olunmasıdır.
Fırıldaqçılıq və səhvlər aşağıdakı kənarlaşmalar üzrə təsnifləşdirilir:
qüvvədə olan qanunvericilikdən;

  • uçotun təşkili və metodologiyasını müəyyən edən normativ aktlardan;

  • hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi və əmlakın qiymətləndirilməsi üzrə qəbul edilmiş uçot siyasətinə əməl olunması nəticəsində;

  • gəlirlərin və xərclərin öz hesabat dövrünə aid edilməsi prinsipinin pozulması üzrə;

  • analitik uçot məlumatlarının analitik uçot hesabları üzrə dövriyyə və qalıqlardan üstünlük verilməsinin gözlənilməmə si nəticəsində.

Fırıldaqçılıq uçot yazılışları ilə manipulyasiya edilməsi (uçot və hesabat məlumatlarını təhrif etmək məqsədi ilə bilərəkdən qeyri- düzgün mühasibat yazılışlarından və ya storno yazılışından istifadə), təsərrüfat əməliyyatlarının nəticələrinin məhv edilməsi (məzmununa və məbləğinə görə əsas mühasibat yazılışları ilə analoji olan storno yazılışları), mühasibat sənədlərinin və yazılışlarının saxtalaşdırılması və düzəldilməsi (mühasibat sənədləşməsinin qeyri- düzgün və ya saxta sənədlərin mühasibat uçotu hesablarında həqiqəti təhrif edən yazılışların tərtib olunması), uçotda qeyri-adekvat yazılışların mövcudluğu (maliyyə informasiyalarının hesablar sistemində tam həcmdə əks etdirilməməsi mühasibat uçotu kitabları və hesabları üzrə lüzumsuz düzəlişlər, hesabların müxabirləşməsi qaydasının pozulması, təsərrüfat əməliyyatları uçotunda əks etdirilməmiş yarımçıq əməliyyatlar) ilə xarakterizə olunur.
Fırıldaqçılıq və ya səhvlər aşkar olunduqda auditor onun səbəblərini yoxlanılan müəssisənin rəhbərliyindən və heyətindən soruşmalıdır. Fırıldaqçılıq və ya səhvlərin mümkünlüyü aşkar edildikdə auditor onların maliyyə hesabatlarına təsirini nəzərdən keçirməlidir, Əgər onun fikrincə nəzərdə tutulan fırıldaqçılıq və ya səhv maliyyə hesabatının təhrif olunmasına səbəb olacaqdırsa, onda o, məqbul hesab etdiyi əlavə prosedurları həyata keçirməlidir.
Fırıldaqçılıq və ya səhvin qarşısının alınması mümkün olduğu hallarda və ya daxili nəzarət zamanı aşkar edildiyi, lakin baş vermədiyi halda auditor bu sistem haqqında əvvəlki qiymətinə yenidən baxmalı, ona inamını azaltmalı, əlavə prosedurlar həyata keçirməklə əlavə informasiya əldə etmək məqsədi ilə yoxlanılan sənədlərin həcmini artırmalıdır. Əgər fırıldaqçılıq və ya səhvlər rəhbərliyin nümayəndəsinin iştirakı ilə baş vermişdirsə, onda həmin şəxsdən əvvəl əldə etdiyi informasiyalara münasibətinə yenidən baxmalıdır. Bütün hallarda auditor aşkar edilmiş fırıldaqçılıq və ya səhvlər haqda müəssisə rəhbərliyinə xəbər verməlidir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin