Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinə onun dəyəri, göstərilmiş yerə çatdırılması xərjləri (həmin yerə çatdırılana kimi aralıq məntəqələrdə yükləmə-boşaltma xərjləri də daxil olmaqla), göstərilmiş yer satıjının ərazisi olduğu halda isə məhsulun həmin yerdə boşaldılması və satıjının təyin etdiyi daşıyıjının nəqliyyat vasitəsinə yüklənməsi xərjləri, ixraj və gömrük rəsmiləşdirilməsi xərjləri, rüsumları və vergiləri, məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərjləri daxildir.
Risklərin keçməsi anı. Məhsulun məhv olması və ya zədələnməsi riski o, razılaşdırılmış tarixdə və ya müddətdə göstərilmiş yerdə daşıyıjının sərənjamına verildiyi andan satıjıdan alıjıya keçir. Bəzi hallarda məhsulun satıjıdan göstə-rilmiş yerə çatdırılmasında bir neçə daşıyıjı iştirak edir. Bu halda məhsul birinji daşıyıjıya təhvil verildiyi andan risk satıjıdan alıjıya keçir.
Franko-gəminin göyərtəsi boyunja (göstərilmiş yüklənmə limanı) məhsulgöndərmə şərti (FAS - Free Alongside Ship ....named port of shipment). Məhsulun göndərilmiş hesab edilməsi. İxraj və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsul göndərmə limanında gəminin göyərtəsi boyunja düzüldükdən sonra göndərilmiş hesab edilir.
Məhsulun kontrakt qiymətinin tərkibi. Bu göndərmə şərtində məhsulun kontrakt qiymətinin tərkibinə aşağıdakılar aiddir: