Tənzimləyici tip. İqtisadiyyatın inkişafı XIX əsrdə maliyyə siyasətinin dəyişməsi zərurətini yaratmışdır. Bu dövrdə sənayecə inkişaf etmiş ölkələrdə tənzimlənən maliyyə siyasətinə keçid başlanır. Bu siyasətin əsasını ingilis iqtisadçısı C.M.Keyns (1883-1946) və onun davamçılarının iqtisadi nəzəriyyəsi təşkil edirdi. Bu nəzəriyyə tərəfdarları iqtisadiyyatın inkişafına nail olunmasına və onun tənzimlənməsinə dövlətin müdaxiləsinin və rolunun zəruriliyini qeyd edirdilər. İqtisadiyyata müdaxilənin əsas vasitəsi dövlət xərclərdir ki, onun hesabına əlavə tələb yaranır. Dövlət xərcləri sahibkarlıq fəaliyyətinin inkişafını, milli gəlirin inkişafını təmin edir və işsizliyin aradan qaldırılmasına kömək edir. Keynsiçik 1930-1960-cı illərdə əksər ökələrdə sabit iqtisadi inkişafı, yüksək məşğulluq səviyyəsini, sosial ehtiyacların maliyyələşdirilməsi sisteminin səmərəliliyini təmin etmişdir.