Mövzu Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan


Məhsulların fiziki bölüşdürülməsinin təşkili



Yüklə 136,1 Kb.
səhifə12/14
tarix17.01.2023
ölçüsü136,1 Kb.
#79486
1   ...   6   7   8   9   10   11   12   13   14
M vzu-7

7.4. Məhsulların fiziki bölüşdürülməsinin təşkili
Məhsulların fiziki yerdəyişməsi onların bölüşdürülməsi sisteminin tərkib ele­men­tidir. Artıq qeyd etdiyimiz kimi, məhsulların fiziki yerdəyişməsi dedikdə onla­rın istehsalçı müəssisədən istehlakçı müəssisəyə hərəkəti zamanı yerinə yeti­rilən bütün əməliyyatların - sifarişlərin qəbulu və işlənməsinin, məhsulların nəql edilmə­si­nin, yükləmə-boşaldılmasının, saxlanması və işlənməsinin, ehtiyatların yaradıl­ması və idarə edilməsinin məjmusu başa düşülür.
Məhsulların fiziki yerdəyişməsi həm satış kanalının iştirakçıları, həm də məh­sulların fiziki yerdəyişməsi əməliyyatları üzrə ixtisaslaşmış müstəqil təşkilat və müəs­si­sələr tərəfindən həyata keçirilə bilər.
Məhsulların fiziki yerdəyişməsinin təşkili marketinq fəaliyyətinin ef­fekt­lili­yi­nə həllediji dərəjədə təsir edir. Belə ki, məhsulların fiziki yerdəyişməsinin düz­gün təşkil edilməsi həm istehlakçıların zəruri məhsullara olan tələbatlarını vaxt­lı-vax­tın­da və ahəngdar ödənilməsini təmin edir, həm də nəqliyyat və saxlama xərj­lərinin sə­viyyəsini aşağa salmağa imkan ve­rir. Bunun sayəsində isə məhsulun sa­­tış qiymə­tini ujuzlaşdırmaq və daha çox məh­sul satmaq mümkün olur. Məhsulların fiziki bölüşdürmə sisteminin düzgün təşkil edilməməsi hətta ən optimal təşkil edilmiş satış ka­na­lının və ümu­miyyətlə, marketinq fəaliyyətinin effektliliyini heçə endirə və ya ən azı, onu azalda bilər. Deməli, məhsulların fiziki yerdəyiş­mə­si rəqabət üstünlüyü amili kimi də çıxış edir.
Məhsulların fiziki yerdəyişməsinin başlanğıj mərhələsini sifarişlərin qəbulu və işlənməsi təşkil edir. Sifarişlərin qəbuluna məsul olan şəxs onları məhsul çeşidlə­ri­nə uyğun olaraq sistemləşdirir, məhsulların buraxılması üçün zəruri olan bütün nəqliyyat və ödəniş sənədlərini hazırlayır. Bundan sonra həmin sifa­riş­lər məhsulların buraxılması üçün zəruri olan sənədlərlə birlikdə müvafiq məh­­sul an­barlarına göndərilir. Anbar iş­çi­ləri verilmiş sənədlər əsasında məhsulları seçi­r, qablaşdırır, nəqliyyat vasitələrinə yüklənməsi üçün ayrılmış yerlərə çat­dırır və nəqliyyat vasitəsinə yüklənməsini təşkil edirlər.
Hava nəqliyyatı ən sürətli nəqliyyat növüdür, məhsulların qısa vaxt ərzində gön­dəriş məntəqəsindən təyinat məntəqəsinə çatdırılmasını təmin edir. Məhsul­la­rın xarab olması riski xeyli aşağıdır. Buna görə də, əsasən, tez xarab olan məhsul­la­rın və təjili yüklərin daşınmasında geniş tətbiq edi­lir. Bu nəqliyyat növü yüklərin ən uzaq məsafələrə daşınmasına imkan verir. Lakin, hava nəqliyyatı ilə daşıma tariflərinin həjmi bütün nəqliyyat növlərilə daşımalarla müqayisədə çox yüksəkdir. Belə ki, hava yolu ilə daşımalar avtomobil nəqliyyatına nisbətən 2 dəfə, dəmiryolu nəqliyyatına nisbətən 15 dəfə baha başa gəlir. Bundan başqa, su nəqliyyatında olduğu kimi, hava nəqliyyatı ilə da­şıma­ların marşrutları məh­duddur, hava şəraitindən asılıdır və məhsulların isteh­sa­l­çı­dan birbaşa istehlakçıya çatdırılması mümkün deyildir. Bütün bunlar isə daşıma xərj­lərinin səviyyəsinin yüksəlməsinə və məhsulların vaxtında çatdırılması etibarlı­lı­ğının azalmasına gətirib çıxarır.
Yuxarıda izah edilənlərdən göründüyü kimi, müxtəlif nəqliyyat növlərinin da­şı­ma sü­­rə­ti, yükgötürmə qabiliyyəti, daşıma tarifləri, daşımanın etibarlılığı, həmçi­nin daşıma xərjlərinin səviyyəsi və s. bir-birindən xeyli fərqlənir. Sürətli, daşınmanın etibarlılığı və məhsulların təyinat məntəqəsinə vaxtında çatdırılmasını təmin edən nəqliyyat növlərində daşıma xərjlərin səviyyəsi yüksək olur. Daşıma xərjlərinin səviyyəsi aşağı olan nəqliyyat növlərində isə əksinə, daşımanın sürəti, çe­vikliyi və istehlakçılara göstərilən xidmətlərin səviyyəsi aşağı olur. Deməli, isteh­lak­çılara yüksək xidmət göstərilməsini, onların məhsullarla vaxtlı-vaxtında və etibarlı tə­min edilməsini qarşısına məqsəd qoyan müəssisə daha sürətli və daha etibarlı nəq­liyyat vasitələrindən istifadə etməlidirlər. Qiymətə həssaslığı yüksək olan seq­ment­lərdə fəaliyyət göstərən təşkilatlar isə daha ujuz, daşıma sürəti və etibarlılığı aşağı olan nəqliyyat növlərindən istifadə edə bilərlər. Buna görə də, satış kanalının hər bir iştirakçısı məhsulların fi­zi­ki yerdəyişməsi üzrə qərar­la­rın qəbul edilməsində nəqliyyat növünün düzgün se­çil­məsinə xüsusi diqqət yetirməlidir.
Satış kanalı iştirakçıları nəqliyyat növünün seçilməsi zamanı 1) yüklərin istehsal mən­təqəsindən istehlak məntəqəsinə çatdırlması vaxtını; 2) çatdırılma qrafikinə əməl edil­məsini; 3) nəqliyyat vasitəsinin müxtəlif növ yükləri daşıma imkanını; 4) müxtəlif isti­qamətlərə yük daşıma imkanını və 5) daşıma xərjlərinin səviyyəsini nəzərə alma­lı­dırlar.
Əksər hallarda məhsulların istehsalçıdan birbaşa istehlakçıya çatdırılması müm­kün olmadı­ğın­dan yükdaşımalarda bir neçə nəqliyyat növündən (məsələn, dəmir ­yo­lu və avtomobil nəqliyyatı, yaxud su, dəmir yolu və avtomobil nəq­liy­yatı) eyni za­man­da istifadə edilir. Bununla əlaqədar olaraq, nəqletmə üzrə qə­rar­ların qəbulu pro­se­sində məhsulgön­dərən­lərin qarşısında duran vajib problem­lər­dən biri də yük da­şı­ma­larda iştirak edən müx­təlif nəqliyyat növlərinin işinin əla­qə­ləndirilməsidir. Bu nəqliyyat növlərinin işi elə təşkil edilməlidir ki, nəqliyyat vasi­tələrinin yüklə­mə-boşaltma əməliyyatları zamanı boş dayanması, yükləmə-boşaltma xərj­lərinin sə­viy­yəsi və məhsulların itkisi minimuma endirilsin. Yükdaşımalarda kon­tey­ner­lər­dən, yük pad-donlarından və açılıb-yığılan yük paketlərindən istifadə edilməsi, həmçinin qatarların birbaşa gəmilərə yüklənməsi də müxtəlif nəqliyyat növlərinin işini yüksək səviyyədə əlaqələndirməyə imkan verir.
Satış prosesinin fasiləsizliyini və istehlakçıları zəruri çeşiddə və miqdarda məh­sul­larla təmin etmək üçün satış kanalının hər bir iştirakçı­sı müəyyən miqdar və çe­şid­də məhsul eh­ti­yatına malik olmalı və onların saxlanmasını təşkil etməlidirlər. Bun­dan başqa, məh­sul­ların daşınmasında bir neçə nəqliyyat növündən istifadə edil­dik­də aralıq mən­tə­qə­lərdə onların müvəqqəti saxlanması təmin edilməlidir. Bunun­la əlaqədar olaraq sa­tış kanalının hər bir iştirakçısı zəruri anbar sahələrinə tələbat­larını müəyyən etməli, onların harada yerləşdirilməsinə və məhsulların anbarlaş­dı­rıl­masına dair qərarlar qəbul etməlidir.
Anbarlaşdırma prosesində bir sıra əməliyyatlar yerinə yetirilir və bunun sayəsində zaman və sahib olma faydalılığı yaradılır. Bu əməliyyatlara aşağıdakılar aiddir:
- məhsulların kəmiyyət və keyfiyyətjə qəbulu və göndərilməsinin təmin edil­məsi;
- istehsalçılardan və ya topdansatış tijarət müəssisələrindən iri partiyalarla alın­mış məhsulların kiçik partiyalara bölüşdürülməsinin təmin edilməsi;
- müxtəlif istehsalçılardan alınmış müxtəlif çeşidli məhsulların növlərə ayrıl­ma­sı və dəstləşdirilməsi;
- məhsulların buraxılma tezliyinə, həjminə və digər əlamətlərinə görə anbar da­xi­lində optimal yerləşdirilməsi. Məsələn, buraxılma tezliyi yüksək olan, yəni tez-tez buraxılan məhsullar buraxılma yerinə yaxın, çəkijə ağır olan məhsullar stel­lac­ların aşağı yaruslarında yerləşdirilməlidir;
- alıjılara müxtəlif xidmətlərin göstərilməsi. Məsələn, bir sıra anbarlar alı­jıların sifarişinə uyğun olaraq rulon şəklində olan kağız məhsulların, vərəqə for­malı metal məmulatların kəsilməsi, maye məhsulların kiçik qablara doldurulması və s. üzrə xidmətlər göstərirlər;
- məhsulların təbii təsirlər nətijəsində xarab olması və oğurlanması hallarının qarşısının alınması;
- yükləmə-boşaltma və anbardaxili əməliyyatların avtomatlaşdırılması və me­xa­nikləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- göndəriləjək məhsulların nəqliyyat vasitələrinə yüklənməsi, yüklərin yola salınması üçün zəruri olan sənədlərin hazırlanması və yüklərin yola salınması və s.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin