Mövzu maliYYƏ Sİstemi VƏ maliYYƏ SİyasəTİ plan


Plan-direktiv maliyyə siyasəti



Yüklə 34,12 Kb.
səhifə11/11
tarix08.01.2022
ölçüsü34,12 Kb.
#51097
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyyə və investisiya 2

Plan-direktiv maliyyə siyasəti idarəetmənin inzibati amirlik sistemini istifadə edən ölkələrdə tətbiq edilirdi. Dövlət mülkiyyətinə əsaslanan planlı idarəetmə sistemi iqtisadiyyatın bütün sferasına və sosial həyata birbaşa rəhbərliyi həyata keçirməyə imkan verir. Bu şəraitdə maliyyə siyasətinin əsas məqsədi maliyyə resurslarının dövlətin əlində maksimum toplanmasını təmin etmək olmuşdur. Təbii ki, dövlət maliyyə planına müvafiq olaraq bu vəsaitin yenidən bölgüsü aparılır.

Belə maliyyə siyasəti demək olar ki, bütün sosialist ölkələrində tətbiq edilirdi. Bu da dövlətin fövqəladə xərclərinin maliyyələşdirilməsinin tələb edildiyi illərdə öz səmərəsini vermişdir.



Təsir obyektlərindən asılı olaraq dövlət və bələdiyyə, təsərrüfatçılıq sferasında maliyyə siyasəti fərqləndirilir. Müxtəlif meyarları nəzərə alaraq aşağıdakı qaydada təsnifləşdirmə aparmaq olar:

  • ərazi əlamətinə görə: dövlət, regional və yerli maliyyə siyasəti;

  • məqsədli istiqamətləndirmə üzrə: stimullaşdırıcı və ləngidici;

  • maliyyə tənzimlənməsi obyektinin qarşılıqlı əlaqəsinə görə: iqtisadiyyatı tənzimləyən dövlət maliyyə siyasəti və sosial maliyyə siyasəti;

  • maliyyə bazarının strukturuna görə: pul-valyuta, kredit, sığorta və fond siyasəti;

  • maliyyə sistemi həlqələrinə görə: büdcə və büdcədənkənar maliyyə siyasəti, dövlət borclanması və dövlət maliyyə ehtiyatlarının idarə edilməsi siyasəti;

  • ölkənin gömrük sərhədləri vasitəsilə tənzimlənməsi xarakterinə görə: proteksionist və preferesional siyasət;

  • investisiya siyasəti.

Dövlət maliyyə siyasəti hər bir ölkənin iqtisadi və sosial inkişafında mühüm rola malikdir. Çünki o, həm makrosəviyyədə və həm də mikrosəviyyədə həyatə keçirilən bütün iqtisadi fəaliyyəti əhatə edir. Dəvlət maliyyə siyasəti regional və yerli maliyyə siyasətinin formalaşmasında baza rolunda çıxış edir.

Bu və ya digər tip maliyyə siyasətinin tətbiqi iqtisadiyyatın və sosial sferanın inkişafının mövcud mərhələsinin xüsusiyyətləri ilə, hakim partiyanın və sosial qrupların maraqları ilə müəyyən edilir.
Yüklə 34,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin