Mövzu: «Mədən su analizlərinin kimyəvi təhlil nəticələri»


Yeraltı suların hərəkət istiqamətininvə sürətinin təyini



Yüklə 1,93 Mb.
səhifə2/3
tarix17.04.2023
ölçüsü1,93 Mb.
#99146
1   2   3
Mədən su analizləri

Yeraltı suların hərəkət istiqamətininvə sürətinin təyini Öyrənilən sulu horizontlar üzrə hidroizogips (və ya hidroizopyez) xəritəsi olduqda yeraltı suların hərəkət istiqamətini asanlıqla təyin etmək mümkündür. Belə xəritələr üzrə yeraltı suların hərəkət istiqaməti təzyiqin azalması istiqamətində hidroizogipsə endirilmiş perpendikulyarla təyin edilir. Yeraltı suların hərəkət sürətini təyin etmək üçün indikator üsullarından istifadə edilir. Bu zaman indikator kimi elektrolit (xörək duzu və s.), rəngli maddələr (rodamin – V , uranin, eritrozin və s.) və radioaktiv indikatorlardan istifadə olunur.

Yeraltı suların çirklənmə mənbələri və növləri. Çirklənmiş yeraltı sulara insanın fəaliyyəti nəticəsində kimyəvi və fiziki tərkibinin dəyişməsi ilə təbii sulardan fərqlənən sular aiddir. Keyfiyyətinin dəyişmə dərəcəsinə görə yeraltı suları 3 növə bölmək olar: a) zəif çirklənmiş - suyun keyfiyyət göstəriciləri təbii sulardan fərqlidir, lakin buraxıla bilən həddi aşmır; b) çirklənmiş suyun keyfiyyət göstəriciləri buraxıla bilən həddi bir neçə dəfə aşır; c) güclü çirklənmiş - suyun keyfiyyət göstəriciləri buraxıla bilən həddi kifayət qədər aşır və onun tərkibi çirklənmə mənbəyindəki məhlulun tərkibinə yaxın olur. Çirklənmə zamanı yeraltı sularda təbii sularda təsadüf olunan komponentlərin (xloridlər, sulfatlar, dəmir və s.) miqdarının artması ilə yanaşı həm də insanın fəaliyyəti ilə əlaqədar olaraq, onlara xas olmayan element və birləşmələr (səthi-fəal maddələr, zəhərli kimyəvi maddələr və s.) əmələ gəlir.

Yeraltı suların çirklənmə mənbələri çirkləndirici maddələrin növlərinə və mənşəyinə, sulu horizonta daxilolma şəraitinə və çirklənmənin yayılma miqyasına görə təsnifatlaşdırılır. Mənşəyinə görə çirkləndirici maddələr aşağıdakı mənbə-lərdən daxil ola bilər: 1) sənaye çirkab suları ilə; 2) təsərrüfat-məişət çirkab suları ilə; 3) kənd təsərrüfatı gübrələri, zəhərli kimyəvi maddələr, quşçuluq və heyvandarlıq komplekslərinin çirkab suları ilə; 4) təbii qeyri-konditsion sularla (dənizlərin duzlu suları və yerüstü sular, tərkibində yüksək miqdarda xlorid, sulfat, dəmir, ftor, hidrogensulfid, duz və s. olan yeraltı sularla).


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin