Mövzu Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan



Yüklə 136,1 Kb.
səhifə10/14
tarix17.01.2023
ölçüsü136,1 Kb.
#79486
1   ...   6   7   8   9   10   11   12   13   14
M vzu-7

Agentlər bir neçə istehsalçının rəqib olmayan, bir-birini tamamlayan məhsulla­rının satışını həyata keçirirlər. Brokerlərdən fərqli olaraq, istehsalçı agentlərin xid­mətindən daha uzunmüddətli dövr ərzində istifadə edir. Agentlərin aşağıdakı forma­ları vardır:
1. İstehsalçının agentləri. Bu agentlər rəqib olmayan bir neçə istehsalçının məh­su­lu­nun müəyyən bir ərazidə müstəsna satış hüququna malik olurlar, yəni onlar məh­sulların satışını eksklyuziv satış formasında həyata keçirirlər. Agentlərlə istehsal­çı­lar arasındakı qarşılıqlı münasibətlər (satış ərazisi, qiymətin səviyyəsi, göstəriləjək xidmətlərin növləri və s.) rəsmi müqavilələrlə tənzimlənir. Agentlər bəzən məhsul­ların saxlanması və daşınmasını da həyata keçirirlər.
2. Satış agentləri. Satış agentləri istehsalçının agentlərindən fərqli olaraq bütün topdansatış tijarəti funksiyalarını yerinə yetirirlər. Başqa sözlə desək, onlar isteh­sal­çı­nın məhsullarının satışı və marketinqi üzrə bütün fəaliyyəti həyata keçirirlər. Bu agentlər istədikləri ərazidə fəaliyyət göstərə bilirlər.
3. Komissioner tajirlər. Komissioner tajirlər məhsulun satışını müəyyən komission mükafatı (muzd) müqabilində təşkil edən müstəqil agentlərdir. Onlar isteh­sal­çı­larla qısamüd­dətli saziş əsasında fəaliyyət göstərirlər. Bu tajirlər bəzi hallarda məhsulların saxlanması və çatdırılması, kreditləşmə və bu kimi digər topdansatış funksiyaları yerinə yetirirlər.
4. Tədarükat agentləri. Əvvəlki üç agentdən fərqli olaraq, bu agentlər alıjı ilə mü­qavilə əsasında fəaliyyət göstərir və ona lazım olan məhsulların tədarükünü hə­ya­ta keçirir. Bəzi hallarda tədarük etdiyi məhsulların saxlanmasını və alıjıya çatdı­rıl­ması funksiyasını da yerinə yetirir.
Brokerlər (dəllallar) ya istehsalçı, ya da alıjı ilə qısamüddətli müqavilə əsa­sında fəaliyyət göstərir və əsas funksiyası satıjı ilə alıjı arasında əlaqə yaratmaqdan ibarətdir. Bir qayda olaraq, broker təmsil etdiyi tərəfin razılığı ilə məhsulun alqı-sat­qısına dair müqavilə bağlayır, heç bir topdansatış funksiyası yerinə yetirmir və öz üzərinə heç bir risk götürmür. Lakin, çox nadir hallarda məhsulların saxlanması və çatdırılması funksiyasını yerinə yetirir. Broker göstərdiyi xidmətə görə təmsil etdiyi şəxsdən əvvəljədən razılaşdırılmış məbləğdə mükafat (muzd) alır.
Pərakəndə tijarət dedikdə məhsulların şəxsi istehlak məqsədilə sonunju alıjı­ya satılması başa düşülür. Lakin, bir sıra hallarda işgüzar və institusional içtehlakçılar da pəra­kəndə tijarət müəssisələrinin xidmətlərindən istifadə edirlər. Topdansatış tijarət müəs­sisələrinə nisbətən pərakəndə tijarət müəssisələri daha kiçik həjmdə və ək­si­nə, daha geniş çeşiddə məhsul satırlar. Pərakəndə tijarət müəssisələri həmçinin ma­ğa­zadaxili reklamı həyata keçirirlər. Pərakəndə tijarət aşağıdakı tijarət müəssisələri tərəfindən həyata keçirilir.
İxtisaslaşmış mağazalara. İxtisaslaşmış mağazalara məhdud çeşiddə məhsul satan kiçik pərakəndə tijarət müəssisələri aid edilir. Lakin onların realizə etdikləri hər bir çeşidin dərinliyi daha dolğun olur, yəni hər bir çeşidə daxil olan məhsul növlərinin sayı kifayət qədər çox olur. Məsələn, çoxlu sayda müxtəlif növ kişi köynəkləri və yaxud çox­lu sayda müxtəlif növ məişət texnikası satan mağazalar ixtisaslaş­dı­rıl­mış mağa­za­lardır. Bu mağazalar alıjılara maksimum sayda xidmət göstərirlər və onların realizə etdikləri məhsulların qiyməti, bir qayda olaraq, digər pərakəndə ti­ja­rət müəssisələrinə nisbətən daha yüksək olur.
Univermaqlar. Univermaqlar alıjılara daha geniş çeşiddə məhsullar təklif edir. Lakin, onların təklif etdikləri məhsul qruplarının çeşidinin dərinliyi ixtisaslaşmış ma­ğa­zalara nisbətən zəif olur. Hər bir məhsul qrupunun satışı ilə univermağın ayrıja bir şöbəsi məşğul olur. Məsələn, zərgərlik məhsulları şöbəsi, paltarlar, məişət texni­kası, idman malları şöbəsi və s. Univermaqlar da kifayət qədər geniş çeşiddə xid­mət­lər göstərirlər və onların realizə etdikləri məhsulların qiyməti nisbətən yüksək olur.
Supermarketlər (universamlar). Supermarketlər bir neçə şöbədən ibarət olan və dövriyyə sürəti böyük olan geniş çeşiddə ərzaq məhsullarının satışını həyata keçirən pərakəndə tijarət müəs­si­sələridir. Onlar satışı öz-özünə xidmət metodu ilə həyata keçirirlər və məhdud sayda xidmətlər göstərirlər. Bu tijarət müəssisələrində satılan məhsulların qiy­mətləri ujuz olur. Supermarketlərin tijarət sahəsi ixtisaslaşmış mağa­zalara və univermaqlara nisbətən xeyli böyük olur.
Superstorlar (super mağazalar). Bu pərakəndə tijarət müəssisələri geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsullarının (paltarlar, ayaqqabılar, müxtəlif kateqoiya məi­şət texnikası, yuyuju məhsullar və s.) realizasiyasını həyata keçirirlər. Supestorların dövriyyəsinin həjmi və tijarət sahəsi supermarketlərə nisbətən bir neçə dəfə bö­yük olur. Bu tijarət müəssisəsi alıjıya özünə lazım olan bütün məhsulları birdə­fə­yə bir mağazadan almağa imkan verir və müəyyən mənada onun üçün rahatlıq yara­dır.
Hipermarketlər. Bu tip pərakəndə tijarət müəssisələri supermarketlərə nisbə­tən daha geniş çeşiddə məhsulların: ərzaq və qeyri-ərzaq məhsullarının, gündəlik tə­lə­bat məhsullarının, avtomobillərin ehtiyat hissələrinin, təsərrüfat mallarının satışını həyata keçirən meqamağazalardır. Onların realizə etdikləri məhsul çeşid qruplarının sayı çox olsa da, çeşidin dərinliyi çox məhduddur. Çox məhdud sayda xidmətlər göstərirlər. Bu tijarət müəssisələrinin tijarət sahəsi həddən artıq böyük olur. Hipermarketlər, həmçinin, tez xidmət göstərən restoranlara, gözəllik salonlarına və alıjıların kiçik yaşlı uşaqlarının dinjəlməsi üçün xüsusi otaqlara malik olurlar.
Diskaunter (discounter) mağazalar. Diskaunter mağa­zalar alı­jıya heç bir xidmət göstər­mə­yən, məhdud çeşiddə və çox böyük qiy­mət gü­zəşt­lərilə, yəni çox ujuz qiymətlə ge­niş çeşiddə məhsullar satan mağazalardır. Onların rea­lizə et­dikləri məhsulların çe­şidi geniş olsa da, növ müxtəlifliyi çox dardır. Onlar məhsulları istehsalçıların qab­laş­dırdığı qablarda satırlar, yəni məhsulların yenidən qab­laşdırılmasını həyata keçir­mirlər, məhsulların satışını anbar mühitində həyata keçi­rirlər. Bu pərakəndə tijarət müəssisələri, demək olar ki, alıjılara heç bir xidmət gös­tərmir. Məhz buna və xərjlərə jiddi nəzarət edildiyinə görə onların satış qiy­mətləri orta və iri mağazaların satış qiymətindən 20-25% ujuz olur .
Anbar klublar və anbar mağazalar da ujuz qiymətə məhsul satan pərakəndə tijarət müəssisələrinə aiddir. Anbar klublar da diskaunter mağazalar kimi öz-özünə xidmət metodu ilə çox geniş çeşiddə ujuz qiymətə məhsullar satır. Onlarıın satdıq­ları məhsul çeşidlərinin növ müxtəlifliyi çox məhduddur. Məhsulların satışı anbar tip­li binalarda (satışın həyata keçirildiyi binalar qızdırılmır, onların interyeri mağaza­ların interyeri kimi tərtib olunmur və ya ümumiyyətlə bədii tərtibatı həyata keçirilmir və s.) hə­yata keçirilir. Diskaunter mağazalarda olduğu kimi, anbar mağazalarda da alıjı­la­ra heç bir xidmət göstərilmir. Lakin, diskaunter mağazalardan fərqli olaraq, bu tip ma­ğazalarda bazarlıq edən alıjılar əlavə olaraq üzvlük haqqı da ödəyirlər (klub adı da məhz buradan götürülmüşdür) .
Anbar mağazalarda satışın təşkili anbar klublarla eyni qaydada həyata keçirilir. Lakin, anbar klublardan fərqli olaraq, anbar mağazalar əsasən ərzaq məhsullarının tijarətilə məşğul olurlar və burada bazarlıq edən alıjılar üzvlük haqqı ödəmirlər.
Pərakəndə tijarətin bir forması da mağazadankənar tijarət adlandırılan tijarətdir. Mağazadankənar pərakəndə tijarətə kataloqlarla, poçtla, telemarketinqlə və tijarət avtomatlar vasitəsilə satış, həmçinin səyyar satış daxildir. Pərakəndə tijarətin bu formalarında məhsulların satışının təşkili birbaşa satışın müvafiq formalarında olduğu qaydada həyata keçirilir.



Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin