Mövzu maliYYƏ Sİstemi VƏ maliYYƏ SİyasəTİ plan



Yüklə 34,12 Kb.
səhifə7/11
tarix08.01.2022
ölçüsü34,12 Kb.
#51097
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyyə və investisiya 2

Mаliyyə tаktikаsı cəmiyyətin inkişаfının kоnkrеt mərhələsində qаrşıyа çıхаn məsələlərin mаliyyə əlаqələrinin təşkili qаydаlаrının dəyişdirilməsi, mаliyyə rеsurslаrının yеnidən qruplаşdırılmаsı yоlu ilə həll еdilməsi məqsədi dаşıyır. Maliyyə taktikası maliyyə strategiyasını konkretləşdirir, ölkənin və təsərrüfat subyektlərinin inkişafının müəyyən mərhələsində maliyyə siyasətinin reallaşdırılması üzrə konkret tədbirləri müəyyən edir. Maliyyə taktikası bir qayda olaraq qısamüddətli dövr üçün hesablanır. Maliyyə taktikası tədbirlərinin tərkıbı müxtəlıfdir, dövlətin və təsərrüfat subyektlərinin maliyyə strategiyasınin müxtəlifliyindən asılıdır. Mаliyyə strаtеgiyаsının nisbi sаbitliyi şərаitində mаliyyə tаktikаsı çеvik оlmаlıdır.

Mаliyyə siyаsətinin strаtеgiyаsı və tаktikаsı qаrşılıqlı əlаqədədir. Strаtеgiyа tаktiki vəzifələrin yеrinə yеtirilməsi üçün əlvеrişli şərаit yаrаdır. Düzgün mаliyyə tаiktiаsı mаliyyə əlаqələrinin təşkili fоrmаlаrını vахtındа və qısа müddətə dəyişməklə аz məsrəflə mаliyyə strаtеgiyаsınıın qаrşıyа qоyduğu məqsədlərə nаil оlunmаsınа imkаn yаrаdır. Elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyası və taktikası maliyyə konsepsiyasının əsas məzmununu təşkil edir.

Maliyyə siyasətinin formalaşması zamanı bir sıra konkret vəzifələrin yerinə yetirilməsi əsas problem kimi qarşıya qoyulmalıdır:

1)Maliyyə siyasətinin təşkili zamanı müəyyən məkan və zaman daxilində hər bir ölkənin spesifik xüsusiyyətləri, yəni regional, demoqrafik, milli, psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Buna görə də respublikamızın bazar iqtisadiyyatına keçdiyi bir dövrdə maliyyə siyasəti elə qurulmalıdır ki, bu, xalqın həyat səviyyəsinin yüksəldilməsinə səbəb olsun.

2)Maliyyə ehtiyatlarının səmərəli istifadə istiqamətlərinin müəyyən edilməsi.

3)Maliyyə münasibətlərinin təşkilinin konkret metod və üsullarının müəyyənləşdirilməsi. Bu vəzifəyə vergilərin və digər maliyyə tənzimləyicilərinin təşkili qaydaları, dövlət maliyyə orqanlarının işinin təşkili metodları və s. aiddir. Bu sahədə xarici ölkələrin təcrübələrinin öyrənilməsi vacib amildir.

Maliyyə siyasətinin formalaşması prinsipləri aşağıdakılardır:


  1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. Bu konsepsiya iqtisadiyyatın mövcud vəziyyəti, gələcək üçün sabitliyi, istehsal münasibətlərinin inkişafı, iqtisadiyyatın və əhalinin maliyyə resurslarına olan tələbatının təhlili əsasında aparılır.

  2. Maliyyə siyasətinin həyata keçirilməsində və idarə edilməsində demokratik prinsiplərə əməl olunması;

  3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Burada məqsəd vəsaitlərdən daha səmərəli istifafə edilməsindən ibarətdir. Buna isə resursların priotet sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Daha az məsrəflə yüksək nəticəyə nail olmaq həm dövlətin və həm də ayrı-ayrı təsərrüfat subyektlərinin əsas vəzifəsidir.

  4. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında cəmləşdirilməsi. Bu vəsaitlərin formalaşması məhkəmə, icra hakimiyyəti, ordu, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi məqsədi daşıyır. Ümumdövlət maliyyə fondlarından istifadə edərkən həm dövlətin, həm də ayrı-ayrı iqtisadi rayonların və regionların sosial iqtisadi inkişaf mənafeyi nəzərə alınmalıdır.

  5. Ümumdövlət maliyyəsi ilə təsərrüfat subyektlərinin maliyyəsinin qarşılıqlı əlaqəsi təmin edilməlidir.

  6. Maliyyə sisteminin bütün həlqələrinin və xüsusilə büdcənin gəlirləri və xərclərinin tarazlaşdırılması təmin edilməlidir.

  7. Ölkənin maliyyə vəziyyəti və maliyyə resursları üzərində dövlət nəzarəti təmin edilməlidir.

  8. Fövqəladə və təxirəsalınmaz xərcləri ödəmək üçün dövlətin maliyyə ehtiyatları yaradılmalıdır.

  9. İqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bünün üçün səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir.

  10. Ümumdövlət vəzifələrinin vaxtında maliyyələşdirilməsi üçün dövlətin əlində zəruri miqdarda maliyyə resursları cəmlənməlidir.

  11. Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə eiməklə maliyyə münasibətlərinin tənzimlənməsi. Fiskal siyasət-dövlətin vergilər və dövlət xərcləri sahəsində həyata keçirdiyi siyasət olub, dövlət xəzinəsinin vəsaitlə təmin edilməsinə yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir.



Yüklə 34,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin