Ədəbiyyat siyahısı “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).
Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007
Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007
Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414
Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414
“Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.
“Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986
Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007
Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.
Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.
Namazova C.B. Audit. Bakı. CBS. 2012
Mövzu 8. HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATLARININ AUDİTİ
Plan:
1.Malsatan və podratçılarla hesablaşmaların auditi
2.Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi
3.İddialar üzrə hesablaşmaların auditi
4.Maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi
5. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi
6. Digər debitor və kreditorlarla hesablaşmaların auditi
7. Büdcə və büdcədənkənar fondlara ödəmələr üzrə hesablaşmaların auditi
8.Təsisçilər və səhmdarlarla hesablaşmaların auditi
9.Kredit əməliyyatlarının auditi
10.İxrac-idxal əməliyyatlarının auditi
Müəssisələr özlərinin gündəlik fəaliyyətlərində aşağıdakı hesablaşmaları həyata keçirirlər:
malsatanlarla və podratçılarla, debitorlarla vəkreditorlarla;
Auditor hesablaşma sənədlərinin kim tərəfindən işlənildiyini (yaşı, təhsili, mühasiblik stajı, bu sahə üzrə normativ bazanın mövcudluğu), hansı normativ sənədlərdən istifadə edildiyini, həmin mühasibin kimə tabe olmasını və gördüyü işlərə kimin nəzarət etməsini, tətbiq olunan ilkin sənədlərin siyahısını, onların nömrələnməsi sistemini, ilkin sənədlərdə bütün rekvizitlərin doldurulmasını, qeydiyyat jurnallarının mövcudluğunu, analitik uçotun və dövriyyə cədvəllərinin vəziyyətini, hesablaşma əməliyyatlarının uçotu üzrə ilkin sənədlərin işlənməsi texnologiyasını (sənədlərin qəbulundan arxivə verilməsinə qədər) yoxlayır.
Hesablaşmaların vəziyyətinin yoxlanmasına müvafiq sənədlər üzrə qalıqların müəyyən edilməsi və hesablarda əks etdirilən məbləğlərin əsaslı olmasının ciddi yoxlanmasını özündə əks etdirən hesablaşmaların inventarizasiyası materiallarının təhlili ilə başlamaq məqsədəuyğundur. Auditor debitor və kreditorların hesabları üzrə borcların yaranma müddətini, onların reallığını yoxlamalı və iddia müddətinin ötməsində təqsiri olan şəxsləri müəyyən etməlidir. Zərurət yarandıqda üzləşmə aktı tərtib etməklə debitorlarla və kreditorlarla hesablaşmalarınüzləşdirilməsi aparılmalıdır.
Yoxlama zamanı aşağıdakılara diqqət verilməlidir:
alınmış (göndərilmiş) material qiymətlilərin dəyərinin ödənilməsinin (məbləğin alınmasının)düzgünlüyü;
həmin əməliyyatlar üzrə təsdiqedici sənədlərin mövcudluğu və onların tərtib edilməsinindüzgünlüyü;
alınmış əmtəə-material qiymətlilərinin mədaxil edilməsinin tamlığı və silinməsinin düzgünlüyü.
Hesablaşmaların vəziyyətinə nəzarətin səmərəli təşkil edilməsi, müqavilə və hesablaşma intizamının möhkəmlənməsini, müəyyən edilmiş həcmdə, çeşiddə və keyfiyyətdə məhsul göndərişi üzrə öhdəliklərin yerinə yetirilməsini, ödəmə intizamının gözlənilməsi üzrə məsuliyyətin artırılmasını, debitor və kreditor borclarının azaldılmasını, dövriyyə vəsaitlərinin dövri sürətinin artmasını, müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edir.