Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edilməsi auditor yoxlamasının son mərhələsi hesab edilir.
Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir.
Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:
auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat
(təşkilatın adı, auditorun soyadı göstərilir);
yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);
giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə bağlanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə olunduğu dövr qeyd olunur); •yoxlamanın məzmunu (hesabatların rsasmı təşkil edən təsdiqedici materialların yoxlanması üsulları hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası, sifarişçilər tərəfindən tətbiq edilən uçot prinsiplərinin qiymətləndirilməsi, təqdim olunan mühasibat (maliyyə hesabatlarının bütövlükdə qiymətləndirilməsi);
təqdim olunan hesabatlara dair auditorun rəyi (hesabatların mövcud qanunvericiliyə, onların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olması barədə), auditor rəyinin tarixi, sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan, auditor rəyinin auditor (auditor təşkilatı apardıqda auditorlar və auditor təşkilatının rəhbəri) tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi.
Auditor rəyi hüquqi sənəd olmaqla əsas təyinatı təsərrüfat subyektinin maliyyə hesabatlarının dürüstlüyü haqqında informasiyanı istifadəçilərə çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara cavab verməlidir:
■balans hesabat ilinin (maliyyə ilinin) sonuna müəssisənin aktivləri və passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
■maliyyə nəticələri haqqında hesabat yoxlanılan dövr (maliyyə ili) üçün müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
■maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə uyğun tərtib və təqdim edilmişdirmi?
■ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənil- məməsi faktları olubmu?
■konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə firmasının mənfəəti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
■mühasibat (maliyyə) hesabatları mühasibat uçotu üzrə normativ qaydalara tam uyğundurmu?
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə auditor aşağıdakı rəy növlərindən birini verməlidir: şərtsiz müsbət, şərtimüsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtina.