Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Digər debitor və kreditorlarla hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə54/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   50   51   52   53   54   55   56   57   ...   82
Audit yeni

6.Digər debitor və kreditorlarla hesablaşmaların auditi


Digər debitor və kreditorlarla hesablaşmaların yoxlanması 177 saylı "Digər uzunmüddətli debitor borcları", 193 saylı "Digər uzunmüddətli aktivlər", 217 saylı "Digər qısamüddətli debitor borcları", 245 saylı "Digər qısamüddətli aktivlər ", 408 saylı "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər", 411 saylı "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər", 413 saylı "Uzunmüddətli hüquqi öhdəliklər", 414 saylı "Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər", 435 saylı "Digər uzunmüddətli kreditor borcları", 441 saylı "Uzunmüddətli pensiya öhdəlikləri", 445 saylı "Digər uzunmüddətli öhdəliklər", 507 saylı "Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər", 511 saylı "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər", 512 saylı "Qısamüddətli zəmanət öhdəlikləri", 513 saylı "Qısamüddətli hüquqi öhdəliklər", 514 saylı "Mənfəətdə iştirak planı və müavinət planları", 515 saylı "Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər", 538 saylı "Digər qısamüddətli kreditor borcları", 541 saylı "Qısamüddətli pensiya öhdəlikləri", 545 saylı "Digər qısamüddətli öhdəliklər" (76 "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" hesabının subhesablarmdan) hesabından istifadə olunur. Hesablaşmaların yoxlanılması zamanı icra sənədləri əsasında işçilərin əmək haqqı məbləğindən icraedici vərəqlər üzrə digər təşkilatların xeyrinə tutulmaların düzgün hesablanması və həmin məbləğlərin vaxtında köçürülməsinə diqqət verilməlidir.
Kreditə satılmış mallar üzrə hesablaşmaların vəziyyəti 173 saylı
"Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları», 213 saylı "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları "(təşkilat bank kreditindən istifadə edirsə 73-1 “Kreditə satılmış mallar üzrə hesablaşmalar”, təşkilat bank kreditindən istifadə etmirsə 76-7 “Digər debitorlarla və kreditorlarla hesablaşmalar” subhesabı) hesabları üzrə məlumatlar əsasında öyrənilir.
Digərdebitorvəkreditorlarlahesablaşmalarınyoxlanılmasızamanı aşağıdakı məsələlər mütləq müəyyənolunmalıdır:

    • icra vərəqi üzrə digər təşkilatların və şəxslərin xeyrinə tutulmaların düzgünlüyü və əsaslı olması; eləcə də tutulan məbləğlərin köçürülməsinin vaxtındaaparılması;

    • mənzil kirayə edənlərlə, yataqxanalarla, idarə mehmanxanalarında yaşayan şəxslərlə yataqxanadan, mənzillərdən, mehmanxanalardan və kommunal xidmətlərdən istifadəyə görə hesablaşmalarındüzgünlüyü.

Uçotun bu sahəsinin yoxlanılması zamanı mənzil və yataqxanalarda yaşayan şəxslərlə hesablaşmalar üzrə şəxsi hesabların və ya cədvəllərin məlumatları ilə kassa hesabatlarının və kommunal ödəmələrin daxil olması üzrə bank sənədlərinin məlumatlarının qarşılıqlı üzləşdirilməsi tətbiq olunur. Kommunal xidmətləri haqqının hesablanmasının düzgünlüyünə və tamlığına xüsusi diqqət verilməlidir;

    • kreditə satılan mallara görə hesablaşmaların düzgünlüyü, müqavilələrin mövcudluğu, tapşırıq-öhdəliklərin təqdim olunması müddəti, kreditin ödənilməsi qaydası vəs.;

    • əmək kollektivi üzvlərinə verilmiş faizsiz ssudalar üzrə hesablaşmaların tamlığı vədüzgünlüyü.

Həmin ssudalarm verilməsinin əsaslı olması, ssudanm verilməsi üzrə sənədlərin tərtib edilməsinin düzgünlüyü (məbləği, müddəti və ödənmə qaydası) mütləqyoxlanmalıdır;

    • fərdi yaşayış tikintisi üçün verilmiş ssudalar üzrəhesablaşmaların tamlığı və düzgünlüyü;

    • deponent edilmiş əmək haqqının uçotda əks etdirilməsinin düzgünlüyü. 533 saylı "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının 533-3 "Depozitə qoyulmuş əmək haqqı üzrə işçilərlə hesablaşmalar" subhesabında (76 saylı "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabının "Deponentlərlə hesablaşmalar" subhesabı) əks etdirilmiş yazılışlar deponentləşdirilmiş əmək haqqının uçotukitabındakı yazılışlarla üzləşdirilir. Deponentləşdirilmiş əmək haqqının hesablaşma hesabından köçürülməsi hallarında həmin məbləği alanın göstərilən ünvanının düzgünlüyüdəqiqləşdirilir;

    • məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanma üzrə valideynlərin ödədiyi məbləğin hesablanmasının və köçürülməsinin vaxtında aparılması vətamlığı;

    • debitor və kreditorlarla hesablaşmalar üzrə mühasibat,yazılışlarının tərtib edilməsinin düzgünlüyü 173, 213, 545 (müvafıqsubhesablar)(73) və 177, 193, 217,245, 408,411,413,414,435,441,445,507,511,512,513,514,515,538,541, 545 (76) saylı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü;

  • 177, 193, 217, 245, 408, 411, 413, 414, 435, 441, 445, 507, 511, 512, 513, 514, 515, 538, 541, 545 (76) saylı hesab üzrə analitik uçot yazılışlarının həmin hesabın dövriyyə cədvəlində, baş kitabda və balansda olan yazılışlara uyğunluğu.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin