Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə53/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   49   50   51   52   53   54   55   56   ...   82
Audit yeni

5.Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi


Təhtəlhesab şəxslərlə hesablaşmaların auditinin əsas məqsədi təhtəlhesab məbləğlərin düzgün və məqsədli istifadə olunması üzrə yoxlamanın həyata keçirilməsidir,
Təhtəlhesab şəxslərlə hesablaşmalar 244 saylı "Təhtəlhesab məbləğlər" (71 "Təhtəlhesab şəxslərlə hesablaşmalar") hesabında uçota alınır. Yoxlama mənbələrinə müəssisə üzrə əmr və sərəncamlar, təhtəlhesab məbləğin istifadəsi haqda sübutedici sənədlər də əlavə edilməklə avans hesabatları. Baş kitab, müəssisə-nin balansı, 244 saylı "Təhtəlhesab məbləğlər" hesabı (71 "Təhtəlhesab şəxslərlə hesablaşmalar") üzrə analitik və sintetik uçot məlumatları aid edilir.
Auditor uçotun bu sahəsinin kim tərəfindən aparılmasını (yaşı, təhsili, mühasiblik stajı), avans hesabatlarının nömrələnməsi sistemini, bütün rekvizitlərin doldurulmasını, hesabatların işlənməsi texnologiyasını, mühasib tərəfindən hansı normativ bazadan istifadə olunmasını, onun kimə tabe olması və yerinə yetirdiyi işlərin kim tərəfindən yoxlanılmasını, maddi məsuliyyət haqqında müqavilənin, işçilərin siyahısı ilə birlikdə əmrin mövcudluğunu, təhtəlhesab məbləğinin hədd həcminin, hesabatın müddətinin göstərilməsini yoxlayır.
Təhtəlhesab şəxslərlə hesablaşmalar bir qayda olaraq başdan başa üsulu ilə yoxlanılır. Təhtəlhesab şəxslərin avans hesabatlarını yoxlayarkən auditor aşağıdakı məsələlərə diqqət verməlidir:

  • işçilərin ezamiyyəyə göndərilməsi haqqında əmrinolması;

  • ezamiyyə xərclərinin (gündəlik, mənzil, gediş haqqı) ödənilməsinin düzgünlüyü;

  • tapşırığa əsasən təyinat yerinə çatması və qayıtması haqqında qeydiyyatı əks etdirən ezamiyyə sənədinin olması;

  • avans hesabatlarının vaxtında və düzgün tərtibolunması;

  • təsərrüfat ehtiyaclarına xərclərin ödənilməsinin düzgünlüyü;

  • təsdiqedici sənədlərin mövcudluğu;

  • təhtəlhesab məbləğ qalıqlarının kassaya vaxtında və tam qaytarılması;

  • nümayəndəlik xərclərinin ödənilməsinindüzgünlüyü;

  • təhtəlhesab şəxslərlə əməliyyatlar üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;

  • hər bir təhtəlhesab şəxs üzrə ayın sonuna qalıqların çıxarılmasınındüzgünlüyü;

  • avans hesabatlarında yazılışların dövriyyə cədvəllərində və baş kitabda yazılışlara uyğunluğu;

Təsərrüfat və əməliyyat ehtiyacları üçün verilən təhtəlhesab məbləğlərin qanunauyğunluğunu yoxlayarkən nağd qaydada təhtəlhesab məbləğin verilməsinə icazəsi olan işçilərin siyahısının və həmin siyahının müəssisə rəhbərinin əmr və ya sərəncamı ilə təsdiq olunmasına diqqət verilməlidir. Sonra, verilmiş təhtəlhesab məbləğin avans üzrə limitdən artıq olub-olmaması müəyyən edilir. Ezamiyyə xərcləri üzrə avansın məbləği təyinata uyğun olmalıdır. Təhtəlhesab məbləğlərin verilməsinin mövcud qaydalarını yoxlayarkən təhtəlhesab şəxsin əvvəl aldığı məbləğ üzrə borcunun qalıb qalmadığı müəyyən edilməlidir. Təsərrüfat və əməliyyat ehtiyaclarına təhtəlhesab məbləğlərin istifadə olunmasının qanunauyğunluğu və avans hesabatlarının və yükləmə-boşaltma işlərinin və digər xidmətlərin, eləcə də əmtəə material qiymətlilərinin ƏMQ anbara faktiki daxil olmasını təsdiqləyən sənədlər əlavə edilməklə material qiymətlilərin dəyərinin nağd pulla ödənilməsini əks etdirən sənədlərin üzləşdirilməsi yolu ilə yoxlanılır. Bunun üçün hesabları, material qiymətlilərin mədaxil qaiməsi ilə birlikdə əmtəə çeklərini, anbar uçotu kitabı ilə məhsul və material hərəkəti haqqında hesabatla üzləşdirmək lazımdır. Yükləmə-boşaltma işlərinin ödənilməsini yoxlayan zaman əmək haqqının hesablanmasının və gəlir vergisinin tutulmasının düzgünlüyü müəyyən edilir.Ödəmə cədvəlində pulu alanların ünvanlarının,şəxsiyyət vəsiqəsinin nömrəsinin, verilmə yerinin, qeydiyyatın olmasına xüsusi diqqət veriməlidir.
Yoxlamanın mühüm mərhələlərindən biri istifadə olunmamış təhtəlhesab məbləğlərin vaxtında geri qaytarılmasının müəyyən edilməsidir. Xərclənməmiş və vaxtında geri qaytarılmamış məbləğ onun ödənilməsi vaxtından sonrakı aydan gec olmayaraq şərtsiz qaydada hesablaşma-ödəmə cədvəli üzrə tutulmalıdır.
Ezamiyyə olunan şəxsin avans hesabatının yoxlanmasına xüsusi diqqət verilməlidir. Ezamiyyə xərcləri üzrə xərclənmiş məbləğlərin qaimə xərcləri smetasına uyğunluğu, ezamiyyəyə göndərilmə haqqında əmrin və ezamiyyə vərəqinin mövcudluğu yoxlanılır. Ezamiyyə vərəqində təyinat yerinə gəlmə və getmə haqqında qeydiyyatın olmasına bütün rekvizitlərin doldurulmasına fikir verilməlidir. Bu zaman avans hesabatına ezamiyyətdə olmasını təsdiq edən yol biletləri, mənzil və digər xərcləri əks etdirən qəbzlər »lavə edilir. Gündəlik xərclərin, mənzil və yol xərclərinin düzgünlüyü ayrıca yoxlanılır.Mövcud qanunvericiliyə görə işçi ezämiyyətdən qayıtdıqdan sonrakı üç gün ərzində hesabat verməlidir. Bunun üçün işçinin tərtib etdiyi və müəssisə rəhbərinin təsdiq etdiyi avans hesabatı nəzərdə tutulmuşdur. Təhtəlhesab şəxs alınmış təhtəlhesab məbləğ üzrə aşağıdakı rekvizitlər doldurulmaqla avans hesabatı tərtib edir: təşkilatın adı, struktur bölmə, vəzifəsi (peşəsi), hesabatın nömrəsi, tarix, təhtəlhesabm təyinatı (ezamiyyə, təsərrüfat xərcləri, əmtəə-material dəyərlərin alınması), kassadan (bankdan) alınıb, cəmi xərclənib, əlavə edilmiş sənədlər. O biri üzündə bütün təsdiqedici sənədlərin siyahısı (sıra nömrəsi, adı, məbləği) və təhtəlhesab şəxsin imzası olur. Qalan rekvizitlər mühasibat tərəfindən hesablanır və doldurulur (məbləğ, tarix, baş mühasibin imzası), müəssisə rəhbəri tərəfindən təsdiq edilir (məbləğ, tarix, imza), məbləğlər üzrə mühasibat yazılışı və hesabat üzrə ümumi məbləğ).
Ezamiyyə xərcləri üzrə xərclənmiş məbləğlərin qaimə xərcləri smetasına uyğunluğu, ezamiyyəyə göndərilmə haqqında əmrin və ezamiyyə vərəqinin mövcudluğu yoxlanılır. Həmin hesabata ezamiyyəyə getmə, təyinat yerinə çatma, oradan qayıtma və iş yerinə qayıtma vaxtı haqqında qeydiyyat aparılan ezamiyyə vərəqi, mənzil tutulması və faktiki yol xərcləri haqqında sənədlər əlavə edilir. Ezamiyyə xərcləri üzrə artıq ödəmə və ya tam ödəməmə halları auditor hesabatında əks etdirilir. Əgər ezamiyyə xərcləri üzrə təhtəlhesab şəxslərlə hesablaşmalarda çoxsaylı pozuntu faktları müəyyən olunarsa, onlar ayrı cədvəldə qeyd olunur.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin