Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Təsisçilər və səhmdarlarla hesablaşmalarınauditi



Yüklə 465,1 Kb.
səhifə56/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   52   53   54   55   56   57   58   59   ...   82
Audit yeni

8.Təsisçilər və səhmdarlarla hesablaşmalarınauditi


Təsisçilərlə hesablaşmaların auditi zamanı təşkilatın təsis sənədlərindən, təsisçilərin və səhmdarların iclaslarının protokollarından, təsisçilərin nizamnamə kapitalına üzvlük haqqlarını əks etdirən ilkin sənədlərdən, dividendlərin və səhmdarların gəlirlərinin hesablanması üzrə sənədlərdən, 302 saylı "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", 534 saylı "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" (75 saylı «Təsisçilərlə hesablaşmalar») hesabları üzrə analitik və sintetik uçot məlumatlarından istifadə edilir.
Təsisçilərlə hesablaşmaların auditi zamanı auditor aşağıdakıları yoxlayır:

  • təsisçilərin nizamnamə kapitalına köçürdükləri üzvlük haqqının həcmi, növü (bina, avadanlıq, nəqliyyat vasitələri, əmtəə-material dəyərliləri, pul vəsaitləri, qiymətli kağızlar) və həmin köçürmələrin vaxtında aparılması;

  • müəssisənin fəaliyyətində iştirakdan əldə edilən gəlirlərin hesablanmasının düzgünlüyü və gəlirdən verginin tutulmasının tamlığı;

  • nizamnamə kapitalının formalaşması və müəssisənin fəaliyyətində iştiraka görə gəlirlərin hesablanması üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;

  • təsisçilərlə hesablaşmaların analitik və sintetik uçotu üzrə yazılışların ilkin sənədlərdə, registrlərdə baş kitabda və balansdaəks

  • etdirilən məlumatlara uyğunluğu.

Təsisçilər və səhmdarlarla hesablaşmaları yoxlayarkən auditor müəssisənin təsis sənədlərini, onun nizamnamə kapitalının həcminə və onun formalaşması qaydasını xüsusi diqqətlə nəzərdən keçirməlidir. Auditor mühasibat uçotu hesablarında elan edilmiş nizamnamə kapitalının əks olunmasının düzgünlüyünü yoxlamalıdır. Bunun üçün 302, 534 (75) saylı hesabın analitik məlumatları 301(85)saylı hesabın məlumatları ilə və təsis sənədləri ilə müqayisə olunmalıdır. Kənarlaşma müəyyən edildikdə auditor onun səbəblərini,günahkar şəxsləri və müəssisəyə dəyən ziyanı müəyyən edir.
Yoxlama zamanı auditor təsis sənədləri ilə tanış olaraq müəssisənin nizamnamə kapitalının həcminə diqqət yetirir, nizamnamə kapitalına payların hansı qaydada (pul və ya qeyri pul) köçürülməsini öyrənir. Nizamnamə kapitalına qeyri-pul formasında edilən paylar ekspert yolu ilə müəyyən edilir. Ekspertizanın nəticələri aktla rəsmiləşdirilir.Əgər təsis sənədlərində iştirakçıların pul formasında nizamnamə kapitalına pay köçürmələri nəzərdə tutulmuşdursa, onda auditor hər bir iştirakçının hansı həcmdə və hansı pul vahidində pay köçürməsini yoxlamalıdır. Yerli təsərrüfat subyektləri özlərinin nizamnamə kapitalını milli valyuta ilə elan edirlər. Xarici investisiyalı müəssisələrin nizamnamə kapitalı ABŞ dolları ilə elan edilir. Auditor eyni zamanda nizamnamə kapitalına haqların vaxtında köçürülməsini də yoxlamalıdır. Təsərrüfat subyektləri təsis sənədlərində göstərilən vaxtda nizamnamə kapitalını formalaşdırır.
Nizamnamə fonduna köçürmənin faktiki vaxtı aşağıdakı qaydada müəyyən edilir: pul formasında pay üzrə müəssisənin hesabına pul köçürülməsi haqda bank çıxarışının tarixi və ya kassa mədaxil orderindən çıxarışın tarixi; qeyri-pul payları üzrə həmin qeyri-pul paylarının mədaxil edilməsi ilə əlaqədar ilkin sənədin tərtib olunması tarixi (əsas vəsaitlərin təhvil-təslim aktları, əmtəə-nəqliyyat qaimələri, gömrük bəyannamələri, materialların qəbulu aktları).
Auditor nizamnamə kapitalına verilmiş qiymətlilərin faktiki daxil olmasına əmin olmalıdır. Bunun üçün o, həmin əmlakın in- ventarizasiyasının nəticələri haqqında məlumatları
302, 534(75) və 301(85) saylı hesablarda əks etdirilmiş informasiyalarla müqayisə edir.
Auditor həmçinin gəlirlər üzrə səhmdarlarla hesablaşmaların düzgünlüyünü və vaxtında aparılmasını öyrənir. Bunun üçün o, 534 saylı "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" (75/2"Gəlirlər üzrə hesablaşmalar") hesabı üzrə analitik məlumatları təhlil edir. Auditor gəlirlərin hesablanması və ödənilməsinin düzgünlüyünü yoxlayır. Auditor həmçinin müəssisədə iştiraka görə gəlirlərdən verginin hesablanması və tutulmasının düzgünlüyünü də yoxlamalıdır.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin