Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Malsatan və podratçılarla hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə49/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   45   46   47   48   49   50   51   52   ...   82
Audit yeni

1.Malsatan və podratçılarla hesablaşmaların auditi


Malsatan və podratçılarla hesablaşmalara nəzarətin əsas vəzifələrinə hesablaşmaların vəziyyəti haqqında uçot məlumatlarının dürüstlüyü və qanunauyğunluğunun, hesablaşma-maliyyə intizamının gözlənilməsinin və onun müəssisənin ödəmə qabiliyyətinə təsirinin, borcların reallığının müəyyən edilməsinin yoxlanmasıdır.
Hesablaşmalar üzrə hesabların yoxlanılması aşağıdakı əsas istiqamətlər üzrə aparılmalıdır: material qiymətlilərin (işlərin, xidmətlərin) göndərişi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyən edən sənədlərin mövcudluğu və tərtib edilməsinin düzgünlüyü; alınmış (yüklənmiş) material qiymətlilərin dəyərinin ödənilməsinin (alınmış məbləğin) düzgünlüyü; alınmış material qiymətlilərinin
mədaxil edilməsinin və silinməsinin tamlığı.
Yoxlama prosesində aşağıdakılara diqqət verilməlidir:

  • məhsul (iş, xidmət) göndərilməsi üzrə müqavilənin mövcudluğu və onun tərtib edilməsinin düzgünlüyünə;

  • debitor və kreditor borcları mövcud olarsa onların yaranma tarixi və əmələ gəlməssəbəblərinə;

  • iddia müddəti keçmiş borcların mövcudluğuna, onun alınması üçün tədbirləringörülməsinə.

Bağlanmış müqavilədə malların (iş, xidmətlərin) göndərilmə müddəti və onların ödənilmə qaydası və müddəti göstərilməlidir.
Hesablaşmaların auditi aparılarkən aşağıdakı məsələlər yoxlanılmalıdır:

  • hesablaşma sənədləri alınmamış əmtəə-material dəyərləri daxil olduqda onların ödənilmiş, lakin yolda olan qiymətlilər kimi (debitor borcları) əks olunmaması;

  • əmtəə-material qiymətlilərinin mədaxil olunmasının tamlığı. Ödəmə sənədləri üzrə onların miqdarı və dəyərini həmin qiymətlilərin mədaxili üzrə sənədlərin, malsatanlarla hesablaşmaların analitik uçotu, anbar uçotu kitablarının, məhsul və materialların hərəkəti üzrə hesabatların məlumatları ilə tutuşdurulmalıdır;

  • material qiymətlilərinin qiymətləndirilməsinin düzgünlüyü (müqavilədə göstərilmiş qiymətəuyğunluğu);

  • xərclərindebitorlarlavəkreditorlarlahesablaşmalarınkreditindən məhsulun (işin, xidmətin) maya dəyərinə silinməsinindüzgünlüyü;

  • müqavilə öhdəliklərinin pozulmasına görə malsatanlara cərimə sanksiyalarının tətbiqedilməsi;

  • iddia müddəti keçmiş borcların silinməsinindüzgünlüyü;

  • veksellərin ödənilməsi üzrə əməliyyatların əks etdirilməsinin düzgünlüyü;

  • podratçılarla hesablaşmaların auditi prosesində obyektlərin maliyyələşdirmə mənbəyi ilə təmin olunması, tikilən obyekt üzrə layihə-smeta sənədlərinin mövcudluğu, görülən işlərin həcminin təhrif olunması faktlarının mövcudluğu müəyyən edilməlidir;

  • 431, 433, 434, 531, 536, 537 (60)saylı hesablar üzrə analitik və sintetik uçotun aparılmasının düzgünlüyü (debitor və kreditor

hesabları üzrə dövriyyə cədvəllərinin məlumatlarının baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluğu);
- hesablaşmalara aid hesablar üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;
- xarici valyutada malsatanlarla hesablaşmaların düzgünlüyü.
Yoxlama material resurslarının göndərilməsi və əsaslı tikintinin yerinə yetirilməsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyən edən sənədlərin tərtib edilməsinin mövcudluğu və düzgünlüyünün müəyyən edilməsi ilə başlanır. Yoxlama prosesində müvafiq borc məbləğlərinin balans maddələri üzrə düzgün əks etdirilməsi müəyyən edilir. Bununüçün eynitarixəanalitikuçotməlumatlarıüzrəhərbirnövhesablaşma431saylı "Malsatan və podratçılar^ uzunmüddətli kreditor borcları", 433 saylı "Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları", 434 saylı "Faizlər üzrə uzunmüddətli kreditor borcları", 531 saylı "Malsatan və podratçılara qısamüddətli kreditor borcları",536 saylı "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları", 537 saylı "Faizlər üzrə qısamüddətli kreditor borcları" (60 "Malsatan və podratçılarla hesablaşmalar") sintetik hesablarının qalıqları ilə, Baş kitabla və mühasibat balansı ilə üzləşdirilir. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl6.1).

Cədvəl 6.1


431,433, 434, 531,536, 537 saylı (60)hesablar üzrə borcların dürüstlüyünün yoxlanılması



431,433,434.531.536.537 saylı (60)
hesablar üzrə

Məlumatların kənarlaşması

Balansa
əsasən

Baş kitaba əsasən

Jurnal orderə əsasən

Analitik üçot
məlumat larına
əsasən

Balansın

Baş kitabın Jurnal
orderin

Baş kitab-dan

Jurnal- order dən

Anali tik uçot məlu matla
rından

Jurnal- orderdən

Anali tik uçot məlu matla
rından

analitik uçot məlu matla
rından































Əgər göstəricilər arasında kənarlaşmalar olarsa, hər bir malgöndərən və podratçı üzrə borcun reallığı və sənədlə əsaslı olması yoxlanmalıdır. Ayrı-ayrı hesablarda hər bir debitor və kreditor borcları borcun yaranması səbəbləri və borcların yaranma vaxtı onunalınmasının reallığı baxımından nəzərdən keçirilir. Bu zaman borclar müəyyən əlamətlər üzrə qruplaşdırılır: cari (normal); vaxtında ödənilməmiş; ödənilmə vaxtı çoxdan keçmiş; mübahisəli;şübhəli.


Cari borclar müəyyən olunmuş hesablaşma formalarından irəli gəlir və təsərrüfat fəaliyyəti prosesində qaçılmazdır. Belə borcların yaranması maliyyə intizamının pozulması hesabolunmur.
Vaxtında ödənilməmiş borc ödənmə vaxtı keçmiş borclardır. Bu zaman həmin borcun vaxtında ödənilməməsi səbəbləri aydınlaşdırılmalıdır.
Tələb olunma vaxtı keçmiş borclar tələb olunma hüququnun yaranma tarixinin və qanunvericilikdə nəzərdə tutulmuş tələb müddəti müqayisə olunması vasitəsi ilə müəyyən edilir. Bu zaman borcun ödənilməsi üçün məktub-yaddaşın göndərildiyi, iddianın qaldırılması üçün məlumatların təşkilatın hüquq xidmətinə verildiyi yoxlanılır.
Mübahisəli borclara malgöndərənlərə və podratçılara, nəqliyyat və digər təşkilatlara təqdim olunmuş iddialar üzrə borclar daxildir.
Auditor bütün debitor və kreditorlarla hesablaşmaların inventarizasiyasının aparılıb aparılmadığmı müəyyən etməli, onun nəticələri ilə tanış olmalıdır, zərurət yaranarsa, debitor və kreditorlarla hesablaşmaların qarşılıqlı üz-ləşməsihəyatakeçirilməlidir.
Material qiymətlilərinin tam mədaxil olunmasını müəyyən etmək üçün onların ödəmə sənədləri üzrə (ödəmə tapşırıqları və ödəmə tələbnamələri)miqdarı və dəyəri haqda məlumatları onların mədaxilini əks etdirən sənədlərin-hesabların, hesab-fakturalarm, əmtəə-nəqliyyat qaimələrinin(ƏNQ) məlumatları ilə və malgöndərənlərlə hesablaşmaların analitik uçotunun (malgöndərənlərlə hesablaşmalar üzrə əməliyyatların reyestrləri), anbar uçotunun, məhsul və materialların hərəkəti hesabatının göstəriciləri ilə üzləşdirmək lazımdır. Xarici valyutada malsatanlarla hesablaşmaların sintetik uçotu adi qaydada aparılır. Analitik uçot hər bir malsatan üzrə ayrılıqda valyutada və öhdəliyin yaranma tarixinə Mərkəzi Bankının həmin tarixə kursuna görə manatla əks etdirilir. Mühasibatlıq ilkin sənədlər əlavə edilməklə hesabın vaxtında alınması üçün zəruri tədbirləri görməli və əməliyyatı müəyyən olunmuş tarixə - gömrükxanada yükün alınması tarixinə, xidmətin göstərilməsinin başa çatması tarixinə əks etdirilməlidir. Malsatanm hesabı ödənildiyi zaman əməliyyat ödəmə gününə kurs üzrə həyata keçirir.
Borcun ödənilməsi və yaranması gününə kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir: manata nisbətdə xarici valyuta
kursu aşağı düşdükdə D-t 431, 433, 434, 531, 536, 537 (60), K-t 801 (80),ayın sonunda xarici valyutada malsatanm ödənilməyən hesabı mütləq qaydada ayın sonuna Mərkəzi Bankının kursu üzrə yenidən hesablanır və yaranmış kurs fərqi (xarici valyutanın kursu qalxdıqda D-t 801 (80)K-t431,433,434,531,536,537(60),milli valyuta kursu
artdıqda D-t 431, 433, 434, 531, 536, 537 (60), K-t 801(80)) yazılışı edilir.
Yoxlama zamanı malgöndərənlər tərəfindən tətbiq olunan qiymətlərə, xidmətlərə görə tariflərin düzgünlüyünə xüsusi diqqət verilməlidir. Belə faktlar malgöndərənlərin hesablarındakı qiymətləri bağlanmış müqavilələrdə göstərilən qiymətlərlə müqayisə etməklə aşkar edilir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin