Mövzu-1. Məntiq elminin predmeti
1. Məntiq və təfəkkür prosesini öyrənən digər elmlər
Bütün digər elmlərdə oldugu kimi məntiqin öyrənilməsinə də onun predmetində
n başlamaq lazımdır.
Ümumilikdə götürdükdə məntiq təfəkkür prosesindən bəhs edən elmdir.Lakin in
san təfəkkürünü bir cox elmlər (psixologiya , fəlsəfə,fiziologiya və s.) öyrənir.Dem
əli, onların hər biri həmin obyektə öz predmeti baxımından yanaşır. belə ki, psixolo
giya təfəkkür prosesini digər psixiki hadisələr ilə sıx qarşılıqlı əlaqədə götürür, onu
fərdi yaş xüsusiyyətləri baxımından öyrənir , təfəkkür fəaliyyətinin sövqedici motiv
lərini nəzərdən keçirir.
Təfəkkürün mahiyyətini təşkil edən obyektiv gercəkliyin dərk olunması, fəlsəfə
elminin də mühüm obyektidir. Bu elm məntiq ilə daha sıx bağlıdır. Təsadüfi deyild
ir ki, məntiq öz,mənası və mahiyyətinə görə fəlsəfi elmlər sırasına aid edilir. Lakin
fəlsəfənin diqqət mərkəzində təfəkkür prosesinin pillələri, ümumi inkişaf qanunauy
ğunluqları durur
Məntiq elmi isə təfəkkürü yalnız idrakın, dərketmənin vasitəsi kimi götürür. Bun
a görə də o psixolohiyadan fərqli olaraq təfəkkürə fərdi və yaş xüsusiyyətləri baxım
ından deyil, bütün insanlara xas olan ümumi proses kimi yanaşır. Hər bir normal in
sanın təfəkkür prosesinin formaları və qanunlarını bilmək məntiqin əsas vəzifəsidir.
Beləliklə, məntiqin predmetinə aşağıdakı kimi tərif vermək olar: məntiq düzgün
təfəkkürün forma və qanunlarını öyrənən fəlsəfi elmdir.
Buradan aydın olur ki, təfəkkürün idrakda rolunu açmaq, təfəkkürün formaları v
ə,qanunları anlayışını izah etmək, məntiqin predmetini başa düşmək üçün son dərəc
ə vacibdir.
İdrak dedikdə insanın təfəkküründə onu əhatə edən gərçəkliyin dərk olunması b
aşa düşülür. İdrakın məqsədi təbiətdə, cəmiyyətdə və insan beynində gedən prosesl
əri açmaq, onların qanunauyğunluqlarını öyrənməkdir. Onların sirlərini bilməklə, in
san öz fəaliyyətini daha səmərəli təşkil edə bilir.
Qeyd olunmalıdır ki, idrak çox mürəkkəb prosesidir. O, bizi əhatə edən aləmin c
isim və proseslərinin hiss uzvlərimizə təsirinin inikas etdirilməsindən başlayır. Bu i
nikas bizim dünya haqqında biliklərimizin ilkin mənbəyini və birinci pilləsini təşkil
edir. İdrakın bu pilləsi hissi idrak adlanır və uç formada (duyğu, qavrayış və təsəvv
ür) çıxış edir.
Bu formaların hər biri haqqında psixologiya elmində keçilmiş bilikləri qısa şəkildə
də olsa, yada salmaq lazımdır. Beləliklə, duyğu maddi aləmin cisim vı predmetlərin
in ayrı-ayrı xassə vı əlamətlərinin hiss üzvlərimizə təsir edərək beynimizdə əks olu
nmasıdır. Duyğularımız bizə konkret anda təsir edən obyektlərin rəngi, formasi, iyi,
dadı və s. haqqında məlumat verir.
Qavrayış dedikdə obyektlərin hiss üzvlərimizə bilavasitə təsiri nəticəsində beyni
mizdə onların bütöv obrazının yaranması başa düşülür. Deməli, qavrayış duyğulara
nisbətən daha mürəkkəb formadır. O cisim və hadisələrin ayrı-ayrı xassələrini həll e
tmir, onlar haqqında bütöv məlumat verir.
Hissi idrakın daha yüksək forması olan təsəvvür əvvəllərdə bizə təsir etmiş olan pre
dmetlərin obrazının süurumuzda saxlanması ilə bağlıdır. Duyğu və qavrayışdan fər
qli olaraq müəyyən bir obyekt haqqında təsəvvürün əmələ gəlməsi üçün, onun hazı
rki anda bizə bilavasitə təsir etməsi vacib deyildir. Təsəvvür bizim hissu üzvlərimiz
ə əvvəldə göstərilən təsirin nəticəsində yaranan obrazın yenidən canlandırılmasıdır.
Qeyd olunmalıdır ki, təsəvvür fərdi xarakterə malikdir. Yəni eyni bir obyekt haq
qında müxtəlif təsəvvürlərə malik olmaq mümkündür. Digər tərəfdən bəzən insanla
rda real həyatda mövcud olmayan obyektlər (məsələn , su pərisi , kentavr və s.) haq
qında da təsəvvürlər yarana bilir.
Hissi idrakın yuxarıda qeyd olunan hər üç forması ümumi idrak, dərketmə prosesin
də çox böyük əhəmiyyətə malikdir.Lakin insanlar yalnız bu formaların verdiyi bilik
lərlə kifayətlənə bilməzlər. Axı idrakın bu aşağı, hissi pilləsində dünyadakı hadisə b
ə prosesslərin yalnız zahiri,üzdə olan xassələri haqqında biliklər əldə edilir. İnsan is
ə öz qarşısında daha yüksək məqsəd qoyur o, ətraf dünyada gedən proseslərin daxil
inə nüfuz etməyə onların mahiyyətini və qanunauyğunluqlarını aşkara çıxarmağa c
əhd göstərir. Bu məqsədin yerinə yetirilməsi isə idrakın ikinci, daha yüksək pilləsi o
lan mücərrəd təfəkkür pilləsi ilə bağlıdır. Məhz bu pillədə insan müxtəlif fikri əməl
iyyatlar, ümumiləşdirmələr aparmaqla dünyanı daha dərindən dərk edir. Hissi pilləd
ən fərqli olaraq insan bu mərhələdə dünyanı abstraksiyalar şəklində əks etdirir, onu
n ideal obrazını yaradır. Mücərrəd təfəkkür prosedində insan konkret cisim və hadi
sələri, onların fərdi xüsusiyyətlərini bir kənara qoyur, əsas diqqəti etni xassələrə ma
lik olan obyektlərin ümumiləşdirilməsinə, onlar arasındakı daha dərin əlaqə və mün
asibətləri aşkar etməyə yönəldir. Məhz mücərrəd təfəkkürü sayəsində insan ona his
si pillədəmüyəssər olmayan həqiqətləri aça bilir. Məsələn, hisdi idrak bizə ilin fəsil
lərinin bir-birini əvəz etməsi : Yerin Günəş ətrafında fırlanması, elementar hissəcik
lərin hərəkəti səbəblərini, ictimai inkişafın qanunauyğunluqlarını izah etmir. Bunun
ücün mütləq mücərrəd təfəkkür lazım gəlir.
Deyilənlərdən aydın olur ki, idrak prosesində mücərrəd təfəkkür cox böyük rol oyn
ayır. Bu pillə hissi idrak pilləsi ilə ayrılmaz vəhdətdə çıxış edir, onun verdiyi biliklə
ri daha da inkişaf etdirir, beləliklə də ümumi idrak prosesinin zənginləşməsinə xidm
ət edir.
İdrak prosesində mücərrəd təfəkkürün rolunu açarkən onun aşağıdakı dörd xüsu
siyyətini qeyd etmək xüsusilə zəruridir.
1. Təfəkkür gerçəkliyi ümumiləşdirilmiş obrazlar vasitəsilə əks etdirir. Bu o dem
əkdir ki, həmin pillədə ətraf aləmin obyektlərinə xas olan ümumi təkrarolunan mah
iyyət xarakteri daşıyan cəhətlər seçilib götürülür və ümumiləşdirilir. Məsələn, biz a
yrı-ayrı insanlarda özünü göstərən əlamətləri (əmək fəaliyyəti ikə məşğulolma , dil
vasitəsilə ünsiyyət yaratma , düşünmək qabiliyyəti və s.) ümumiləşdirməklə mücır
rəd insan obrazını yaradırıq. Belə ümumiləşdirmə yolu ilə təfəkkür gerçəklik hadisə
lərinin dərinliyinə nüfuz edə bilir , onlara xas olan qanunauyğunluqları aşkar edir.
2. Təfəkkür gerçəkliyi vasitəli şəkildə əks etdirir. Bu xassə onu sübut edir ki, ins
an mücərrəd təfəkkür sayəsində bizim hiss üzvlərimizə bilavasitə təsir etməyən oby
ektlər haqqında da biliklər əldə edir. Başqa sözlə deyilsə, biz bilavasitə deyil, yəni v
asitəli şəkildə mövcud biliklərə əsaslanmaqla yeni biliklər əldə edə bilirik. Deməli b
ilik əldə etmək üçün insanın hər dəfə təcrübəyə, praktikaya bilavasitə müraciət etm
əsinə ehtiyac qalmır. İnsan öz idrak fəaliyyətində vasitəli yolla bilik əldə etməyə, h
azır biliyə əsaslanmaqla yeni biliyə malik olmağa geniş yer verir.
3. Təfkkür dil ilə ayrılmaz əlaqədə çıxış edir. Belə ki, insanın beynində yaranan
hər hansı fikir dik vasitəsilə maddiləşir, sözlərfə və cümlələrdə ifadə olunur. Bu mə
nada dil fikrin bilavasitə gerçəkliyi deməkdir. Doğrudan da dil ilə təfəkkür o qədər
sıx vəhdətdədir ki, nitq prosesi həm də təfəkkürün, onun səlisliyinin, düzgünlüyünü
n göstəricisidir. Məhz dil sayəsində insanlar fikri fəaliyyətinin məhsullarını mübadi
lə edir və bir-birini başa düşürlər. Dil həm də təfəkkürün nəticələrini tarixdə yaşadı
r, nəsildən-nəsilə ötürür.
4. Təfəkkür gerçəkliyi aktiv inikas etdirir. Doğrudur fəallıq bütünlüklə idrak pro
sesi üçün səciyyəvi keyfiyyəydir. Lakin bu, mücərrəd təfəkkürdə özünü daha qabar
ıq göstərir. İnsan təfəkkür prosesində müxtəlif abstraksiyalar yaratmaqla, dünyadak
ı predmetləri öz şüurunda sanki dəyişdirir və yeniləşdirir. Bunun aydın nümunəsini
müasir elmlərin bir çox sahələrində yayılmış olan süni dillərin timsalında görmək o
lar. Belə ki, insanlar mücərrəd təfəkkürü sayəsində gerçəklik haqqındakı bilikləri y
əkvə təbii dillərdı deyil, həm də özünün yaratdığı süni dildə müxtəlif formullarda if
adə edir.
Deyilənlər sübut edir ki, insan şüurunun xüsusi xassəsi olan mücərrəd təfəkkür ü
mumi idrak prosesində müstəsna əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |