Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


İxrac-idxal əməliyyatlarının auditi



Yüklə 465,1 Kb.
səhifə58/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   54   55   56   57   58   59   60   61   ...   82
Audit yeni

10.İxrac-idxal əməliyyatlarının auditi


Bazar iqtisadiyyatının bərqərar olması ilə əlaqədar əksər təsərrüfat subyektləri xarici iqtisadi fəaliyyətlə məşğul olur. İxrac-idxal əməliyyatlarının auditi zamanı bu və ya digər malın respublikanın ərazisinə gətirilməsinin və ya respublikanın ərazisindən çıxarılması nın qanunauyğunluğu mütləq yoxlanılmalıdır. Bunun üçün auditor təsərrüfat subyektinin təsis sənədlərini öyrənməlidir.
Müəssisədə bütün ixrac-idxal əməliyyatları kontraktlar əsasında tərtib edilməlidir. Həmin kontraktlarda aşağıdakı bölmələr mütləq göstərilir: kontraktın predmeti; ödəmə şərti; malın qablaşdırılması və markalanması; iddiaların şərtləri; cərimə sanksiyaları və zərərin ödənilməsi qaydası; sığorta; arbitraj; kontraktın digər şərtləri; tərəflərin xarakteristikası və ünvanlan.
İxracat məhsullarının istehsalı və satışı üzrə əməliyyatları yoxlayarkən nəzərə almaq lazımdır ki, həmin məhsul 204 (40) saylı "Hazır məhsul" hesabının "İxracat məhsulları" subhesabında uçotaalınır. Bunun üçün auditor həmin subhesab üzrə yazılışları diqqətlə nəzərdən keçirir. Satış qiyməti kontrakt üzrə müəyyənedilir.
İxrac əməliyyatlarını yoxlayarkən aşağıdakı informasiyalardan istifadə olunur: kontraktlar; gömrük bəyannamələri; spesifikasiyalar, dublikatlar və ya dəmiryolu yük daşımaları qəbzləri əlavə olunmaqla malgöndərənlərin hesab fakturaları, malların limana və ya anbara daxil olmasını təsdiq edən qəbul aktları; xarici alıcıların hesabları; malların çatışmazlığı, artıq gəlmə və ya korlanmasını əks etdirən kommersiya və digər aktlar; xarici ekspeditorların qəbul aktları.
Auditor nəzərə almalıdır ki, ixracat mallarının satışı uçotda ya malın xarici alıcılara yüklənmə anı üzrə, ya da vəsait satıcının hesabına daxil olduqda əks etdirilir. Satışın uçotunun ikinci üsulundan istifadə zamanı auditor vəsaitlərin vaxtında daxil olmadığı hallarda büdcə ilə hesablaşmaların vaxtında həyata keçirilməsini yoxlamalıdır. Belə ki, ixracat məhsullarının yüklənməsindən sonra onun dəyəri 60 gün ərzində daxil olmazsa müəssisə satılmış məhsullara görə büdcə ilə hesablaşmanı aparmalıdır.
Auditor ixrac əməliyyatlarının nəticələrinin müəyyən edilməsinin düzgünlüyünü yoxlamalıdır. Həmin nəticə kontrakt qiyməti ilə hesablanan pul gəliri ilə onun tam maya dəyəri, satış üzrə kommersiya xərcləri və büdcəyə ödəmələrin fərqi kimi müəyyən edilir.
Auditor kommersiya xərclərinin bölüşdürülməsinin düzgünlüyünə xüsusi diqqət verməlidir. Nəzərə almaq lazımdır ki, birbaşa kommersiya xərcləri satılmış həmin məhsul üzrə xərclərə, dolayı kommersiya xərcləri isə malların dəyərinə proporsional bölüşdürülür.
Auditor ölkələr, kontraktlar, firmalar, mallar üzrə ixracat mallarının satışını analitik uçotu məlumatlarını diqqətlə öyrənməlidir. İdxal üzrə əməliyyatları yoxlayarkən daxil olan qiymətlilərin alış dəyərinin müəyyən edilməsinin düzgünlüyünü yoxlamalıdır. Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti onların kontraktda nəzərdə tutulan dəyəri və gömrük rəsmiləşdirilməsi anma Azərbaycan Respublikası Mərkəzi Bankın kursuna əsasən (idxalat üzrə gömrük yük bəyannaməsində göstərilir) gömrük ödəmələri, nəqliyyat və onların alınması və daşınması üzrə digər xərclər nəzərə alınmaqla formalaşır. Əsas məsələlərdən biri idxal mallarının yenidən qiymətləndirilməsinin düzgünlüyünün yoxlanmasıdır. Əgər xarici malgöndərənlərə olan borc ödənilməmişdirsə,və ya malların daxil olma tarixi ilə müqayisədə onların ödənilməsi anında Mərkəzi Bankın kursu dəyişilərsə, auditor yenidən qiymətləndirmənin vaxtında aparılmasını yoxlayır. Bunun üçün auditor faktiki qiymət artımını və ya azalmanı yuxarıda qeyd olunan müddətlərlə üzləşdirir.
İxrac üçün yüklənmiş mal,iş,xidmətlərin əvəzinə müəssisəyə daxil
olmuş idxal malları, iş, xidmətlər təsərrüfat subyektində istehsal ehtiyatları hesablarının debeti üzrə idxalın gömrük sənədləşdirilməsi tarixinə Mərkəzi Bankın kursu üzrə mədaxil edilməlidir.
Eyni vaxtda 431,433,434,531,536,537(60),177,193,217,245,408,411,413,414,
435, 441, 445, 507, 511, 512, 513, 514, 515, 538, 541, 545 (76)
Hesablarının debeti üzrə və 171,175,176,211,215,216(62),177,193,
217,245,408,411,413,414,435,441,445,507,511,512,513,514,515,
538,541,545(76) hesablarının krediti üzrə borcların qarşılıqlı qeydiyyatı aparılmalıdır.
Bundan başqa auditor əmtəə tədavülü əməliyyatları zamanı kurs fərqlərinin, eyni zamanda həmin əməliyyatlar üzrə kommersiya xərclərinin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır.
İxrac-idxal əməliyyatlarının auditi zamanı xarici valyuta ilə əməliyyatlara xüsusi diqqət verilir. Auditor valyuta əməliyyatı üzrə pul gəlirinin təsərrüfat subyektini valyuta hesabına köçürülməsinin düzgünlüyünü yoxlayır. Daxil olan məbləğ vəsaitlərin valyuta hesabına daxil olması tarixinə Mərkəzi Bankının kursuna görə müəyyən edilir.



Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin