Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Təşkilаtın nizamnamə kapitalının auditi



Yüklə 465,1 Kb.
səhifə79/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   74   75   76   77   78   79   80   81   82
Audit yeni

Təşkilаtın nizamnamə kapitalının auditi

Müəssisənin nizamnamə kapitalı təsis sənədlərində müəyyən edilmiş qaydada pul vəsaitləri, əmlak, qeyri maddi və digər aktivlər formasında təsisçilərin üzvlük haqqı formasında yaradılır. Nizamnamə kapitalı təşkilаtın yarandıüı və müvafiq orqanlаrdа qeydiyyatdan keçdiyi zaman onun mülkiyyətçiləri tərəfindən qoyulan vəsait məbləğini əks etdirir.Nizamnamə kapitalının həcmi və yaradılması qaydası müəssisənin təsis sənədləri ilə müəyyən olunur. Auditor müəssisənin dövlət qeydiyyatından keçmə vaxtını yoxlayır (təsis sənədlərini və dövlət qeydiyyatı haqda şəhadətnaməni öyrənməklə). Dövlət qeydiyyatından sonra iştirakçıların pay məbləğləri 301 sаylı " Nizаmnаmə (nоminаl) kаpitаl" hesabının krediti üzrə əks etdirilir.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına payların köçürülməsinin tamlığına nəzarət onların təsis sənədlərində göstərilmiş və 302 sаylı "Nizamnamə (nоminаl) kаpitаlın ödənilməmiş hissəsi" hesabı üzrə borc məbləği nəzərə alınmaqla 301 "Nоminаl (nizаmnаmə) kаpitаl" hesabında əks etdirilmiş məbləğlə üzləşdirilməsi vasitəsi ilə həyata keçirilir. Əgər ilkin elan edilmiş nizamnamə kapitalında dəyişikliklər edilərsə həmin dəyişikliklər təsis sənədlərində öz əksini tapmalıdır.
Sonra auditor nizamnаmə kapitalına köçürülmüş əmlakın qiymətləndirilməsinin düzgünlüyünü yoxlayır. Bunun üçün o, ilkin sənədlər və əmlakın uçotu hesabları və 302 saylı "Nizamnamə (nоminаl) kаpitаlın ödənilməmiş hissəsi", 534 sаylı "Gəlirlərin ödənilməsi üzrə təsisçilərə kreditоr bоrclаrı" hesabının krediti üzrə yazılışlar əsasında nizamnamə kapitalına pay vəsaitlərinin tam və vaxtında daxil olmasını yoxlayır.
Auditor bilməlidir ki, nizamnamə kapitalı arta və ya azala bilər. Təşkilatın fəaliyyəti prosesində onun nizamnamə kapitalının artırılmasının və ya azaldılmasının vacbliyi meydana çıxır. Nizamnamə kapitalının istənilən dəyişikliyi nizamnamə kapitalının yeni həcminin dövlət orqanlarında qeydiyyatından sonra təşkilatın təsisçilərinin qərarı ilə həyata keçirilir. Təşkilatın mühasibatlığı nizamnamə kapitalının dəyişilməsi ilə əlaqədar olan əməliyyatları, təsisçilərin müvafiq qərarını dövlət orqanlarında qeydiyyatı təsdiq olunmadan əks etdirə bilməz.
Nizamnamə kapitalının artması bölüşdürülməmiş mənfəət, xüsusi fondların qalığı hesabına, səhmdar cəmiyyətlərində isə bundan başqa - hələ həmçinin yeni səhmlərin buraxılması, köhnə səhmlərin nominalının artırılması hesabına həyata keçirilə bilər. Nizamnamə kapitalının azalması dövriyyədə olan səhmlərin miqdarının azaldığı və ya səhmlərin nominal dəyərinin azaldığı halda baş verə bilər. Əgər belə qərar qəbul edilərsə, onda təşkilat təsis sənədlərinə müvafiq dəyişiklik aparır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının səhmləri saxlayanlara onların dəyərinin geri qaytarılması yolu ilə azalması 301 saylı hesabının debeti və 302 saylı hesabının krediti üzrə əks etdirilir. Belə mühasibat yazılışı ilə səhmdarların və iştirakçıların xeyrinə kreditor borcları yaranır.
Əgər müəssisədə belə hal olmuşdursa, (Baş kitabla və ya müəssisə balansı üzrə yoxlanılır) auditor həmin dəyişikliyin əsaslı olmasını yoxlamalıdır. Nizamnamə kapitalının artımı ötən illərin bölüşdürülməmiş mənfəətinin, yıüım fondunun, xalis mənfəətin nizamnamə kapitalına birləşdirilməsi, eləcə də səhmin nominal dəyərinin artması və ya iştirakçıların əlavə üzvlük haqqı hesabına, azalması isə səhmin nominal dəyərinin azalması, təsisçilərin nizamnamə fondundan paylarını götürməsi nəticəsində baş verir. Bütün dəyişikliklər dövlət orqanlarında qeydiyyatı təsdiqlənməklə təsisçilərin yıüıncaüının qərarı əsasında mühasibat uçotunda əks etdirilməlidir.
Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda cəmiyyətin səhmlərini satın almaq üçün istifadə edilir. Digər təşkilatlarda ehtiyat kapitalının istifadə edilməsi istiqamətləri onların nizamnaməsi ilə müəyyən edilir. Ehtiyat kapitalının ölçüsü səhmdar cəmiyyətində təşkilatın nizamnaməsi ilə müəyyən edilir. Qanunvericilikdə ehtiyat kapitalının yaradılması nəzərdə tutulmayan təşkilatlarda, o, xalis mənfəətin hesabına yaradıla bilər.
Şübhəli borcların ehtiyatı hesabat ilinin axırında yaradılır. Bu məqsədlə debitor borclarının inventarlaşması aparılır. Debitorla hesablaşmaların inventarlaşması gedişində konkret təşkilatlarla və ayrı- ayrı şəxslərlə məlumatların qarşılıqlı üzləşdirilməsi həyata keçirilir. Debitorlarla hesablaşmalar üzrə şübhəli borcun müəyyən edildiyi məbləğ, hesabat ili başa çatdıqda balans mənfəətinin azaldılması hesabına ehtiyatlandırılır. Əgər şübhəli borclar üzrə ehtiyat yaradıldığı ildən sonrakı ilin axırına qədər bu ehtiyat istifadə edilməzsə, onda sərf edilməmiş məbləğlər müvafiq ilin mənfəətinə birləşdirilir. Yaradılmış ehtiyatın uçotu 218 saylı «Şübhəli borclar üzrə düzəlişlər» adlı passiv hesabda aparılır.


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin