Mövzu məKTƏBƏQƏDƏr təHSİLDƏ ekoloji TƏRBİYƏNİn yeri VƏ ƏHƏMİYYƏTİ. ekoloji TƏRBİYƏNİn başqa təRKİb hiSSƏLƏRİ İLƏ ƏlaqəSİ plan



Yüklə 31,15 Kb.
səhifə3/4
tarix12.10.2022
ölçüsü31,15 Kb.
#64996
1   2   3   4
MÖVZU 4

ƏQLİ tərbiyənin əsas vəzifəsi uşaqlarda cansız təbiət əşyaları,bitkilər,heyvanlar,təbiət hadisələri və obyektləri arasında əlaqələr haqqında biliklərin təlim edilməsidir.Əqli tərbiyənin ayrılmaz hissəsi hissi,yəni sensor mədəniyyətdir.Uşaqlarda təcrübənin toplanması sonrakı ümumiləşmələrin təbiətlə bağlı elementar anlayışların formalaşdırılmasının əsasıdır və o, analizatorların təkmilləşdirilməsinə istiqamətləndirilib.
Uşaqlar tərəfindən biliklərin mənimsənilməsi onların idrak qabiliyyətlərinin-məntiqi təfəkkür,diqqət,nitq,müşahidəçilik,hissi aparatın inkişafı ilə sıx əlaqədardır.Təfəkkürün inkişafı və anlayışların düzgün formalaşdırılması üçün uşaqları təbiət hadisələri və əşyaları ilə tanış etmək lazımdır.
Biz, məktəbəqədər təhsil işçiləri, uşaqlara müşahidə etdikləri hadisələrin izahını axtarmağı öyrətmək, onlar arasında münasibət və əlaqələrin dərk edilməsinə aparmaq lazımdır. Məhz təbiət hadisələri arasında əlaqə və münasibətlərin səbəblərinin dərk edilməsi prosesində təfəkkür inkişaf edir.Biz uşaqlara təbiət hadisələrinə məqsədyönlü istiqamətləndirilmiş müşahidəçiliyi öyrətməklə,diqqəti inkişaf etdiririk ki,bu da əqli inkişafla sıx əlaqədardır və uşaqların təlimə hazırlanmasının şərtidir. Uşaqlara təbiətə maraq tərbiyə edilməsi çox zəruridir. Bitki və heyvanları müşahidə prosesində uşaqların diqqətini onların xarici görünüşünə,hərəkətlərinə, davranışına yönəltməklə,təkcə təbiətlə tanışlıq deyil, eyni zamanda, ona münasibəti formalaşdırır. Uşağın diqqətinin hansı əşya və hadisəyə cəlb olunmasının səbəbi isə onun yaşı ilə əlaqədardır.
Uşaqlar təbiətlə bilavasitə təmasda olan zaman onlarda müşahidəçilikə bərabər, həm də hər şeyi bilməyə qarşı maraq da inkişaf edir.Bunun əsasında axtarıcılıq, tədqiqatçılıq refleksi durur.Bu inkişafı İ.P.Pavlov insanın xarakter xüsusiyyəti hesab edir. Məktəbəqədər yaşlı uşaqlarda bu refleks böyüklərə verilən “bu nədir?”,”necə?”,”nə üçün?” kimi sonsuz suallarda aydın görünür.
Uşaqların ƏXLAQ tərbiyəsində doğma təbiətə məhəbbət və canlılara qoruyucu münasibət tərbiyəsi xüsusi yer tutur. Uşaqların özlərinin qulluq edərək böyütdüyü onlara daha yaxın və əzizdir. Məktəbəqədər təhsil müəssisələrində heyvan və bitkilərə qulluq uşaqlarda müşahidəçilik, əməyə məhəbbət, tapşırığa əməl etmə, cavabdehlik kimi keyfiyyətlərin tərbiyə olunmasına kömək edir.
Uşaqlarda əməksevərlik,təbiətə qoruyucu münasibət tərbiyə etmək üçün onlara bitkilərin yerləşdirilməsinin və heyvanlara qulluğun ən sadə üsulları öyrədilməlidir. Bu zaman uşaqların prosesdən və əməyin nəticəsindən razı qalmaları təmin edilməlidir. Uşaqlar torpaq sahəsində işləyən zaman onların əzələlərinin inkişafına və əsəb sisteminin möhkəmləndirilməsi qayğısına qalınmalıdır. Əməksevərlik kimi keyfiyyətin formalaşdırılması zamanı uşaqları yaşlıların təbiətdə əməyi ilə tanış etmək,onların əməyinə hörmət tərbiyə etmək lazımdır. Təbiət qoynunda olmaqdan və təbiətdə əməkdən uşaqların sağlamlıqlarının qorunması və fiziki inkişafları üçün düzgün istifadə edilməlidir.
Təbiət uşaqların
Yüklə 31,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin