Mövzu Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan


Satış kanalların seçilməsi



Yüklə 136,1 Kb.
səhifə3/14
tarix17.01.2023
ölçüsü136,1 Kb.
#79486
1   2   3   4   5   6   7   8   9   ...   14
M vzu-7

Satış kanalların seçilməsi və bilavasitə tijarət müəssisə və təşkilatlarında məh­sulların satışının təşkili. Bura satış kanalların seçilməsinin iqtisadi jəhətdən əsas­landırılması, yəni məhsulların birbaşa və ya vasitəçilərlə satılajağının müəyyən edil­məsi, istehsalçı müəssisələrdə və tijarət müəssisələrində məhsulların vit­rin­lər­də və piştaxtalarda yerləşdirilməsi, mağazadaxili əməliyyatların yerinə yetirilməsi, bila-vasitə alqı-satqı aktlarının həyata keçirilməsi, həmçinin məhsulların reklamı və satışı sahəsində istehsalçı müəssisələrlə tijarət müəssisələri arasındakı qarşılıqlı münasi-bətlərin və məsuliyyətin müəyyənləşdirilməsi aiddir;

  • Məhsula mülkiyyət hüququnun satıjıdan alıjıya verilməsi, yəni alqı-satqı akt­larının rəsmiləşdirilməsilə əlaqədar olan hüquqi sənədlərin tərtib edilməsi;

  • Risklərin satıjıdan alıjıya ötürülməsi.

    Birinji altı funksiyanı D.Jobber fiziki bölüşdürmə, Q. Assel və F. Kotler isə mal ye­ri­­dilişi adlan­dı­rır. Məhsulların nəql edilməsi və aralıq mərhələlərdə saxlanması za­manı məhsulların xarab olması riskini də bura aid etmək olar.
    C. C. Lambenin göstərdiyi kimi qeyd edilən funksiyaların yerinə yetirilməsi za­ma­nı özündə aşağıdakı axınları birləşdirən bölüşdürmə axınları yaranır :
    - mülkiyyət hüquqları axınları: məhsulun mülkiyyət hüququnun bir təşkilatdan digər təşkilata keçidi;
    - fiziki axınlar: məhsulların istehsalçıdan istehlakçıya çatdırılması üçün onların fiziki yerdəyişməsi;
    - sifarişlərin axını: sifarişlər bilavasitə istehlakçılardan (həm son istehlakçı­lar­dan, həm də işgüzar və institusional istehlakçılardan) və vasitəçilərdən isteh­sal­çı­lara (məhsul­gön­dərənlərə) çatdırılır;
    - pul axınları: alıjı satın aldığı məhsulların dəyərini ya banklar vasitəsilə, ya da bilavasitə özü satıjıya ödəyir;
    - informasiya axınları: istehsalçının və (və ya) vasitəçilərin təşəbbüsü ilə infor­ma­siyanın istehlakçıya, həmçinin istehlakçıdan istehsalçıya və (və ya) vasitəçiyə çatdırılması;
    Məhsulların bölüşdürülməsi və satışı prosesində həmçinin risk axınları baş ve­rir. Belə ki, həm məhsulun mülkiyyət hüququnun bir təşkilatdan digər təş­kilata keç­məsilə eyni zamanda, həm də məhsulların nəql edilməsi və saxlanması pro­se­sin­də məhsulla əlaqədar olan risklər bir təşkilatdan digər təşkilata keçir.
    Qeyd edilən bölüşdürmə axınlarının bəziləri biristiqamətli, bəziləri isə ikiisti­qa­mətlidirlər. Məsələn, fiziki və mülkiyyət hüququ axınları satıjıdan isteh­lakçı və ya vasitəçilər istiqamətində, pul və sifariş axını istehlakçılardan və ya vasitə­çi­lər­dən məhsulgöndərənlər istiqamətində, informasiya axını isə hər iki istiqamətdə baş verir.
    Məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında iştirak edən bütün müəs­sisə və təşkilatların toplumu bölüşdürmə kanalını əmələ gətirir. Məhsulla­rın bö­lüş­dürü­l­mə­si və satışı prosesində yerinə yetirilən funksiyaların və baş verən axın­la­rın təhlili əsa­sında belə nətijəyə gəlmək olar ki, bölüşdürmə kanalları iki hissə­dən: fiziki bölüş­dürmə kanallarından və satış kanallarından ibarətdir.
    Fiziki bölüşdürmə kanalları məh­sulların fiziki yerdəyişməsini, yəni məhsul­la­rın nəql edilmə­sində, nəqletmə za­manı onların aralıq məntəqələrdə saxlanma­sında və bun­larla əlaqədar olan əməliy­yat­ların yerinə yetirilməsində iştirak edən müəssisə və təşkilatların məj­mu­sudur.

    Yüklə 136,1 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   14




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin