Mövzu maliYYƏ Sİstemi VƏ maliYYƏ SİyasəTİ plan


DÖVLƏT MALIYYƏ SISTEMI ORQANLARI VƏ ONLARIN VƏZIFƏLƏRI



Yüklə 34,12 Kb.
səhifə4/11
tarix08.01.2022
ölçüsü34,12 Kb.
#51097
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyyə və investisiya 2

2.2.DÖVLƏT MALIYYƏ SISTEMI ORQANLARI VƏ ONLARIN VƏZIFƏLƏRI

İnstitusional maliyyə sistemi dedikdə ölkənin maliyyə institutlarının məcmusu başa düşülür. Bu sistemə müəssisələrin maliyyə xidməti, vergi xidməti, sığorta təşkilatları, büdcədənkənar fondlar, xüsusi pensiya fondları, eləcə də maliyyə sfe­ra­sında müəyyən funksiyalar həyata keçirən qanunverici və icra hakimiyyəti orqanları aiddir: ölkə prezidenti, qanunvericilik hakimiyyəti orqanları, icra hakimiyyəti orqanları, dövlət maliyyə nəzarəti orqanları.

Maliyyənin dövlət idarəedilməsində Konstitusiyaya əsasən verilmiş səlahiy­yət­lər daxilində, ölkə prezidenti sosial-iqtisadi inkişaf konsepsiyasının formalaş­dı­rılmasında fəal iştirak edir. Maliyyənin taktiki və strateji idarəedilməsində iştirak edən vəzifəli şəxsləri təyin edir.

Ölkəmizdə qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Onun səlahiyyətlərinə Dövlət büdcəsinin müzakirəsi və təsdiqi, dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi və təsdiqi və icraya nəzarət aiddir. Ölkəmizdə yuxarı icra hakimiyyəti AR Nazirlər Kabinetidir. Onun səlahiyyətlərinə dövlət büdcəsinin layihəsini hazırlayıb təqdim etmək, icrasını təmin etmək, maliyyə-kredit və pul siyasətinin, sosial-iqtisadi proqramların həyata keçirilməsini təmin edir, dövlət borclarını idarə edir.

Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin məqsədəuyğun istifadəsinə maliyyə nəzarəti orqanları nəzarət edir.

2016-cı ilə qədər dövlət büdcəsinin idarə edilməsi, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin məqsədəuygun istifadəsinə maliyyə nəzarətini AR Prezidentinin 9 fevral 2009-cu il 48 saylı Fərmanına əsasən aşağıda qeyd edilən orqanlar tərəfindən aparılmışdir.

AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, AR Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə edilməsi Agentliyi, AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti.

Lakin ölkə prezidentinin 03.02.2016-cı il 760 saylı Fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır. AR MBNP-nın Nizamnaməsi qüvvəyə mindiyi gündən AR Qiymətli Kagızlar üzrə Dövlət Komitəsi, AR MN-nin Dövlət Sıgorta Nəzarəti xidməti və AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləgv edilmiş və onların istifadəsində olan dövlət əmlakı AR MBNP-na verilmişdir.

MBNP kapital bazarında vahid siyasətin formalaşdırılması və həyata keçirilməsində iştirak edir və qiymətli kagızlar bazarının iştirakçıları və imfrastrukturu üzrə davamlı və hərtərəfli nəzarəti təmin edir.

Palata sığortalı, sığortaçı və və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyasını həyata keçirir.

Palata bank və bank olmayan kredit təşkilatları, kredit ittifaqları, o cümlədən poçt, rabitə xidmətlərinin tənzimlənləsi, lisenziyalaşdırılması və nəzarəti həyata keçirir.

Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçulugun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sistemini təmin edir.

Palata aşağıdakı vəzifələri həyata keçirir:

1.Dövlət büdcəsinin layihəsinin hazırlanmasında iştirak edir və onun kassa icrasını təmin edir;

2.Dövlət büdcəsinin bütün daxilolmaları ilə bağlı əməliyyatları həyata keçirir;

3.Dövlət büdcəsinin kəsirinin bağlanması ilə bağlı əməliyyatları həyata keçirir;

4.Dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirir;

Maliyyə resurslarından səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirir;

5.Ehtiyat fondlarından vəsaitlərin müəyyən edilmiş təyinatlar üzrə yönəldilməsi;

6.Maliyyə vəsaitlərin istifadə dilməsində şəffaflığı təmin edir;

7.Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlayır və s.

8.Dövlət borclarının, dövlət zəmanətlərinin və xarici dövlətlərin ölkəmizə olan borclarının qeydiyyatını aparir, dövlət qiymərli kağızların emissiyasını həyata keçirir.

9.Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir.

10.Sığorta fəaliyyəti sahəsində dövlət tənzimlənməsi və nəzarəti həyata keçirmişdir.



Yüklə 34,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin