Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə48/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   44   45   46   47   48   49   50   51   ...   82
Audit yeni

Ədəbiyyat siyahısı

  1. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).

  2. Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007

  3. Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007

  4. Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414

  5. Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414

  6. “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.

  7. “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986

  8. Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007

  9. Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.

  10. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.

  11. Namazova C.B. Audit. Bakı. CBS. 2012


Mövzu 8. HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATLARININ AUDİTİ

Plan:

1.Malsatan və podratçılarla hesablaşmaların auditi

2.Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi

3.İddialar üzrə hesablaşmaların auditi

4.Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi

5. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi

6. Digər debitor və kreditorlarla hesablaşmaların auditi

7. Büdcə və büdcədənkənar fondlara ödəmələr üzrə hesablaşmaların auditi

8.Təsisçilər və səhmdarlarla hesablaşmaların auditi

9.Kredit əməliyyatlarının auditi

10.İxrac-idxal əməliyyatlarının auditi


Müəssisələr özlərinin gündəlik fəaliyyətlərində aşağıdakı hesablaşmaları həyata keçirirlər:



  • malsatanlarla və podratçılarla, debitorlarla vəkreditorlarla;

  • iddialar üzrə;

  • alınmış və verilmiş avanslar üzrə;

  • alıcılarla və sifarişçilərlə;

  • maddi zərərin ödənilməsi üzrə;

  • təhtəlhesab şəxslərlə;

  • digər debitorlarla vəkreditorlarla;

  • birgə fəaliyyət üzrə;

  • törəmə müəssisələrlə;

  • əməyin ödənişi üzrə heyətlə;

  • işçilərin sosial təminatı üzrə;

  • qeyri-büdcə fondları üzrə;

  • büdcə ilə;

  • əmlak və şəxsi sığorta üzrə;

  • digər əməliyyatlar üzrə heyətilə;

  • təsisçilərlə;

  • ssudalara görə bankla.

Auditor hesablaşma sənədlərinin kim tərəfindən işlənildiyini (yaşı, təhsili, mühasiblik stajı, bu sahə üzrə normativ bazanın mövcudluğu), hansı normativ sənədlərdən istifadə edildiyini, həmin mühasibin kimə tabe olmasını və gördüyü işlərə kimin nəzarət etməsini, tətbiq olunan ilkin sənədlərin siyahısını, onların nömrələnməsi sistemini, ilkin sənədlərdə bütün rekvizitlərin doldurulmasını, qeydiyyat jurnallarının mövcudluğunu, analitik uçotun və dövriyyə cədvəllərinin vəziyyətini, hesablaşma əməliyyatlarının uçotu üzrə ilkin sənədlərin işlənməsi texnologiyasını (sənədlərin qəbulundan arxivə verilməsinə qədər) yoxlayır.
Hesablaşmaların vəziyyətinin yoxlanmasına müvafiq sənədlər üzrə qalıqların müəyyən edilməsi və hesablarda əks etdirilən məbləğlərin əsaslı olmasının ciddi yoxlanmasını özündə əks etdirən hesablaşmaların inventarizasiyası materiallarının təhlili ilə başlamaq məqsədəuyğundur. Auditor debitor və kreditorların hesabları üzrə borcların yaranma müddətini, onların reallığını yoxlamalı və iddia müddətinin ötməsində təqsiri olan şəxsləri müəyyən etməlidir. Zərurət yarandıqda üzləşmə aktı tərtib etməklə debitorlarla və kreditorlarla hesablaşmalarınüzləşdirilməsi aparılmalıdır.
Yoxlama zamanı aşağıdakılara diqqət verilməlidir:

  • alınmış (göndərilmiş) material qiymətlilərin dəyərinin ödənilməsinin (məbləğin alınmasının)düzgünlüyü;

  • həmin əməliyyatlar üzrə təsdiqedici sənədlərin mövcudluğu və onların tərtib edilməsinindüzgünlüyü;

  • alınmış əmtəə-material qiymətlilərinin mədaxil edilməsinin tamlığı və silinməsinin düzgünlüyü.

Hesablaşmaların vəziyyətinə nəzarətin səmərəli təşkil edilməsi, müqavilə və hesablaşma intizamının möhkəmlənməsini, müəyyən edilmiş həcmdə, çeşiddə və keyfiyyətdə məhsul göndərişi üzrə öhdəliklərin yerinə yetirilməsini, ödəmə intizamının gözlənilməsi üzrə məsuliyyətin artırılmasını, debitor və kreditor borclarının azaldılmasını, dövriyyə vəsaitlərinin dövri sürətinin artmasını, müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin