9.5. Məhsulgöndərmənin bazis şərtləri və qiymət Məhsulun qiymətinə təsir edən ən mühüm amillərdən biri də məhsulgöndərmələrin bazis şərtləridir. Belə ki, məhsulgöndərmənin müxtəlif bazis şərtlərində kontrakt qiymətinin tərkibinə daşıma və boşaltma xərjləri də daxil edilir. Beynəlxalq tijarətdə müəyyən anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə Beynəlxalq Tijarət Palatası məhsulgöndərmənin bazis şərtlərini izah edən «Tijarət Terminlərinin Təfsirinin Beynəlxalq Qaydalarını - İnkoterms-2000» hazırlamışdır. İnkotermsə görə məhsulgöndərmənin bazis şərtləri məhsulun istehsalçıdan (satıjıdan) istehlakçıya (alıjıya) çatdırılması prosesində onların öhdəliklərini və bu proses zamanı məhsulun xarab olması və ya məhv olması riskinin satıjıdan alıjıya keçməsi anını, həmçinin daşıma və yükləmə-boşaltma xərjlərinin hansı hissəsinin məhsulun qiymətinə daxil olmasını müəyyənləşdirir.
Məhsulgöndərmənin bazis şərtlərindən hansının tətbiq ediləjəyindən asılı olmayaraq istehsalçı və ya satıjı aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:
məhsulgöndərmə müqaviləsinə (kontraktına) uyğun olaraq məhsulun göndərilməsini;
məhsulun göndərilmə üçün hazır olduğu və ya göndərildiyi haqda vaxtında alıjıya məlumat verməyi;
məhsulun yoxlanması, markalaşdırılması və sertifikatın alınması ilə əlaqədar olan xərjlərin ödənilməsini;
məhsulların qablaşdırılmamış halda göndərilməsini nəzərdə tutan bazis şərtləri istisna olmaqla məhsulların adi qablaşdırılmasının təmin edilməsini;
alıjıya, istehlakçıya təmiz konosament və ya onu əvəz edən nəqliyyat sənədlərinin verilməsini;
franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixraj və gömrük rəsmiləşdirilməsilə əlaqədar olan xərjlərin, rüsumların və vergilərin ödənilməsini;
franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixraj lisenziyasının alınmasını;
alıjının xahişilə onun hesabına və riskinə məhsulun aparılması üçün zəruri olan sənədlərin alınmasında ona kömək göstərilməsini;
bağlanmış müqaviləyə uyğun olaraq göndərilmiş məhsulun dəyərinin ödənilməsi üzrə hesablaşma sənədlərinin və invoysun hazırlanması və alıjıya təqdim edilməsini;
kontraktda göstərilmiş tarixdə (və ya müddətdə) və göstərilmiş limanda (ərazidə, yerdə və ya məntəqədə) alıjıya təhvil verənə kimi məhsulun məhv olması və ya zədələnməsi ilə əlaqədar olan xərjlərin ödənilməsini.
Məhsulgöndərmənin bazis şərtlərindən hansının tətbiq ediləjəyindən asılı olmayaraq alıjı aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:
müqavilədə nəzərdə tutulmuş vaxtda və yerdə göndərilmiş məhsulu qəbul etməyi;
qəbul etdiyi məhsulun dəyərini müqavilədə nəzərdə tutulan vaxtda və formada ödəməyi;
məhsulun vaxtında qəbul edilməməsilə əlaqədar olan bütün xərjləri və jərimələri ödəməyi;
məhsulgöndərmənin bazis şərtinə uyğun olaraq məhsulun məhv olması və ya zədələnməsi riskinin öz üzərinə götürməsini;
«rüsum ödənilməklə çatdırılmışdır» şərtilə məhsulgöndərmə istisna olmaqla, məhsulun idxalı və gömrük rəsmiləşdirilməsi xərjlərinin, rüsumlarının və vergilərinin ödənilməsini;
İnkoterms-2000-də məhsulgöndərmələr 4 qrupa bölünür və onun 13 bazis şərtindən istifadə edilir. Bu qruplar və onlara daxil olan bazis şərtləri aşağıdakı jədvəldə verilmişdir (Jədvəl 9.1).
Franko-zavod (göstərilmiş yer) məhsulgöndərmə şərti (EXW - Ex Works). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul satıjı müəssisənin ərazisində və yaxud həmin ərazidə göstərilmiş başqa yerdə ixraj və gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən, həmçinin nəqliyyat vasitəsinə yüklənmədən alıjıya və ya onun təyin etdiyi şəxsə təhvil verildiyi andan göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymətinin tərkibinə məhsulun dəyərilə yanaşı onun göstərilmiş yerə çatdırılması ilə əlaqədar xərjlər (həmin yerdə boşaltma xərjləri də daxil olmaqla), həmçinin məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri daxildir.
Risklərin keçməsi anı. Məhsulun məhv olması və zədələnməsi riski və onunla əlaqədar olan xərjlər razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş yerdə alıjının və ya onun təyin etdiyi şəxsə verildiyi andan satıjıdan alıjıya keçir.
Franko-daşıyıjı (göstərilmiş yer) məhsul göndərmə şərti (FCA - Free Carrier .... named place). Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş yerdə nəqliyyat vasitəsindən boşaldılmadan alıjının təyin etdiyi şəxsə və ya onun nümayəndəsinə təhvil verildikdən sonra göndərilmiş hesab edilir.