Mövzu məKTƏBƏQƏDƏr təHSİLDƏ ekoloji TƏRBİYƏNİn yeri VƏ ƏHƏMİYYƏTİ. ekoloji TƏRBİYƏNİn başqa təRKİb hiSSƏLƏRİ İLƏ ƏlaqəSİ plan



Yüklə 31,15 Kb.
səhifə4/4
tarix12.10.2022
ölçüsü31,15 Kb.
#64996
1   2   3   4
MÖVZU 4

ESTETİK tərbiyəsinin əsas vasitələrindən biridir. Təbiətin gözəlliyi ən kiçik yaşlı uşaqların da diqqətindən kənarda qalmır. Onları təbiətlə tanış edərkən diqqətlərini meşəyə, çayın, bulaqların şırıltısına, quşların oxumasına, yarpaqların rənginə, çiçəklərin ətrinə, heyvanların hərəkətinə və s. yönəltmək lazımdır. Uşaqları həyatda ətraf aləmi özünün müxtəlifliyi və gözəlliyi ilə qəbul edə bilmələri üçün bu gözəlliyi hiss etmək bacarığını aşılamaq lazımdır. Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəsindən uşaqları təbiətlə tanış etmək üçün təbiət elmlərinin müxtəlif sahələri haqqında zəngin bilik ehtiyatı olması tələb olunur. Uşaqlarda təbiətə fəal və qoruyucu münasibətin tərbiyəsi uşaq bağçasında olan bitki və heyvanlara qulluq etməyə kömək edir. Hər bir tərbiyəçidən canlı təbiət guşəsini təşkil etmək bacarığı tələb olunur və o, bitki və heyvanların saxlanması üçün şərait yaratmalıdır.
Təbiət guşəsini canlı laboratoriya adlandırmaq olar. Çünki canlı təbiətlə bilavasitə əlaqə uşağa aydın təsəvvürlər verir. Buna görə də məktəbəqədər müəssisələrdə uşaqların təbiətlə gündəlik təması üçün lazımi şərait yaradılmalıdır. Canlı təbiət guşəsində uşaqlar gün ərzində bitki və heyvanlara yaxınlaşa,onlar üzərində uzun müddətli müşahidə apara bilirlər. Bu zaman uşaqların təbiət haqqında konkret bilikləri,təsəvvürləri genişlənir. Uşaq bağçalarında təbiət guşələrinin təşkili üçün bitki və heyvanların seçilməsi zamanı proqram tələbləri və onları yerləşdirməyin konkret imkanlarını öyrətmək lazımdır. Təbiət guşəsinə ilk növbədə yerli iqlim şəraitinə uyğun bitki və heyvanlar yerləşdirmək lazımdır. Məktəbəhazırlıq və böyük qrupların təbiət guşələrində müşahidə üçün başqa iqlim zonalarına uyğun olan maraqlı bitki və heyvanlar da saxlamaq olar. Təbiət guşəsi bütövlükdə məktəbəqədər təlim və tərbiyə müəssisəsi üçün həmçinin qruplar üzrə təşkil edilə bilər.
Təbiət guşəsində saxlanılan bütün bitki və heyvanların əlamətləri və hansı sinfə aid olması aydın bilinməlidir. Canlı təbiət guşəsində eyni zamanda çoxlu heyvan saxlamaq da məsləhət görülmür. Müxtəlif heyvanları əldə etmək,mövcud heyvanlarla tanış olmaq üçün onları dəyişdirmək və ya digər qrupda müşahidə təşkil etmək daha yaxşıdır. Kiçik və orta qrup üçün bitki və heyvanlar görünüşünə görə, böyük və məktəbəhazırlıq qruplarında isə başqa tipik əlamətləri daha aydın nəzərə çarpan obyektlər olmalıdır. Bütün yaş qruplarında otaq bitkilərindən ibarət təbiət guşəsinin olması vacibdir. Otaq bitkiləri uşaqların təlim-tərbiyəsinin nəinki maraqlı və məzmunlu təşkilinə imkan verir, həm də uşaqların bütün günü olduğu otağın mikro iqlimini təzələyir, havanı yumşaldır, oksigenlə zənginləşdirir.
Təbiəti uşaqlar tədricən öyrənirlər. Təbiətlə, ətraf aləmlə tanışlıq ailədə lap körpəlikdən başlayır, bağçada və məktəbdə dərinləşir, formalaşır. Məktəbəqədər müəssisələrdə uşaqların təbiətlə tanışlığının təşkili məşğələ, gəzinti, ekskursiya, bağçayanı sahədə və təbiət guşəsində iş prosesində aparılır.
Məktəbəqədər yaş dövründə uşaqlarda təbii mühitə qoruyucu münasibət bəsləmək, öz qüvvəsi daxilində təbiətin sərvətini qorumaq və artırmaq cəhdi özünü göstərir. Bu isə EKOLOJİ tərbiyənin aparılması üçün etibarlı mənbədir.


Yüklə 31,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin