Mövzu Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan


Vasitəçilərlə satışın formaları



Yüklə 136,1 Kb.
səhifə8/14
tarix17.01.2023
ölçüsü136,1 Kb.
#79486
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
M vzu-7

Vasitəçilərlə satışın formaları. Vasitəçilərlə satış topdansatış və pərakəndə ti­jarət formasında həyata keçirilir. Topdansatış tijarət vasitəçilərlə satışın əsas for­ması hesab olunur.
Topdansatış tijarəti dedikdə məhsulların digər vasitəçi təşkilat və müəssi­sə­lə­rə, həmçinin istehsalçı müəssisələrə satışının həyata keçirilməsi başa dü­şü­lür. Bir qay­da olaraq, topdansatış tijarəti vasitəsilə son istehlakçılara məhsullar sa­tıl­mır. Topdan-satış tijarət müəssisələri məhsulların istehsalçıdan istehlakçıya çatdı­rıl­masının bir sıra funksiyalarını həm istehsalçı və istehlakçıya, həm də pərakəndə ti­jarət müəssisələrinə nisbətən yüksək effektlə yerinə yetirirlər. Birinjisi, istehsal­çı­lar müəyyən həjmdən az miqdarda məhsul göndərmə­dik­lə­rindən və (və ya) bəzi hallarda istehlakçının və pərakəndə tijarət müəssisələrinin tələbatının həj­mi az olduğundan birbaşa məhsul al­maq onlar üçün iqtisadi jəhətdən sərfəli olmur. Bununla əlaqədar olaraq, topdansatış tijarət müəssi­sələ­ri həmin alıjıların tələbatlarını jəmləşdirir, istehsalçılardan iri partiyalar­la məhsul alır və onları kiçik partiyalara bölüşdürərək alıjılara satırlar. Bunun sa­yə­sində məhsulların istehsalçıdan istehlakçıya çatdırılması ilə əlaqədar olan xərj­lə­rin səviyyəsini ixtisar etmək mümkün olur. Başqa sözlə desək, birbaşa satışla müqayisədə topdansatış tijarət müəssisələri vasitəsilə satış alıjı üçün xeyli ujuz başa gəlir.
İkinjisi, istehsalçılar məhdud çeşiddə məhsul istehsal edirlər. İstehlakçılar isə da­ha geniş çeşiddə məhsul istehlak edirlər. Topdansatış tijarət müəssisələri müxtə­lif istehsalçılardan müxtəlif çeşiddə məhsul alır və bununla anbarlarında isteh­lak­çı­ya lazım olan məhsul çeşidi yarada bilirlər. Bunun sayəsində həm təsərrüfat əlaqələrinin sa­yı xeyli azalır, həm də istehlakçılar özlərinə la­zım olan bütün məhsul çeşidlərini bir satış məntəqəsindən ala bilirlər.
Üçünjüsü, topdansatış tijarət müəssisələri, bir qayda olaraq, istehsalçılarla mü­qayisədə alıjılara daha yaxın yerləşirlər və onların anbarlarında həmişə realizə etdikləri məhsulların ehtiyatı mövjud olur. Bu, alıjıya özünə lazım olan məhsulu lazımi vaxtda almağa və özünün anbarında daha az həjmdə ehtiyat yaratmasına şə­rait yaradır. Bu isə ehtiyatların səviyyəsini azaltmaqla yanaşı, həm də onların ma­nevr­liyini artırır. Bundan başqa, bu zaman məhsulların satıjıdan alıjıya çatdırılma­sının operativliyi artır.
Dördünjüsü, topdansatış tijarət müəssisələri həm istehlakçıya, həm də alıjılara bir sıra xidmətlərin göstərilməsini təşkil edir. Belə ki, onlar fəaliyyət göstərdikləri ərazidə yerləşən alıjıları daha yaxından tanıdığından onların tələbatlarını, iradlarını və s. daha yaxşı öyrənə bilir, onları ümumiləşdirərək istehsalçılara məhsulların təkmilləşdirilməsinə və s. dair informasiya verə bilir. Eyni zamanda onlar istehsal edilən yeni məhsullar, onların istehlak xüsusiyyətləri və s. haqqında alıjılara informasiya verə bilirlər. Başqa sözlə desək, topdansatış tijarət müəssisələri həm istehlakçıya, həm də alıjıya informasiya xidmətləri göstərirlər. Bundan başqa, onlar pərakəndə tijarət müəssisələrinə satıjı heyətinin öyrədilməsi, ehtiyatların idarə edilməsi, məhsulların kiçik qablara qablaşdırılması və s. üzrə də xidmətlər göstərir.
Beşinjisi, topdansatış tajirlər istehsalçılardan aldıqları məhsulun dəyərini həmin məhsul satılana kimi ödədiyindən onları kreditləşdirmiş olurlar. Onlar bir sıra hallarda məhsulları öz alıjı­larına kreditlə satdığında həm də alıjıları maliyyələşdirmiş olur. Beləliklə, topdansatış tijarət müəssisələri həm satıjıların, həm də alıjıların kreditləşdirilməsini həyata keçirirlər.
Altınjısı, realizə edilən məhsulların nəql edilməsi və saxlanması zamanı xarab ol­ması, oğurlanması və s. ilə əlaqədar olan riskin bir hissəsini öz üzərlərinə götü­rür­lər.
Məhsulların topdansatış tijarəti istehsalçının topdansatış tijarəti müəssisə­ləri, müstəqil topdansatış tijarəti müəssisələri (marketinqə aid ədəbiyyatda istehsal-te­x­ni­ki təyinatlı məhsulların satışını həyata keçirən topdansatış tijarət müəssisələri distribyutorlar adlandırılır ), agentlər və brokerlər tərəfindən həyata keçiri­lir.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin