3) Ekzistensial (Mövcudluq bildirən) hökmlər – onunla səciyyələnir ki, burada hökmün
predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn, “Atom buzqıran gəmisi
vardır”, “Səbəbsiz hadisə yoxdur”.
Beləliklə, biz bu fəsildə sadə hökmlərin növlərindən bəhs etdik.Bütün bu deyilənləri
ümumiləşdirərək deyə bilərik ki, sadə hökmlər üç yerə bölünür:
1.Atributiv hökmlər. 2.Relyativ hökmlər. 3.Ekzistensial hökmlər.
Bu bölgünün əsasında da hökmün predmetə xas olan əlaməti, mövcudluq faktını və ya
predmetlər arasındakı münasibəti ifadə etməsi durur.
3.Sadə hökmlərdə terminlərin ehtiva olunması.
Bildiyimiz kimi, subyekt və predikat sadə hökmlərin əsas struktur elementləri olub onun
terminləri adlanır.Hər bir hökmdə terminlər ya ehtiva olunur, ya da ehtiva olunmur.Termin
o vaxt ehtiva olunmuş hesab olunur ki, o tam həcmdə götürülsün.Əgər bu və ya digər
termin tam həcmdə deyil, qismən ifadə olunursa, onda deyilir ki, “termin ehtive
olunmamışdır”.İndi isə hökmlərin dörd növünün hər birində terminlərin ehtivalılığını ayrı
– ayrılıqda nəzərdən keçirək.
Dostları ilə paylaş: |