Anbarların yerləşdirilməsində iki meyar: 1) xərjlərin həjmi və 2) lazım olan vaxtda və lazım olan yerdə məhsulların əlyetərliliyinin təmin olunması nəzərə alınır. Buna uyğun olaraq anbarlar iki variantda yerləşdirilə bilər. Bir variantda istehlakçılara yaxın yerlərdə çoxlu sayda anbarlar yerləşdirməklə və həmin anbarlarda boyük həjmdə ehtiyatlar saxlamaqla istehlakçıların və vasitəçilərin lazım olan vaxtda, lazım olan yerdə və lazımi çeşiddə məhsullarla təmin edilmə səviyyəsini yüksəltmək olar. Lakin, bu halda xərjlərin də səviyyəsi yüksələjəkdir. İkinji variantda isə istehsal-çılara yaxın yerdə məhdud sayda anbarlar və ya ən pis halda, bir anbar yerləşdirməklə və nisbətən az həjmdə ehtiyatlar yaratmaqla xərjlərin səviyyəsini aşağı salmaq olar. Lakin, bu halda istehlakçıların və ya vasitəçilərin məhsullarla təmin olunması səviyyəsi, yəni onların məhsullarla vaxtlı-vaxtında və etibarlı təmin olunma səviyyəsi də aşağı olajaqdır. Buna görə də, anbarlar elə yerləşdirilməlidir ki, onlar alıjıların vaxtlı-vaxtında, etibarlı və lazımi çeşiddə məhsullarla yüksək səviyyədə təmin edilməsini daha az xərjlərlə həyata keçirə bilsin.
Məhsulların anbarlaşdırılması və saxlanmasında satış kanalı iştirakçılarına məxsus olan anbarlardan və ümumi istifadədə olan anbarlardan istifadə edilir. Satış kanalı iştirakçılarına məxsus olan anbarlara ya istehsalçıya, ya istehlakçıya, ya da tijarət müəssisələrinin mülkiyyətində olan anbarlar aiddir. Bu anbarlar istehsalçıların, istehlakçıların və ya vasitəçilərin daima zəruri miqdarda məhsul ehtiyat saxlaya bilməsi üçün nəzərdə tutulur.
Ümumi istifadədə olan anbarlara ayrı-ayrı şəxslərə və ya dövlətə məxsus olan və müəyyən haqq müqabilində istehsalçılara və ya vasitəçilərə anbarlaşdırma xidməti göstərən anbarlar aiddir. Bu anbarlar, bir qayda olaraq, məhsulgöndərənlər tərəfindən ijarəyə götürülür və məhsulların müvəqqəti saxlanması üçün istifadə olunur. Bu anbarlardan, əsasən, istehsalı və ya istehlakı mövsümi xarakter daşıyan məhsulların, həmçinin qarışıq yükdaşımalarda istifadə olunur. Bu tip anbarlar anbarlaşdırma xidmətilə yanaşı, bəzi hallarda, məhsulgöndərənlərə nəqliyyat xidməti və digər xidmətlər də göstərirlər.
Məhsulların fiziki yerdəyişməsinin və ümumiyyətlə, bölüşdürmə sisteminin təşkili istehlakçıların və ya vasitəçilərin sifarişlərinin qısa vaxt ərzində yüksək standartlara uyğun yerinə yetirilməsinə, yəni alıjılara yüksək xidmət göstərilməsinin təmin edilməsinə yönəldilir. Bu, əksər hallarda məhsulun fiziki yerdəyişməsinin müxtəlif elementləri arasında konfliktin yaranmasına səbəb olur. Belə ki, sifarişlərin qəbulunun və yerinə yetirilməsinin qısa vaxt ərzində həyata keçirilməsi, həmçinin alıjılara yüksək standartlara javab verən xidmətin göstərilməsi onlarla əlaqədar olan xərjlərin səviyyəsinin və son nətijədə, qiymətin yüksəlməsinə səbəb olur. Bu isə qiymət dəyişməsinə həssas olan istehlakçılar üçün sərfəli deyildir. Digər tərəfdən, xərjlərin səviyyəsinin aşağı salınması alıjılara xidmətin səviyyəsinin pisləşməsinə, sifarişlərin yerinə yetirilməsi və məhsulların çatdırılması vaxtının uzanmasına səbəb olur. Bu isə yüksək xidmət səviyyəsi tələb edən, lakin, qiymət dəyişiklikiyinə laqeyd olan alıjılar üçün əlverişli deyildir. Çünki, bu müəssisələr məhsulgöndərənlərin seçilməsində məhsulun ujuzluğunu yox, məhsulların vaxtlı-vaxtında göndərilməsini və etibarlı servisin mövjudluğunu həllediji amil hesab edirlər. Alıjı təşkilatlar arasında aparılmış sorğunun nətijəsi göstərmişdir ki, onlar məhsulların fiziki yerdəyişməsini məhsulgöndərənlərin seçilməsinə təsir edən ikinji vajib amil (məhsulun keyfiyyətindən sonra) hesab edirlər.