Mövzu Məntiq elminin predmeti


Mövzu-2.  Anlayış təfəkkür forması kimi



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   2   3   4   5   6   7   8   9   ...   53
mühazirə-hamısı

Mövzu-2.  Anlayış təfəkkür forması kimi 

 

1.  Anlayışın ümumi səciyyəsi 

Hiss üzvlərinin verdiyi bilik son dərəcə zəngin və rəngarəngdir. Lakin o, tam 

deyil,  məhduddur.  Hissi  bilik  bizə  predmetin,  yalnız  ayrı-ayrı  xarici  tərəfləri 

haqqında  təsəvvür  versə  də,  onların  daxili  təbiətini,  mahiyyətini  və  inkişaf 

qanunlarını aşkara çıxara bilmir. 



Elmi  anlayışlar  predmetin  bütün  tərəflərini  deyil,  yalnız  mühüm  və  ümumi 

tərəflərini əks etdirir. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir. 

1.Mövcud anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya 

(mücərrədlik) səviyyəsinə qaldırılır.    

2.  Yeni  anlayışlar  meydana  gəlir  və  bunların  əsasında  təfəkkürün  başqa 

formaları- mühakimələr, əqli nəticələr formalaşır. 



Anlayış  predmetlərin  ən  mühüm  və  fərqləndirici  əlamətlərini  əks  etdirən 

təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində rol oynayır. Anlayış - elə təfəkkür 

formasıdır  ki,onun  vasitəsiylə  predmet  və  hadisələrin  ümumi,  mühim  əlamətləri 

beynimizdə  əks  olunur.Anlayışın  səciyyəsi  əlamətlərdən  başlamalıdır.  Cismin 

əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi

fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan 

başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: Müqaisə, 

analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə.  

Hər bir anlayışın məzmunu və həcmi olur. Bunlar anlayışın məntiqi sturukturunu təşkil 

edir.  Məzmun  anlayışda  fikirləşilən  cismin  və  hadisələrin  mühüm  və  ümumi 

əlamətləridir.  Yəni,  anlayışda  sadalanan  əlamətlər  predmetin  məzmununu  təşkil  edir. 

Məzmununa  görə  anlayışlar  Konkret-mücərrəd  (maddi  həyatda  var  olan  və  olmayan), 

müsbət-mənfi (fikir cisimlərində əlamətlərin varlığı və yoxluğu), nisbi-mütləq (nədənsə 

asılı  olub  olmamağına  görə)  olur.  Anlayışın  həcmi  dedikdə  onda  əks  olunan  fikir 

cisimlərdir,  və  onların  məcmusudur.  Yəni,  "tələbə"  anlayışının  həcminə  bütün  tələbə 

fərdləri (türk,azəri,ləzgi,ingilis və s.) daxildir. Həcminə görə anlayışlar: fərdi, ümumi və 

boş anlayışlara bölünür,eyni zamanda ayırıcı-toplayıcı olur. Məzmunla həcm arasındakı 

əlaqə  əks  münsibətdi.  Yəni  məzmun  genişləndikcə  həcm  daralır  və  əksinə.  Anlayışlar 

müqayisə  edilən  və  müqayisə  edilməyən  anlayışlara  bölünür.  İkinci  qrup  anlayışlar 

arasında ümumi əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr 

mövcud olur. Belə anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür.  




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin