Mövzu marketinq sistemiNDƏ QİYMƏtqoyma siyasəTİ Plan



Yüklə 420 Kb.
səhifə10/12
tarix13.12.2022
ölçüsü420 Kb.
#74258
1   ...   4   5   6   7   8   9   10   11   12
M vzu-9 (1)

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə alıjının göstərdiyi limanının körpüsündə gəminin göyərtəsi boyunja düzüldüyü andan onun məhv olması və ya zədələnməsi riski satıjıdan alıjıya keçir.
Franko-göyərtədə (göstərilmiş yüklənmə limanı) məhsulgöndərmə şərti (FOB - Free On Board ....named port of shipment).
Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul göstərilmiş yüklənmə limanın­da gəmiyə yükləndiyi andan göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinin tərkibinə aşağı­da­kılar aiddir:

Risklərin keçməsi. Məhsulun təsadüfi məhv olması və ya zədələnməsi riski razılaş­dırıl­mış tarixdə və ya müddətdə göstərilmiş yüklənmə limanında gəminin göyərtəsinə keçdiyi andan satıjıdan alıjıya keçir.
Dəyər və fraxt (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (CFR - Cost And Freigh ....named port of destination).
Məhsulun göndərilmiş hesab edilməsi. İxraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsul göndərmə limanında gəminin tutajağından göyər­tə­sinə keçdiyi andan göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymə­tinə aşağıdakı xərj elementləri daxildir:

  • məhsulun dəyəri;

  • məhsulun təyinat limanına çatdırılması ilə əlaqədar olan nəqliyyat xərjləri;

  • məhsulun təyinat limanında boşaldılması xərjləri (daşıma müqaviləsində təyi­nat limanında məhsulun boşaldılması nəzərdə tutulmadığı halda boşaltma xərjləri məhsulun qiymətinə daxil edilmir);

  • ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə göndəriş limanında gəminin tutajağından göyərtəsinə keçdiyi andan satıjıdan alıjıya keçir.
Dəyər, sığorta və fraxt (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (CIF - Cost, Insurance and Freight .... named port of destination).
Məhsulun göndərilmiş hesab edilməsi. İxraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsulgöndərmə limanında gəminin göyərtəsində alıjıya və onun təyin etdiyi şəxsə təhvil verildikdə göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiyməti­nin tərkibinə aşağıdakı elementlər daxil edilir:

  • məhsulun dəyəri;

  • məhsulun təyinat limanına çatdırılması ilə əlaqədar olan nəqiliyyat xərjləri;

  • məhsulun təyinat limanında boşaldılması xərjləri (daşıma müqaviləsində təyi­nat limanında məhsulun boşaldılması nəzərdə tutulmadığı halda boşaltma xərjləri məhsulun qiymətinə daxil edilmir);

  • ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri;

  • məhsulun sığorta etdirilməsinə görə ödənilən sığorta xərjlərinin (mükafa­tı­nın) məbləği;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərjləri.


Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin