Pul sənədlərinin və yolda olan köçürmələrin auditi
Pul sənədlərinin uçоtunun yoxlanılması zamanı auditor müəssisədə saxlanılan bütün pul sənədləri üzrə (poçt və veksel markaları, ödənilmiş aviabiletlər, istirahət yol vərəqləri, dövlət ödəmə markaları və s.) analitik uçоtunun mövcudluğunu yoxlayır.
Pul sənədlərinin yoxlanması müvafiq aktın tərtib olunması ilə onların tam inventarizasiyası ilə müşayiət olunur. Ilk növbədə nəzarət prosesində analitik uçot üzrə qalıq məlumatlarının 225 sаylı "Pul vəsаitlərinin ekvivаlentləri", sintetik hesabı üzrə qalıüa bərabər olmasına əmin olmaq lazımdır. Analitik uçotun məlumatları əsasında pul sənədlərinin miqdar və məbləğ ifadəsində 225 sаylı "Pul vəsаitlərinin ekvivаlentləri", hesabına tam və vaxtında mədaxil edildiyi müəyyən edilməlidir.
Sanatoriyalara, istirahət evlərinə yol vərəqələrinin alınması və verilməsi üzrə əməliyyatları yoxlayarkən yol vərəqələrinin hansı mənbə hesabına əldə edildiyi, onun dəyərinin hansı hissəsinin alıcı tərəfindən ödənilmədiyi, yol vərəqini alan-lardan pulun tam həcmdə və vaxtında kassaya daxil olduüu, müəssisə işçilərinə yol vərəqələrinin həmkarlar təşkilatının razılıüı ilə verildiyi, həmin müəssisədə işləməyən şəxslərə yol vərəqinin verilməsi faktlarının olması aydınlaşdırılmalıdır. Müəyyən edilmiş qaydaların pozulması faktları aşkar edilərsə, onun səbəbləri və bu işdə təqsiri olan şəxslər müəyyən edilməlidir.
Auditor tərəfindən pul sənədləri üzrə hesabat da yoxlanılır. Həmin hesabatda ayrı-ayrılıqda hər bir blank növüüzrə miqdar və nominal dəyəri ilə hesabat döv-rünün əvvəlinə onların qalıüı, daxil olması, sərf olunması və hesabat dövrünün sonuna qalıqları haqda məlumatlar əks etdirilir. Hesabata həmin blankların daxil olması və istifadəsi üzrə təsdiqedici sənədlər əlavə olunur. Auditor müəssisədə qiymətli kağızların vaxtında inventarizasiyasının aparılmasını və onun nəticələrinin necə rəsmiləşdirilməsini yoxlayır.
Ilkin sənədlər əsasında 222"Yоldа оlаn pul köçürmələri" hesabı üzrə hər bir yazılışın əsaslı olması yoxlanılır. 222 saylı hesabın krediti, pul vəsaitlərinin uçotu üçün nəzərdə tutulmuş hesabların debeti üzrə yazılışları üzləşdirməklə yolda olan pul vəsaitlərinin banklarda müvafiq hesablara vaxtında və tam köçürülməsi müəyyən olunur. Eyni zamanda yolda olan pul vəsaitlərinin tərkibində kassada çatışmayan nağd pulun olması və ya ayrı-ayrı vəzifəli şəxs tərəfindən mənimsənilən məbləğin olması faktları da aydınlaşdırılmalıdır.