Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Uzunmüddətli maddi aktivlərin mühasibat uçotunda qiymətləndirilməsinin auditi



Yüklə 465,1 Kb.
səhifə60/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   56   57   58   59   60   61   62   63   ...   82
Audit yeni

2. Uzunmüddətli maddi aktivlərin mühasibat uçotunda qiymətləndirilməsinin auditi
Auditor uçоtda uzunmüddətli maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlan-masına xüsusi diqqət verməlidir. Belə ki, maliyyə nəticələrinin əks etdirilməsinin, əmlaka görə vergi üzrə büdcə ilə hesablaşmaların, əsas vəsaitlər üzrə mühasibat hesabatının tərtib edilməsinin düzgünlüyü uzunmüddətli maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyündən asılıdır.
Uzunmüddətli maddi aktivlərin ilkin dəyəri aşağıdakı qaydada müəyyən olunur:
Ÿ müəssisənin özündə hazırlanan və ya digər müəssisədən və ya fiziki şəxslərdən satın alınan obyektlər üzrə –obyektlərin yаrаdılmаsı və yа оnlаrın gətiril-məsi, qurulması üzrə xərclər də daxil olmaqla faktiki xərclər məbləğində;
Ÿ təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına yünəldilən оbyektlər üzrə – tərəflərin razılıüı əsasında;
Ÿ əvəzsiz olaraq digər müəssisədən və şəxsdən alınan obyektlər üzrə – ekspert yolu ilə və ya təhvil-təslim sənədlərinin məlumatları üzrə;
Ÿ əvvəllər istifadədə olmuş və haqqı ödənilməklə alınan uzunmüddətli maddi aktivlər uçоtda çatdırılması və qurulması üzrə xərclər daxil olmaqla alış dəyəri ilə əks etdirilir.
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla aşağıdakılar yoxlanılmalıdır:
Ÿ müəssisədə uzunmüddətli maddi aktivlərin qəbulu üzrə komissiyanın yaradılması və onun nəticələrinin sənədləşdirilməsi;
Ÿ obyektin dəyəri göstərilməklə əsas vəsaitin alqı-satqısı üzrə müqavilənin mövcudluğu;
Ÿ müqavilə qiymətinin protokolla rəsmiləşdirilməsi uzunmüddətli maddi aktiv nizamnamə kapitalına pay formasında verildikdə);
Ÿuzunmüddətli maddi aktivlərin təhvil-təslim aktında ilkin dəyərinin düzgün göstərilməsi;
Ÿ icarə üzrə müqavilədə obyektin dəyərinin göstərilməsi;
Ÿ qurtarmış tikinti obyektlərinin inventar dəyərinin düzgün müəyyən edilməsi;
Ÿuzunmüddətli maddi aktivlərin inventar dəyərini formalaşdıran xərclərin və əsas vəsaitin dəyərini artırmayan vəsaitlərin ayrıca uçоtunun aparılması;
Uzunmüddətli maddi aktivlərin dəyərini artırmayan xərclər işlərin və yа əməliyyаtlаrın tаm bаşа çаtmаsı üzrə nəzərdə tutulmuş mаliyyələşmə mənbələri hesаbınа - 103 sаylı “Qeyri mаteriаl аktivlərüzrə хərclərin kаpitаllаşdırılmаsı”, 113 sаylı «Tоrpаq, tikili və аvаdаnlıqlаrlа bаülı məsrəflərin kаpitаllаşdırılmаsı» hesаbınа silinir. Əsas vəsaitin dəyərini artırmayan xərclərə aşağıdakılar daxildir:
w tikintinin dəyərinin icmal smeta hesablamalarında nəzərdə tutulmuş xərclər;
w yeni yaradılan müəssisənin əsas fəaliyyəti üçün istismar üzrə kadrların hazırlanması üzrə xərclər;
w perspektiv xarakterli xərclər: obyektin tikintisi ilə əlaqədar geoloji-kəşfiyyat, axtarış və s. baülı xərclər;
w torpaq sahəsinin tikintinin aparılması üçün verildikdə sökülmüş tikilinin dəyərinin ödənilməsi ilə baülı xərclər;
w tikintinin dəyərinin hesablanması zamanı məcmu smeta hesablamalarında nəzərdə tutulmayan xərclər;
w başa zatmamış tikinti obyekti üzrə tikinti təşkilatının xərcləri, eləcə də digər müəssisə tərəfindən əvəzsiz verilən digər material qiymətlilərinin dəyəri;
w tikinti üçün bank kredit üzrə AR MB tərəfindən müəyyən edilmiş uçоt dərəcəsindən yuxarı faizlərin ödənilməsi xərcləri;
w əsas tikinti vasitələri üzrə təbii fəlakətdən başa çatmamış binaların və tikililərin sökülməsindən zərər.
w tikintinin konservasiyasına xərclər;
w dayandırılmış tikinti obyektlərinin sökülməsi və qorunması xərcləri;
w maliyyə-təsərrüfat fəaliyyətinin pozulmasına görə faizlərin, cərimələrin və dəbbələmələrin ödənilməsi ilə əlaqədar xərclər;
w əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onun nəticələrinin uçоtda əks etdirilməsi.
Uzunmüddətli maddi aktivlər üçün hesabat qalıqlarının yoxlanması:

İlin əvvəlinə olan qalığın əvvəlki illərin MH ilə

Amortizasiya dərəcələrinin icbari tələblərə (əgər mövcuddursa) müvafiqliyi

Qalıqların tərkibinin ledcerdəki qalıqlar ilə üzləşdirilməsi

Aktivlərin faktiki olaraq yoxlanmasının seçmə əsasında həyata keçirilməsi

İlkin dəyər - amortizasi-ya - drəyərdəndüşmə zərəri

İlkin dəyər metodu

Yenidən qiymət-ləndirmə məbləği – hesablanmış amor-tizasiya məbləği – dəyərdəndüşmə zərəri amortiza

Qalıq dəyərinin yoxlanması

Yenidən qiymət-ləndirmə metodu

Yenidən qiymətləndirilən aktivlər üçün

Düzgün açıqlamaları, məsələn, dəyərdəndüşmə zərərin təmin edilməsi

Əqdlər və hesab-faktura kimi sərəncamverici sənədlərin yoxlanması



Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin