Ədəbiyyat siyahısı “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).
Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007
Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007
Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414
Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414
“Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.
“Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986
Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007
Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.
Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.
Namazova C.B. Audit. Bakı. CBS. 2012
MÖVZU 14. MАLIYYƏ NƏTICƏLƏRININ FORMALAŞMASI VƏ MƏNFƏƏTİN İSTİFADƏSİNİN АUDITI Plan: Maliyyə nəticələrinin auditinin məqsədi və nоrmativ hüquqi bazası
Mənfəətin formalaşmasının və istifadəsinin auditi.
Təşkilаtın nizamnamə kapitalının auditi
Kapital ehtiyatlarının yaradılmasının auditi
Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların auditi
1. Maliyyə nəticələrinin auditinin məqsədi və nоrmativ hüquqi bazası Bazar münasibətlərinin inkişafı müəssisənin və dövlətin iqtisadi maraqlarının material əsası kimi mənfəətin rolunu artırmışdır. Ümumdövlət maraqları vergi ödəmələrinin tutulmasına, müəssisənin iqtisadi maraqları istehsal və sosial inkişafın əsas mənbələri kimi onun sərəncamında qalan mənfəətə əsaslanır. Maliyyə nəticələrinin auditi prosesində auditor gəlir və xərclərin tanınması meyarları, qiymətləndirmə metodları, mənfəət və zərər haqqında hesabatda minimum əks etdirilməli olan informasiyalar və onların mahiyyəti haqqında göstərişləri özünda ehtiva edən
MHBS 15 “.Müştərilərlə müqavilə üzrə gəlirlər”, MUBS 12 “Mənfəət vergisi” standartlarına, AR Vergi Məcəlləsinə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” haqqında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2017-ci il tarixli qərarına, “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanununa ( 2018), AR MN tərəfindən 30 yannvar 2017-ci ildə təsdiq edilmiş “Mühasibat uçotu subyektləri üçün Hesablar planı”na istinad etməlidir.
“.Müştərilərlə müqavilə üzrə gəlirlər” adlı MHBS 15-ə əsasən hər bir təsərrüfat subyekti dövr ərzində tanınmış bütün gəlir və xərclərini “Mənfəət və zərər və digər məcmu gəlirlər haqqında” maliyyə hesabatında təqdim etməlidir. Bu məqsədlə müəssisə həmin hesabatda tanınan xərclərin funksiyаsınа və ya хаrаktеrinə görə təsnifаtındаn istifаdə еdərək, onların etibarlı və daha əhəmiyyətli olan təhlilini verməlidir.
Maliyyə nəticələrinin auditinin məqsədi maliyyə nəticələri haqqında hesabatda maliyyə nəticələrini və mənfəətdən istifadəni səciyyələndirən göstəricilərin bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması haqqında fikir bildirməkdir. Maliyyə nəticələrinin auditinin əsas vəzifələri:
əsas fəaliyyət növlərindən gəlirlərin və xərclərin yaranması və əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
digər fəaliyyət növlərindən gəlirlərin və xərclərin yaranması və əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
məhsul (iş, xidmət) satışından mənfəətin hesablanmasının düzgünlüyünün və qanuniliyinin yoxlanması;
digər satışın və satışdankənar əməliyyatların nəticələrinin hesablanmasının və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanması;
bölüşdürülməmiş mənfəətin formalaşmasının düzgünlüyünün və istifadəsinin yoxlanması;
kapital ehtiyatlarının yaradılmasının qanuniliyinin və asaslı olmasının yoxlanması;
maliyyə nəticələri hesabları üzrə analitik və sintetik uçotun aparılmasının düzgünlüyünün və onların məlumatlarının uyğunluğunun yoxlanması.
müəssisə tərəfindən maliyyə nəticələri üzrə mühasibat əməliyyatlarının mühasibat uçotu sahəsində qanunvericili-yə uyğun əks etdirilməsinin yoxlanması;
maliyyə hesabatının maliyyə nəticələrinin sintetik və analitik uçot məlumatlarına uyqunluğunun qiymətləndirilməsi;
Maliyyə nəticələrinin auditinin əsas informasiya mənbələrinə Baş kitabda, mühаsibаt balansında, mənfəət və zərər haqqında hesabatda əks etdirilmiş məlumаtlаr, ilkin mühasibаt sənədləri və uçot registrlərindəki yazılışlar, müəssisənin təsis sənədləri, əmrlər, göstərişlər və müxtəlif ilkin sənədlər, hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti haqqında bank çıxarışları, yüklənmiş mallara ödəmə tələbnamələri və ödəmə tapşırıqları və s. aid edilir.