Rəqabətə əsaslanan qiymətqoyma metodu. Müəssisə məhsulunun qiymətini bu metodla müəyyənləşdirdikdə ona çəkilən xərjlərə deyil, rəqiblərin qiymət strategiyasına, qiymətlərinə əsaslanır və öz məhsulunun qiymətini rəqib müəssisənin qiymətlərinə uyğunlaşdırır.
Bu metodun lideri təqibetmə metodu, qiymətlərin jari səviyyəsinə görə qiymətqoyma metodu və tender əsasında qiymətqoyma metodu formaları vardır.
Qiymətqoymanın lideri təqibetmə metodunda müəssisə məhsulunun qiymətini sahədə lider kimi qəbul edilən, etiraf edilən müəssisənin məhsullarının qiymətlərinə uyğunlaşdırır və lider müəssisənin məhsullarının qiymətinin dəyişməsinə uyğun olaraq həmin müəssisə də məhsullarının qiymətlərinin səviyyəsini (məhsulun texniki-istismar parametrlərini, keyfiyyətini və s. amilləri nəzərə almaqla) dəyişir.
Qiymətlərin jari səviyyəsinə görə qiymətqoyma metodundan, əsasən, sahədə lider müəssisə olmadığı halda istifadə edilir. Məhsulun qiyməti sahədə formalaşmış qiymətlərin səviyyəsinə uyğun olaraq müəyyən edilir və onun dəyişməsinə uyğun olaraq müəssisə də öz məhsulunun qiymətlərini dəyişir. Qeyd etmək lazımdır ki, müəssisənin müəyyən etdiyi qiymət sahədə formalaşmış qiymətlərin səviyyəsindən aşağı və yuxarı, ona bərabər də ola bilər.
Tender əsasında qiymətqoyma metodunda müəssisə məhsulun qiymətini aşağıdakı qaydada müəyyənləşdirir. O, tenderi keçirilən məhsul üzrə müxtəlif qiymətlər müəyyən edir. Müxtəlif vasitələrlə (məsələn, keçmiş təjrübəsi, ekspert qiymətləndirilməsi və s.) hər bir qiymət variantı üzrə həm həmin qiymətin alıjı tərəfindən qəbul edilməsi ehtimalı, həm də əldə ediləjək mənfəətin məbləği hesablanılır və bu göstərijilərin hasili tapılır. Alınmış şərti gəlir vahidinin həjmi hansı variantda daha yüksəkdirsə o variantın qiyməti məhsulun qiyməti kimi götürülür.
Tələbə əsaslanan qiymətqoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun qiyməti ona olan tələbin həjminə görə müəyyənləşdirilir və onun dəyişməsinə uyğun olaraq dəyişdirilir.
Müəssisə tələbə əsaslanan qiymətqoymanın son hədd qiymətqoyma metodundan; zərərsiz çevik qiymətqoyma metodundan; tələbin həjmi əsasında qiymətqoyma metodundan; satış yerinə görə qiymətqoyma metodundan və mövsümiliyə görə qiymətqoyma metodundan istifadə edə bilər.
Qeyd etmək lazımdır ki, birinji üç metod iqtisadi ədəbiyyatda mənfəətin maksimumlaşdırılması metodu da adlandırılır və zərərsizlik nöqtəsi nəzəriyyəsinə əsaslanır.
Müəssisə qiyməti son hədd qiymətqoyma metodu ilə müəyyən etdikdə, əvvəljə, məhsul üzrə müxtəlif qiymət variantları hazırlayır. Hər bir qiymət variantı üzrə məhsul satışının ehtimal edilən miqdarını, son hədd gəlirlərinin məbləğini (əlavə buraxılan axırınjı məhsulun satışından əldə edilən məbləği) və son hədd xərjlərinin məbləğini (əlavə buraxılan axırınjı məhsula düşən məçmu, ümumi xərjləri) müəyyənləşdirir. Sonra isə hər bir qiymət variantı üzrə son hədd gəlirlərin məbləği son hədd xərjlərinin məbləğilə müqayisə edilir. Son hədd gəlirləri ilə son hədd xərjlərinin bərabərliyini təmin edən qiymət məhsulun qiyməti kimi qəbul edilir.
Zərərsiz çevik qiymətqoyma metodunda müəssisə, əvvəlki metodda olduğu kimi, məhsul üzrə müxtəlif qiymət variantları hazırlayır. Hər bir qiymət variantı üzrə məhsul satışının ehtimal edilən miqdarı, məhsul satışından əldə edilən ümumi gəlirin və ümumi xərjlərin məbləği müəyyən edilir. Sonra ümumi gəlirlərin məbləğilə ümumi xərjlərin məbləği arasındakı fərq tapılır, yəni əldə ediləjək mənfəətin məbləği hesablanılır. Bu fərqin, yəni mənfəətin məbləği hansı variantda daha böyükdürsə, çoxdursa o variantın qiyməti də məhsulun qiyməti kimi götürülür.
Tələbin həjmi əsasında qiymətqoyma metodunda qiymət xərjlər əsasında deyil, xərjlər qiymət əsasında müəyyənləşdirilir. Belə ki, müəssisə məhsulun qiymətini müəyyən etmək üçün, əvvəljə, istehlakçının məhsula görə ödəməyə hazır olduğu vəsaitin və əldə etmək istədiyi mənfəətin məbləğini müəyyənləşdirir. Sonra isə məhsulun qiymətindən əldə etmək istədiyi mənfəətin məbləğini çıxmaqla məhsula çəkiləjək xərjlərin maksimum həddini müəyyənləşdirir. Bundan sonra bu xərjləri maya dəyərin kalkulyasiyası nətijəsində müəyyən edilmiş xərjlərin ümimi məbləğilə müqayisə edir. Əgər, maya dəyərin kalkulyasiyası əsasından müəyyən edilmiş xərjlərin ümumi məbləği məhsulun qiyməti ilə əldə edilməsi nəzərdə tutulan mənfəətin məbləği arasındakı fərqdən az və ya ona bərabərdirsə onda müəyyən edilmiş qiymət məhsulun satış qiyməti kimi qəbul edilir. Əgər maya dəyərin kalkulyasiyası əsasından müəyyən edilmiş xərjlərin ümumi məbləği məhsulun qiyməti ilə əldə edilməsi nəzərdə tutulan mənfəətin məbləği arasındakı fərqdən böyükdürsə onda müəssisə ya xərjlərin həjminin ixtisar edilməsi üzrə tədbirlər hazırlayır, ya da özünün qiymət siyasətinə yenidən baxır.
Məhsulun qiyməti satış yerinə görə qiymətqoyma metodu ilə müəyyən edildikdə onun qiyməti satış məntəqələrinin yerləşdiyi yerə görə dəyişdirilir: daha presticli yerlərdə və yüksək imijə malik mağazalarda məhsula digər yerlər və mağazalarla müqayisədə daha yüksək qiymət qoyulur.
Mövsümiliyə görə qiymətqoyma metodu. Bu qiymətqoyma metodundan, əsasən, mövsümi məhsulların qiymətinin müəyyən edilməsində istifadə edilir və mövsümə uyğun olaraq məhsulun qiyməti dəyişdirilir. Məsələn, yay paltarlarına qış mövsümində aşağı, qış paltarlarına isə yay mövsümində aşağı qiymət müəyyən edilir.